Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1865/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 94976,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 130278,6 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir, lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 02.02.2021-ci tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 02.02.2021-ci tarixə yaranan 123441,98 manat borcuna görə 130278,6 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 04.02.2021 tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 10.02.2021-ci tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 02.02.2021-ci tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 94976,69 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd olunan borc məbləği Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 may 2021-ci il tarixli **********711500 nömrəli qərarı ilə azaldılmış və cavabdehin maliyyə sanksiyası kimi cəmi 80 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də cavabdeh tərəfindən ödənilməmiş 80 manat borc məbləği hələ də qaldığından, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, hazırkı iş üzrə onun vergi borcu yoxdur. İddiaçı tərəfin nümayəndəsi tərəfindən qeyd olunan 80 manat məbləğində olan borcla bağlı da ödəniş edilmiş və bu barədə mədaxil qəbzini məhkəməyə təqdim edir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 may 2021-ci il tarixli **********711500 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarı ilə 1) Cavabdeh kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə 11.03.2021-ci və 15.04.2021-ci il tarixli inzibati şikayətlərinin təmin edilməsi, 2) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26.10.2020-ci il tarixli **********849300 nömrəli, 13.04.2020-ci il tarixli **********238800 nömrəli və 23.04.2021-ci il tarixli **********442000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi, 3) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tapşırılması, 3.1) bu qərarın 2-ci bəndinin icrası ilə bağlı Cavabdeh şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmısinin təmin edilməsi, 3.2) Cavabdeh tərəfindən 18.05.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin nəzərə alınması, 3.3) Cavabdeh gələcək vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə fəaliyyətinin nəzarətdə saxlanılmasını, eyni zamanda fərdi sahibkarın real gəlirlərinin aşkar edilməsi, işçi sayının müəyyən edilməsi, həmçinin mal qalığının faktiki mövcudluğunun yoxlanılması məqsədi ilə fərdi sahibkara məxsus təsərrüfat subyektində (obyektində) Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsinin təmin edilməsi, 4) qərarın şikayətçiyə göndərilməsi və 5) qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə bilməsi qərara alınmışdır. - 30.06.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 14349500 təsnifat kodu üzrə Dövlət Vergi Xidmətinə 85 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (VÖEN: **********) hazırkı iş üzrə ödənilməmiş qalan 80 manat borcunu (maliyyə saksiyası üzrə) ödəmiş və cavabdehin hazırkı iş üzrə vergi borcu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1865/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1865/2021
30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver