Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1869/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımi qaydada icra olunmaması, ipul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli icarə və xidmət müqavilələri üzrə 58623 manat əsas borc, 6180,12 manat ƏDV borc qalığı, həmçinin icarə və xidmət müqavilələrinin şərtlərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün 0,1% hesablanmaqla icarə üzrə 5676 manat, xidmət müqaviləsi üzrə 35126 manat məbləğində cərimənin, illik 5% olmaqla 9356 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə cavabdeh - Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01 nömrəli icarə və xidmət müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə tikinti malları, materialları və alətlərini icarəyə vermişdir. Xidmət müqaviləsinə əsasən isə icraçı İddiaçı sifarişçi Cavabdeh MMC-yə avadanlıqların quraşdırılması, sökülməsi ilə bağlı xidmətlər göstərmişdir. Tərəflər arasında həm icarə, həm də xidmət müqavilələri üzrə qiymətin razılaşdırılması protokolları, təhvil-təslim aktları və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar tərtib edilmiş və qarşılıqlı olaraq təsdiqlənmişdir. 19 dekabr 2023-cü il tarixli üzləşmə aktı ilə tərəflər arasında icarə və xidmət müqavilələri üzrə borc qalığının məbləği müəyyən edilmiş və qarşılıqlı təsdiqlənmişdir. Üzləşmə aktında icarə müqaviləsi üzrə kəsilən qaimələr, xidmət üzrə kəsilən qaimələr və edilən ödənişlər qeyd edilmişdir. Üzləşmə aktına uyğun olaraq Cavabdeh MMC-nin İddiaçı borc qalığı əsas məbləğ üzrə 58623 (əlli səkkiz min altı yüziyirmi üç) manat , ƏDV üzrə 6180,12 ( altı min yüzsəksən manat on iki qəpik) manat təşkil edir. Belə ki, Cavabdeh MMC-nin son ödəmə tarixi 27 noyabr 2023-cü il olmuş və qeyd edilən vaxtdan bəri heç bir ödəniş həyata keçirməmişdir. Bununla əlaqədar qarşı tərəfə həm poçt vasitəsilə, həm də elektron qaydada pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəf əsas məbləğ üzrə 58623 manat, ƏDV üzrə 6180,12 manat borc qalığının olduğu, həmçinin icarə və xidmət müqavilələrinin şərtlərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün 0,1% hesablanmaqla icarə üzrə 5676 manat, xidmət müqaviləsi üzrə 35126 manat məbləğində cərimənin, illik 5% olmaqla 9356 manat məbləğində cərimənin olduğu barədə məlumatlandırılmış və 10 gün müddətində qeyd edilən həm əsas borc və ƏDV borclarının, həm də cərimənin ödənilməli olduğu, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəf pretenziya məktubunu əldə edib, borclardan xəbərdar olsa da, buna qarşı heç bir münasibət bildirməmiş, biganə yanaşmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 425.1, 425.2, 427.3, 442, 445.2.1, 449.1-ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh MMC arasında 16 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən əlavədə göstərilmiş malları razılaşdırılmış qiymətə və müqavilədə qeyd olunmuş şərtlərlə icarəçinin istifadəsinə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi müqavilənin şərtlərinə əsasən icarəyə götürülmüş malların istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri müqaviləyə əlavə olan qoşma sənəd əlavədə göstərilir və tərəflər arasında əvvəlcədən razılaşdırılır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verilən mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən icarəyə verən malları ödəniş olunduqdan sonra 7 gün ərzində təhvil verməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən icarəçi icarəyə verilən mallar icarəçinin sahəsinə verildiyi gündən icarə haqqı hesablanır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəyə gedən material üçün bütün ödənişlər nağd və ya bank ödənişi vasitəsilə əvvəlcədən ödənilməklə aparılır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən aylıq icarə haqqı növbəti növbəti ayın ilk 10 günü ərzində ödənilməlidir. Həmin müqavilənin 3.6cı bəndinə əsasən əgər icarə haqqı növbəti aya qədər ödənilməzsə, hər gecikmə gününə görə kirayə məbləğinin 0,1%-i məbləğində gecikmə haqqı hesablanacaqdır. Əks halda icarəyə verən müqaviləni vaxtından əvvəl poza bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli, 01 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ 2800 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli, 01 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ 5901,18 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 02 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ (bir ay üzrə) 882,51 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 02 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ 21240 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 03 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ (bir ay üzrə) 4083,75 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 04 nömrəli əlavə olan qiymətin razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, protokolda adıçəkilən mallara görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək məbləğ (bir ay üzrə) 420 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2022-ci il tarixli, 01 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, 01 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, 02 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2023-cü il tarixli, 02 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2024-cü il tarixli, 03 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2024-cü il tarixli, 04 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, 16 sentyabr 2022-ci il tarixli müqavilə üzrə icarə və xidmət haqqı üzrə ümumi qalıq borc 58623 manat, ƏDV borcu 6180,12 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 282387 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9727,9 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 1 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 350099 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9727,9 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 1 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 552029 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9727,9 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 1 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 552025 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9727,9 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 1 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 358528 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 5901,18 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 01 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 381650 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 11802,36 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 01 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 878629 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 21240 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 02 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 478472 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 7576,78 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 03 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 936452 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 127,44 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 03 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 427153 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 11311,52 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 01 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 433855 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 27615,54 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 05 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
32. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 069777 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 19031,04 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 06 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 245496 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 10261,77 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə 2 nömrəli əlavəyə uyğun tərtib edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. İddiaçı tərəfindən “Gefest MMC”-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
37. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, 01 nömrəli icarə və xidmət müqavilələri üzrə 58623 manat əsas borc, 6180,12 manat ƏDV borcunun tutulması təşkil edir.
38. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 16 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən əlavədə göstərilmiş malları razılaşdırılmış qiymətə və müqavilədə qeyd olunmuş şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarəyə götürülmüş malların istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarə predmetləri cavabdehə təhvil verilsə də, icarə haqqının ödənilməsinə dair öhdəlikləri cavabdeh lazımınca yerinə yetirməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, ayaqaltı Lesa avadanlıqlarının quraşdırılması, sökülməsi xidmətlərinin göstərilməsinə və dəyərinin ödənilməsinə dair tərəflər arasında razılaşma da olmuş, bununla bağlı qiymət razılaşdırma protokolları, müvafiq elektron qaimələr təqdim olunsa da, ayrıca yazılı müqavilə məhkəməyə təqdim olunmamışdır. Lakin həmin münasibətlərin, müvafiq öhdəliklərin olması işdə olan sübutlarla təsdiqini tapir. Həmin xidmətlər də iddiaçı tərəfindən göstərilmiş, lakin həmin xidmətlərin dəyəri də tam ödənilməmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh özərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Qeyd olunan hallar tərəflər arasında bağlanmış müqavilə, qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları və üzləşmə aktı ilə öz təsdiqini tapır.
39. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının icarə və xidmət haqqının tutulmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh MMC-dən 58623 (əlli səkkiz min altı yüz iyirmi üç) manat əsas borc, 6180,12 manat (altı min yüz səksən manat on iki qəpik) ƏDV məbləği tutularaq İddiaçı ödənilməlidir. Belə ki, tərəflər arasında tərtib və təsdiq olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya 16 sentyabr 2022-ci il tarixli müqavilə üzrə qalıq borcunun 58623 manat, ƏDV borcunun 6180,12 manat təşkil etdiyi qeyd olunur. Eyni zamanda İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən imza və möhür ilə təsdiq edilmişdir.
40. İddia tələbinin digər hissəsini 16 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə hesablanmış 5676 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
41. Tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən əgər icarə haqqı növbəti aya qədər ödənilməzsə, hər gecikmə gününə görə icarə məbləğinin 0,1%-i məbləğində gecikmə haqqı hesablanacaqdır.
42. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
43. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq 16 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 3000 (üç min) manat məbləğində müəyyən edilməlidir.
44. Bundan əlavə, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanan 9356 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
45. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2931,15 manat (iki min doqquz yüz otuz bir manat on beş qəpik) (58623x5/100=2931,15) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
46. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 407 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
47. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib formada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,2 manat iki yüz qırx doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 58623 (əlli səkkiz min altı yüz iyirmi üç) manat əsas borc, 6180,12 manat (altı min yüz səksən manat on iki qəpik) ƏDV məbləği, 3000 (üç min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2931,15 manat (iki min doqquz yüz otuz bir manat on beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 249,2 manat iki yüz qırx doqquz manat iyirmi qəpik) olmaqla, ümumilikdə 70983,47 manat (yetmiş min doqquz yüz səksən üç manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova