Məhkəmə qərarları › İş №e-2-2(113)-186/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-186/2020

04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dairiqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 21950.17 manat məbləğində əsas borc, 2634 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 24614,17 manat pulun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə 002/2018 saylı Alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN **********) cavabdehə qida qalıqları, xammal və təmizlik vasitələrinin satışlarını həyata keçirmişdir.Daha sonra tərəflər arasında eyni məzmunlu xx xxxxxx 2019-cu il tarixli 003/2019 saylı müqavilə imzalanmışdır ki, həmin müqavilə üzrə də İddiaçı cavabdehə qida qalıqları, xammal və təmizlik vasitələrinin satışlarını həyata keçirmişdir.Tərəflər arasındakı ödəniş müqavilə şərtlərinə uyğun olaraq aparılsada cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq öhdəlikdən yayınmış və borcu ödəməkdən səbəbsiz imtina etmişdir.xx xxxxxx 2019-cu il tarixli müqavilənin 3-cü bəndinin 3.2 hissəsinə görə tərəflər razılaşmışdılar ki, Alıcı- bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməsə, gecikdirdiyi hər gün üçün ödənilməli olan vəsaitin 0,1% məbləğində cərimə ödənilməsini qəbul edir. Buna görə də xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə cavabdehin İddiaçı 21950.17 qəpik məbləğində əsas borcu gecikdirilmiş 4 ay üçün isə 2634 manat cərimə borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisəni məhkəməyə qədər həll etmək üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə yazılı müraciət ünvanlansada şirkət tərəfindən qəbul edilməmiş, daha sonra yenidən xx.xx.2019-cu il tarixdə cavabdehə yazılı bildiriş ünvanlanmış lakin cavabdeh bildirişi qəbul etməkdən imtina etdiyi üçün “X2” MMC tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib edilərək bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkilməhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-186/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında imzalanmış xx xxxx 2018-ci il tarixdə 002/2018 saylı və xx xxxxxx 2019-cu il tarixli 003/2019saylı alqı-satqı müqavilələrindən görünür ki, hazırki müqavilə əsasında sifarişçinin qida qalıqları, xammal və təmizlik vasitələrini alması alıcı isə həmin qida qalıqları, xammal və təmizlik vasitələrin əvəzini tam olaraq ödəməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində müqavilə predmeti olan malları satıcı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda təhvil verməyi, təhvil vermədiyi halda geçikdirilmiş hər bir gün üçün 0,1 % məbləğində cərimə ödəməyi, habelə təqdim edilmiş mallarda olan hər-hansı qüsur olduğu halda alıcının tələbinə əsasən yenisi ilə əvəz etməyi və ya dəymiş ziyanı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cübəndində müqavilə predmeti olan malların dəyərini ödəməyi, malın qüsurlarının ona verilməsi anınadək yaranan səbəblərdən əmələ gəlməsini sübuta yetirməyi, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməsə, gecikdirdiyi hər gün üçün ödənilməli olan vəsaitin 0,1% məbləğində cəriməni ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmişiddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə əsas borcu ümumilikdə (ƏDV-daxil) –21950,17manattəşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMCarasında xx xxxx 2018-ci il tarixdə 002/2018 saylı və xx xxxxxx 2019-cu il tarixli 003/2019 saylıalqı-satqı müqavilələri bağlanmış, müqavilərə əsasən iddiaçı cavabdehə qida qalıqları, xammal və təmizlik vasitələrini satmağı, cavabdeh isə satılan mallarıtəhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 21950,17manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların və xidmətlərin dəyəri iddiaçıya tam ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, xx xxxx 2018-ci il tarixdə 002/2018 saylı və xx xxxxxx 2019-cu il tarixli 003/2019 saylıalqı-satqı müqavilələriüzrə Cavabdeh MMC-dən 21950,17manat əsas borc, 2634 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 24614,17manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 21950,17 (iyirmi bir min doqquz yüz əlli manat on yeddi qəpik) manat məbləğində əsas borc, 2634 (iki min altı yüz otuz dörd) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, ümumilikdə 24614,17 (iyirmi dörd min altı yüz on dörd manat, on yeddi qəpik ) manat pul tutularaq İddiaçı ödənilsin . Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar