Məhkəmə qərarları › İş №e-2-2(113)-1859/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1859/2021

31.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1859/2021 31.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.08.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 374.940,42 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 18.451,13 və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 8,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6.730.800 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 13.08.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 13.08.2020-ci il tarixə yaranan 448.245,35 manat borcuna görə 6.730.800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 03.02.2021-ci tarixli **********2 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 10.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 13.08.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 374940,42 manat, Dövlət Sosial Müdafıə Fonduna 18.451,13 manat və İşsizlikdən Sığorta Fonduna 8,37 manat ödənilməmiş borcu qalmışdır. 15.03.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 13.08.2020ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 18.451,13 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 18.451,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 8,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6.730.800 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxx” MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 13.08.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 13.08.2020-ci il tarixə yaranan 18.451,13 manat borcuna görə 6.730.800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 03.02.2021-ci tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 10.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 13.08.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 18.451,13 manat, Dövlət Sosial Müdafıə Fonduna 18.451,13 manat və İşsizlikdən Sığorta Fonduna 8,37 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli e-2-2(113)-1858/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-1858/21 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)- 1859/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 11.02.2019-cu il tarixli, **********7 nömrəli və 31.05.2020-ci il tarixli, **********6 nömrəli bildirişlərin surətlərindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət büdcəsinə olan vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. 30.12.2016-cı il tarixli sərəncamla müəyyən edilir ki, “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabı məxaric əməliyyatları üzrə dondurulmuşdur. 12.08.2020-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********7 nömrəli və **********65 nömrəli qərarları ilə müəyyən edilir ki, “xxxx” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********2 saylı və **********7 saylı protokollar, həmin protokollara əlavələr və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında aktlara əsasən müəyyən edilir ki, 03.02.2021-ci il tarixdə cavabdeh “xxxx” MMC-yə məxsus 6.730.800,0 manat məbləğində əmlak siyahıya alınmış və həmin əmlak saxlanılması üçün cavabdehin rəhbərinə məsul saxlanmasına verilmişdir. 31 may 2021-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olmuş məlumat vərəqəsindən görünür ki, “xxxx” MMC-nin vergilər üzrə 374.940,42 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 18.451,13 manat borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh “xxxx” MMCnin vergilərin, eləcə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də məcburi dövlət sosial sığortalarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 03.02.2021-ci il tarixdə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sözügedən borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə 6.730.800 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı ə mlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergiləri, dövlət sosial sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, hazırkı mübahisəyə məhkəmədə baxıldığı müddət ərzində vergi ödəyicisinin borcu azalmış, iddia ərizəsində göstərilən borc məbləğindən vergilər üzrə 374.940,42 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 18.451,13 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia əmlakın satışından əldə edilmiş məbləğdən vergi, dövlət sosial sığorta və işsizlikdən sığorta borcların tutulmasına dair hissədə qismən təmin edilərək əmlakın satışından əldə edilmiş məbləğdən cavabdehin qətnamə çıxarılan günə ödənilməmiş 374.940,42 manat məbləğində vergi borcu və 18.451,13 manat məbləğində məcburi dövlət sığorta haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.08.2020-ci il tarixə olan vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 6.730.800,0 manat dəyərində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 374.940,42 manat məbləğində vergi borcu tutularaq dövlət büdcəsinə və 18.451,13 manat məbləğində məcburi dövlət sığorta haqqı tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməli, satışdan artıq qalan məbləğ “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 13.08.2020-ci il tarixə vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 6.730.800 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh MMC-nin 374.940,42 manat məbləğində vergi, 18.451,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcu tutulsun. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Cavabdehdən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar