Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1860/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə yaranmış 18780,90 manat məbləğində borcun və iddia tələbi üzrə ödənilən 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 29 aprel 2024-cü il tarixli barışıq sazişindən görünür ki: Belə ki, 07 noyabr 2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında QT 19/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq satıcı satış üçün nəzərdə tutulmuş “Holcim (Azərbaycan)” ASC-yə və digər istehsalçılardan daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müqavilə üzrə onların hər ikisinin üzərinə düşən öhdəliklərlə bağlı icra hərəkətləri mövcud olmuş və satıcı, yəni İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, alıcı tərəfdən heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq oz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında qarşılıqlı borcların razılaşdırılması barədə 07 noyabr 2023-cü il tarixli əlavə razılaşma qiymət protokoluna əsasən alıcı Cavabdeh satıcı "xxxx" Məhdud Səhmdar Cəmiyyətinə 18780,90 (on səkkiz min yeddi yüz səksən manat doxsan qəpik) (ƏDV daxil) manat məbləğində borclu olduğu müəyyən edilmiş və “Qaradağ Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehndən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda tərəflər razılığa gələrək, barışıq sazişi bağlayaraq, 07 noyabr 2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında QT 19/2023 nömrəli müqaviləyə əsasən 18780,90 (on səkkiz min yeddi yüz səksən manat doxsan qəpik) (ƏDV daxil) manat məbləğində olan borcunu Cavabdeh İddiaçı hesabına 1 (bir) ay müddətində ödəməyi öz üzərinə öhdəlik götürür. İddiaçı və Cavabdeh bir-birinə qarşı pulla bağlı hər hansı tələbi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Tərəflər hazırkı barışıq sazişinin tərtib olunmasına etiraz etmirlər və sazişin bütün bəndləri ilə razı olduğunu bildirirlər. Bu sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər sazişi icra etmiş hesab olunur Hazırkı barışıq sazişini imzalayan tərəflər bu sazişin şərtlərini tam və ya qismən pozduğu və icra etmədiyi halda hər birinin bu sazişin pozulmuş şərtlərinin icrası tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ saxlanılır. Sazişin icrasının hər hansı mərhələsində sazişin şərtlərini tam və ya qismən pozan, icra etməyən tərəf bu sazişin icrası ilə bağlı əldə etdiklərini təqdim edən tərəfə geri qaytarılmasını təmin etməlidir. Hazırkı barışıq sazişini imzalayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci (iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir), 261.0 və 261.0.5 -ci (Hakim iş uzrə icraata aşağıdakı hallarda xitam verir, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə) və 262.4.-cü (İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) maddələri tərəflərə məlumdur. Hazırkı barışıq sazişi tərəflərin razılığı əsasında 3 (üç) nüsxədə 2 səhifədən ibarət tərtib olunub, hər bir səhifəsi tərəflərin imzası ilə təsdiq edilərək bir nüsxəsi məhkəməyə təqdim olunur və məhkəmədə təsdiq edildiyi gündən qanuni qüvvəyə minir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar: Belə ki, 07 noyabr 2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında QT 19/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq satıcı satış üçün nəzərdə tutulmuş “Holcim (Azərbaycan)” ASC-yə və digər istehsalçılardan daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müqavilə üzrə onların hər ikisinin üzərinə düşən öhdəliklərlə bağlı icra hərəkətləri mövcud olmuş və satıcı, yəni İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, alıcı tərəfdən heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq oz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında qarşılıqlı borcların razılaşdırılması barədə 07 noyabr 2023-cü il tarixli əlavə razılaşma qiymət protokoluna əsasən alıcı Cavabdeh satıcı "xxxx" Məhdud Səhmdar Cəmiyyətinə 18780,90 (on səkkiz min yeddi yüz səksən manat doxsan qəpik) (ƏDV daxil) manat məbləğində borclu olduğu müəyyən edilmiş və “Qaradağ Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehndən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda tərəflər razılığa gələrək, barışıq sazişi bağlayaraq, 07 noyabr 2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında QT 19/2023 nömrəli müqaviləyə əsasən 18780,90 (on səkkiz min yeddi yüz səksən manat doxsan qəpik) (ƏDV daxil) manat məbləğində olan borcunu Cavabdeh İddiaçı hesabına 1 (bir) ay müddətində ödəməyi öz üzərinə öhdəlik götürür. İddiaçı və Cavabdeh bir-birinə qarşı pulla bağlı hər hansı tələbi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Tərəflər hazırkı barışıq sazişinin tərtib olunmasına etiraz etmirlər və sazişin bütün bəndləri ilə razı olduğunu bildirirlər. Bu sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər sazişi icra etmiş hesab olunur Hazırkı barışıq sazişini imzalayan tərəflər bu sazişin şərtlərini tam və ya qismən pozduğu və icra etmədiyi halda hər birinin bu sazişin pozulmuş şərtlərinin icrası tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ saxlanılır. Sazişin icrasının hər hansı mərhələsində sazişin şərtlərini tam və ya qismən pozan, icra etməyən tərəf bu sazişin icrası ilə bağlı əldə etdiklərini təqdim edən tərəfə geri qaytarılmasını təmin etməlidir. Hazırkı barışıq sazişini imzalayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci (iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir), 261.0 və 261.0.5 -ci (Hakim iş uzrə icraata aşağıdakı hallarda xitam verir, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə) və 262.4.-cü (İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) maddələri tərəflərə məlumdur. Hazırkı barışıq sazişi tərəflərin razılığı əsasında 3 (üç) nüsxədə 2 səhifədən ibarət tərtib olunub, hər bir səhifəsi tərəflərin imzası ilə təsdiq edilərək bir nüsxəsi məhkəməyə təqdim olunur və məhkəmədə təsdiq edildiyi gündən qanuni qüvvəyə minir Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1860/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1860/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver