Məhkəmə qərarları › İş №e-2-2(113)-187/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-187/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-187/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.842,74 manat məbləğində əsas borc, 523,80 manat məbləğində faiz borcu, 130,40 manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.496,94 manat məbləğində pulun və 84,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh (bundan sonra mətndə Cavabdeh və ya cavabdeh) arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230-CNS-43501 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 7.000 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cüil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5.842,74 manat məbləğində əsas borc, 523,80 (beş yüz iyirmi üç, 80) manat məbləğində faiz borcu, 130,40 manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.496,94 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 4427.84 manat məbləğində əsas borc və 84,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsinə əsasən 4318.94 manat məbləğində əsas borc və 84,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsinə əsasən 4031.84 manat məbləğində əsas borc və 84,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahatverərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

12. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230 AZN60754 saylı əsas bank hesabı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqavilə ilə Bank hesabın açılması üçün tələb olunan sənədlər əsasında Müştəriyə saylı cari hesab açmağı, açılmış hesaba pul vəsaitini daxil etməyi, hesab üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə hesab vasitəsi ilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 366230 AZN60754 saylı əsas X3 Hesabı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə uyğun olaraq Bank Müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün Müştəriyə kart hesabı açmaq öhdəliyini, Müştəri isə Banka bank əməliyyatlarına dair komisyon haqlarını ödəmək Öhdəliyini üzərinə götürür. - 2.1-ci bəndinə əsasən Bank ödəniş kart üzrə əməliyyatlardan istifadə etmək üçün Müştərinin adma Azərbaycan Respublikasının Qanunvericiliyi və Bankın müvafiq daxili normativ sənədləri ilə müəyyən olunmuş qaydada AZ57VTBA**********6230AZN001 №-li hesab açmaq, həmçinin PİN-kodlu PİNkonvert və plastik kart təqdim etmək; hesab üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, həmçinin Pin kodu olan qapalı zərfi (Müştərinin özü tərəfindən PİN kodun seçilməsi hallan istisna olmaqla (PİN SET xidməti (Şərh silmək', PİN SET xidməti yalnız bu Müqaviləni imzalayan şirkətin nümayəndəsinə, kartı götürən zaman təqdim edilir) və plastik kartı təqdim etmək öhdəliyini, Müştəri isə hesab vasitəsi ilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını əməliyyat aparıldığı an qüvvədə olan tariflərə uyğun ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı ASC (bank) ilə X2 (kredit alan) arasında 16 mart 2023-cü il tarixli 366230- CNS43501 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 2.1-ci Müqaviləyə əsasən Bank Kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası 7000 manatdır. 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 16 mart 2026-cı il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 23% olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 5.5-ci bəndinə əsasən faizlərin hesablanması zamanı bir ay 30 təqvim günü, bir il isə 360 gün sayına əsaslanaraq həyata keçirilir. 6.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəmək kredit alanın vəzifəsidir. 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və/və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə bank kredit alandan kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

15. 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kredit alan tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 7000 manat, faizin məbləği 2886.33 manat, cəmi ödəniləcək məbləğ 9886.33 manat məbləğində müəyyən edilmişdir.Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı ASC tərəfindən verilmiş sonuncu (maliyyə) arayışa əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh 4318.94 manat məbləğində əsas borcu vardır.

17. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

18. Azərbaycan VTB (Azərbaycan)sı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7522/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh İddiaçı ASC -yə olan borcu İddiaçı ASC saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 5253.51 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan VTB (Azərbaycan)sının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh (borc alan) arasında 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7.000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh razılaşma üzrə əsas kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

24. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq Cavabdeh banka olan borcunun xx.xx.2024-cü il tarixə əsas kredit borcu 5253.51 manat olmasını müəyyən edilmişdir.

25. Belə olan halda məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab eir ki,Cavabdeh xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4031.84 manat məbləğində əsas borcunun tutulmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 84.97 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84.97 manat məbləğində pul vəsaiti cavabdeh dən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən cavabdehdən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan VTB (Azərbaycan)sı Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh xeyrinə 16 mart 2023-cü il tarixli 366230-CNS43501 saylı kredit müqaviləsi üzrə 4031.84 manat (dörd min otuz bir manat səksən dörd qəpik ) əsas borc və dövlət rüsumunun əvəz olaraq 84.97 manat tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar