Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1868/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin qanuni nümayəndəsi (direktoru) X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şəməd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlərin alınması üçün edilmiş sifarişlər üzrə ödənilməmiş qalan 42.942 (qırx iki min doqquz yüz qırx iki) manat borcun, habelə 221 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər: iddiaçı "xxxx" MMC (VÖEN: **********) adlı hüquqi şəxs bir tərəfdən, Cavabdeh (VÖEN: **********) digər tərəfdən borcun ödənilməsi və məhkəmə xərclərinin tutulması, həmçinin “Tərəflər” arasında baş verə biləcək əmlak və sair mübahisələrinin qarşısının alınması məqsədilə aşağıda qeyd edilən şərtlərlə bu Sazişin bağlanmasına öz razılaqlarını ifadə edirlər:
1. Tərəflər təsdiqləyirlər ki, Cavabdeh, İddiaçı MMC-nin iddia tələbi olan 42.936 (qırx iki min doqquz yüz otuz altı) manat əsas pul vəsaitindən 16.000 (on altı min) manat pul vəsaitini İddiaçı MMC-yə ödəmir və 26.936 (iyirmi altı min doqquz yüz otu altı) qalmışdır.
2. Tərəflər təsdiqləyirlər ki, Cavabdeh qalıq ödəniş 26.936 (iyirmi altı min doqquz yüz otuz altı) manat pulu aylıq ödəniş 2.448,73 (iki min dörd yüz qırx səkkiz manat, 73 qəpik) olmaqla, 11 ay müddətində bərabər hissələrə bölməklə ödənişi ödəməyi öz öhdəsinə götürür.
3. Bu Sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırki Sazişi icra etmiş hesab olunur.
4. Cavabdeh 2-ci bənddə nəzərdə tutulan aylıq 2.448,73 (iki min dörd yüz qırx səkkiz manat, 73 qəpik) məbləği tam və vaxtında ödəməsə və ya ödəməkdən yayınarsa İddiaçı MMC-nin direktoru X2 qalıq borc məbləğini tam şəkildə geri almaq üçün yenidən Cavabdeh tələb etmək hüququna sahibdir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Tərəflər: iddiaçı "xxxx" MMC (VÖEN: **********) adlı hüquqi şəxs bir tərəfdən, Cavabdeh (VÖEN: **********) digər tərəfdən borcun ödənilməsi və məhkəmə xərclərinin tutulması, həmçinin “Tərəflər” arasında baş verə biləcək əmlak və sair mübahisələrinin qarşısının alınması məqsədilə aşağıda qeyd edilən şərtlərlə bu Sazişin bağlanmasına öz razılaqlarını ifadə edirlər:
1. Tərəflər təsdiqləyirlər ki, Cavabdeh, İddiaçı MMC-nin iddia tələbi olan 42.936 (qırx iki min doqquz yüz otuz altı) manat əsas pul vəsaitindən 16.000 (on altı min) manat pul vəsaitini İddiaçı MMC-yə ödəmir və 26.936 (iyirmi altı min doqquz yüz otu altı) qalmışdır.
2. Tərəflər təsdiqləyirlər ki, Cavabdeh qalıq ödəniş 26.936 (iyirmi altı min doqquz yüz otuz altı) manat pulu aylıq ödəniş 2.448,73 (iki min dörd yüz qırx səkkiz manat, 73 qəpik) olmaqla, 11 ay müddətində bərabər hissələrə bölməklə ödənişi ödəməyi öz öhdəsinə götürür.
3. Bu Sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırki Sazişi icra etmiş hesab olunur.
4. Cavabdeh 2-ci bənddə nəzərdə tutulan aylıq 2.448,73 (iki min dörd yüz qırx səkkiz manat, 73 qəpik) məbləği tam və vaxtında ödəməsə və ya ödəməkdən yayınarsa İddiaçı MMC-nin direktoru X2 qalıq borc məbləğini tam şəkildə geri almaq üçün yenidən Cavabdeh tələb etmək hüququna sahibdir. "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov