Məhkəmə qərarları › İş №e-2-2(113)-1866/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1866/2023

18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1866/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi nümayəndəsi X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCdən 381 manat (çəkilmiş xərc 531 AZN və 150 AZN azadolma məbləği) sığorta ödənişinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “X7” kafesi "xxxx" ASC tərəfindən BB435904 saylı şəhadətnamə ilə icbari qaydada sığortalanmışdır. S özügedən kafenin giriş qapısının (şüşə materialdan) heç bir müdaxilə aşkar olunmadan naməlum səbəbdən sınması ilə bağlı xx.xx.2022-ci il tarixində ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdik. Lakin "xxxx" ASC-nin 1264/3 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə sözügedən hadisənin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi olmadığını bildirərək dəymiş ziyanın ödənilməsindən imtina edilmişdir. Sığorta ödənişindən imtinanın əsasları “İcbari sığorta haqqında” Qanunun 21 maddəsində və Mülki Məcəllənin 935.1 maddəsində göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edərək əlavə olaraq izahatında qapının şüşəsinin nə səbəbdən sınmasını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında icbari sığortalar haqqında qanunun 36.1-36.9-cu maddəsinə əsasən sığorta hadisəsi olan halların göstərildiyini, iddiaçının isə məhkəməyə hadisənin məhz sığorta hadisəsi olması ilə bağlı sübutu təqdim edə bilmədiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli BB435904 saylı İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “X7” kafesi "xxxx" ASC tərəfindən sığortalanmışdır. 26 avqust 2022-ci il tarixli İddiaçı MMC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, 26 avqust 2022-ci il tarixdə saat 14:08 radələrində M.Ə.Rəsulzadə 2 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus “X7” kafesinin şüşədən olan giriş qapısının sol hissəsi üçüncü tərəfin müdaxiləsi olmadan naməlum səbəbdən sınmışdır. 12 sentyabr 2022-ci il tarixli "xxxx" ASC-nin İddiaçı MMC-yə göndərdiyi məktubdan görünür ki, 26 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “X7” kafesinin giriş qapısına heçbir müdaxilə olunmdan öz-özünə sınması müəyyən edilmişdir. Odur ki, icbari sığortalar haqqında qanunun 36-cı maddəsinə və Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişi verilməmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1 və 935.1.8-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığorta ödənişinin verilməsindən imtina edir. “İcbari sığortalar haqqında” Qanunun 36.1.1, 36.1.2, 36.1.3, 36.1.4, 36.1.5, 36.1.6, 36.1.7, 36.1.8-ci, 36.1.9-cu maddələrinə əsasən daşınmaz əmlakın yanğın, ildırım düşməsi məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. İV.Məhkəmənin gəldiyi nəticə İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən İddiaçı MMC-yə məxsus “X7” kafesi "xxxx" ASC tərəfindən sığortalanmışdır. 26 avqust 2022-ci il tarixdə “X7” kafesində iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi, naməlum hadisə nəticəsində kafesinin şüşədən olan giriş qapısının sol hissəsi üçüncü tərəfin müdaxiləsi olmadan sınmışdır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 36.1.1-36.1.5 və 36.1.7-3.1.9 maddələrində əsasən təbii fəlakət, texnogen və digər qəzalar nəticəsində baş verən sığorta hadisələri sadalanıb, yalnız hazırki hadisəyə uyğun olan 36.1.6-cı maddəsində hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri nəticəsində yaranan sığorta hadisəsi qeyd edilmişdir. Göründüyü kimi həmin maddədə iki element mövcud olmalıdır, birinci-sığorta obyektinin üzərinə hər hansı bir formada təsir və ikinci-zərər, lakin 26 avqust 2022-ci il tarixdə qapının şüşəsi sınsa da (ikinci), sözügedən şüşəyə hər hansı formada təsir müəyyən edilməmiş (birinci), bu isə o deməkdir ki, şüşənin sınması hadisə olsa da, həmin hadisə sığorta hadisəsi deyil və sığorta şirkəti haqlı olaraq yalnız sığorta hadisəsi baş verdiyi təqdirdə dəymiş zərərin ödənildiyini nəzərə alaraq 381 manatın ödənilməsindən imtina etmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı 381 manat (çəkilmiş xərc 531 AZN və 150 AZN azadolma məbləği) sığorta ödənişinin xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı 381 manat məbləğində sığorta ödənişinin xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar