Məhkəmə qərarları › İş №e-2-2(113)-1871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1871/2024

24.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1871/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” Açıq Səhmdar Cəmı̇ yyəti cəlb edilməklə) qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: hərracın, hərracın yekunları barədə protokol və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” Açıq Səhmdar Cəmı̇ yyəti cəlb edilməklə) qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Firması cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” Açıq Səhmdar Cəmı̇ yyəti (“Bank xxxx” ASC) cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus xx şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsi, cavabdehin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-39/2022 saylı qətnaməsinə əsasən iddiaçı “Bank xxxx” ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, xx Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 nömrəli qətnaməsinin tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, "xxxx" firmasına məxsus xx şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tutma yönəldikdən sonra boşaldılması, qətnamənin ipoteka predmeti olan "xxxx" firmasına məxsus xx şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan "xxxx" firmasına məxsus xx şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərraca çıxarılarkən ilkin satış qiymətinin onun likvid dəyərinə uyğun ******* manat müəyyən edilməsi, qətnamənin qalan hissədə “Bank xxxx” ASC ilə Cabbarov Qurban Məhəmməd oğlu arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli baş kredit razılaşması və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlundan, "xxxx" firmasından və Hüseynova Xatirə Mirheydər qızından iddiaçı “Bank xxxx” ASC-nin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1497791,64 ABŞ dolları, faiz borcu üzrə 138011,49 ABŞ dolları, ümumilikdə 1635803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 manatın tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlundan, "xxxx" firmasından və Hüseynova Xatirə Mirheydər qızından tutularaq Dövlət Xəzinadarlığı Agentliyinə ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılması, 100 manat ekspertiza xərcinin iddiaçı “Bank xxxx” ASC-dən və "xxxx" firmasından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1925/2023 nömrəli qərarına əsasən xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 39/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 39/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün xx şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. xx şəhəri üzrə İcra idarəsi tərəfindən hərracın keçirilməsi Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC ilkin hərracın keçirilməsini xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin etmişdir. Hərrac təşkilatı necə tələsibsə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri (hətta bayram günlərini belə) gözləmədən növbəti hərracın keçirilməsini xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin etmişdir. Təşkilatçı kütləvi informasiya vasitələrində hərracın keçirilməsinə ən azı 30 gün qalmış birinci, 15 gün qalmış isə ikinci elanı verməli olduğu halda elan verməmiş və ya müddətə riayət etməmişdir. Yəni heç bir müddətə, prosessual normaya riayət etməmişdir. Qanunvericiliyin kobud surətdə pozulması nəticəsində firmaya maddi ziyan vurulur. Belə ki, hərrac prosesi qanunvericiliyə uyğun şəkildə aparılsa, əmlakın satılması elan vasitəsi ilə üçüncü şəxslərə çatdırıla və ilkin və ya ikinci hərracda satılması ehtimalı artırıla bilər. Hərrac mərkəzi isə sanki əmlakın normal qiymətə satılmasının deyil, sonda banka təqdim edilməsinin tərəfdarıdır. İddia təmin edilməli, hərracın etibarsız hesab edilməsi, cavabdehin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın, 05 fevral 2024-cü il tarixli, 08/01 nömrəli hərracın yekunları barədə protokol və 05 fevral 2024-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” ASC tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" firması cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbində "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, cavabdehin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus xx şəhəri, 53- cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın, xx.xx.2024-cü il tarixli 08/01 nömrəli “Hərracın yekunları barədə” protokol və xx.xx.2024-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, hərrac təşkilatçısı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri gözləmədən hərracı keçirmiş və kütləvi informasiya vasitələrində hərracın keçirilməsinə dair elan verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1871/2024 saylı qərardadına əsasən “Bank xxxx” ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə cəlb olunmuşdur. Hazırkı iddia tələbinin nə hüquqi, nə də faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən hazırkı iddia tələbi təmin oluna bilməz. Bununla əlaqədar aşağıdakılar qeyd edilir: xx Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddiaçı “Bank xxxx” ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, "xxxx" firması və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-39/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş.R.Abasov) iddiaçı “Bank xxxx” ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin əmlakın məcburi qaydada boşaldılması hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi; qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdehlər Q.M.Cabbarov və "xxxx" firmasının apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1925/2023 saylı qərarı ilə (sədrlik edən hakim M.T.Əhmədova) cavabdehlər Q.M.Cabbarov və "xxxx" firmasının kassasiya şikayətlərinin təmin edilməməsi, xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-39/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı icraya yönəlmiş və xx şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli, 107/40 saylı sifariş məktubuna əsasən ipoteka predmeti xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binası hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin 05 fevral 2024-cü il tarixli 08/01 nömrəli Hərracın yekunları barədə Protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayan “Bank xxxx” ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən hərrac qüvvədə olan qanunvericiliyə uyğun keçirilmiş və heç bir pozuntuya yol verilməmişdir. Belə ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin xx şəhəri üzrə İcra İdarəsi, Cabbarov Qurban Məhəmməd oğlu, X3, "xxxx" firması və “Bank xxxx” ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/2092 saylı və xx.xx.2023-cü il tarixli, 01/2249 saylı açıq hərracın keçirilməsinə dair bildiriş №01 və №02, həmçinin “FM Express” kuryer xidmətinin seriya ƏİV № 368516, 368525, 368529, 368620, 368621, 368622, 396063, 396064, 396065, 396072, 396073 və 396074 qəbzlərin surətlərindən müəyyən olunur ki, xx Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-39/2022 saylı icra sənədi üzrə xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair hərracın keçirilmə vaxtı (xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00) barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli, № 378, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli № 384 çıxarışından müəyyən olunur ki, sifarişçi: xx şəhəri üzrə İcra idarəsi, tələbkar: “Bank xxxx” ASC, borclu: "xxxx" firması, qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00, xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac və keçirilmiş hərracın baş tutması ilə əlaqədar elanlar yerləşdirilmişdir. www.birjanews.az saytının (eherrac.gov.az portalı) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 01/203 D lot üzrə edilmiş çıxarışından görünür ki, sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi, tələbkar: “Bank xxxx” ASC, borclu: “Kənan" firması, qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4.175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü i! tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar elanlar yerləşdirilmişdir. SMS-bildirişin abonentə göndərilməsi barədə reyestrdən çıxarışdan müəyyən olunur ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:35 və xx.xx.2024-cü il tarixdə saat 11:12, 11:14də abonentlər (99455) 890-00-05, (99451) ***-**-** və (99450) ***-**-** xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4.175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00 və 08.01 2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar sms-bildirişlər göndərilmişdir. Sadalanan sənədlərdən müəyyən olunduğu kimi, hərrac təşkilatçısı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərin pozulması ilə hərracın keçirilməsi və kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə elan verilməməsi barədə iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur. Bütün bunlar onu göstərir ki, hazırkı iddia həm hüquqi, həm faktiki cəhddən əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə uzadılması məqsədini daşıyır və bu da öz növbəsində kreditor olan bankın və məhkəmələrin əlavə vaxt itkisi ilə nəticələnir.

6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” ASC tərəfindən iddiaya mülahizə təqdim olunmuşdur. Mülahizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı “Kənan" firmasının cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” ASC) keçirilmiş hərracın, hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxılır. İddiaçı tələbində "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4.175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın, xx.xx.2024-cü il tarixli, 08/01 nömrəli “Hərracın yekunları barədə” Protokol və xx.xx.2024-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, hərrac təşkilatçısı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri gözləmədən hərracı keçirmiş və kütləvi informasiya vasitələrində hərracın keçirilməsinə dair elan verməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hazırkı iddia tələbinin əsas məqsədi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının icrasının və ümumilikdə ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısının alınmasından ibarətdir. Belə ki, iddiaçı “Bank xxxx” ASCnin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, "xxxx" firması və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə cavabdeh tərəf müxtəlif əsassız iddialar qaldıraraq, prosessual hüquqlarından sui-istifadə edərək, məhkəmə prosesinin süni şəkildə uzadılmasına çalışmış və "xxxx" firmasının hazırkı iddia tələbi də icraya yönəldilmiş məhkəmə qərarının icrasının qarşısını almaq məqsədini daşıyır. Bununla əlaqədar aşağıdakılar qeyd edilir: 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-7706/2016 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun cavabdeh “Bank xxxx” ASC-nə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3988/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) iddiaçı Q.M.Cabbarovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11,2016-cı il tarixli 2(006)-7706/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8465/2017 saylı qərarı ilə (sədrlik edən hakim Ə.M.Rüstəmov) iddiaçı Q.M.Cabbarovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3988/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2) Bakı Kommersiya Məhkəməsinin 12.11 2020-ci il tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddiaçı "xxxx" firmasının cavabdeh “Bank xxxx” ASC-yə qarşı zaminliyə və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-227/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Ə.Hüseyn) iddiaçı "xxxx" firmasının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-774/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-416/2021 saylı qərarı ilə (sədrlik edən hakim B.Qəribov) iddiaçı "xxxx" firmasının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-227/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1708/2023 saylı qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddiaçı X5 cavabdehlər “Bank xxxx” ASC, "xxxx" firması, Cabbarov Qurban Məhəmməd oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5058/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.S.Şirinov) iddiaçı S.M.Hüseynovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1708/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sadalanan məhkəmə aktlarından göründüyü kimi, bankın iddia tələbi üzrə cavabdeh tərəf uzun müddət ərzində müxtəlif əsassız iddialar qaldırmaqla, prosessual hüquqlarından sui-istifadə edərək, məhkəmə prosesini süni şəkildə uzatmış və hazırkı iddia tələbi də icraya yönəldilmiş məhkəmə qərarının icrasının və ümumilikdə ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısının alınmasından ibarətdir. Bütün bunlar onu göstərir ki, hazırkı iddia həm hüquqi, həm faktiki cəhddən əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə uzadılması məqsədini daşıyır və bu da öz növbəsində kreditor olan bankın və məhkəmələrin əlavə vaxt itkisi ilə nəticələnir.

7. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tədqiq olunan sübutlar:

8. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, hərrac təşkilatçısı qanunvericilikdə nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarını və müddətlərini pozmaqla hərracı keçirmişdir. İddia tələbini qəbul etmirik. Hesab edirik ki, hazırkı iddia tələbinin nə huquqi, nə də ki faktiki baxımından heç bir əsası yoxdur. Hazırkı iddia tələbinin əsas məqsədi qanuni qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qərarının icrasının qarşısını alınmasından ibarətdir, bu səbəbdən də hazırkı iddia tələbi təmin oluna bilməz. Bununla əlaqədar qeyd edirik ki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirilən hərrac məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilən normaların tələbindən göründüyü kimi, qüvvədə olan qanunvericilik müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərracın etibarsız hesab edilməsinin mümkünlüyünü nəzərdə tutur. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42 və 43-cü maddələrində hərracın keçirilmə qaydaları və müddətləri təsbit edilmişdir. 1) Hərracın qaydalara uyğun keçirilməsi: İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin xx şəhəri üzrə İcra İdarəsi, Cabbarov Qurban Məhəmməd oğlu, X3, "xxxx" firması və “Bank xxxx” ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/2092 saylı və xx.xx.2023-cü il tarixli, 01/2249 saylı “Açıq hərracın keçirilməsinə dair” bildiriş № 01 və № 02, həmçinin “FM Express” kuryer xidmətinin seriya ƏİV № 368516, 368525, 368529, 368620, 368621, 368622, 396063, 396064, 396065, 396072, 396073 və 396074 qəbzlərin surətlərindən müəyyən olunur ki, xx Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-39/2022 saylı icra sənədi üzrə xx şəhəri, 53cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair hərracın keçirilmə vaxtı (xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00) barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli № 378, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli, № 384 çıxarışından müəyyən olunur ki, sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi, tələbkar: “Bank xxxx” ASC, borclu: "xxxx" firması, qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00, xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac və keçirilmiş hərracın baş tutması ilə əlaqədar elanlar yerləşdirilmişdir. www.birjanews.az saytının (eherrac.gov.az portalı) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 01/203 D lot üzrə edilmiş çıxarışından görünür ki, sifarişçi: xx şəhəri üzrə İcra idarəsi, tələbkar: “Bank xxxx" ASC, borclu: "xxxx" firması, qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyriyaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar elanlar yerləşdirilmişdir. Bundan əlavə, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmasa da, SMS-bildirişin abonentə göndərilməsi barədə reyestrdən çıxarışdan müəyyən olunur ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:35 və xx.xx.2024cü il tarixdə saat 11:12, 11:14-də abonentlər (99455) 890-00-05, (99451) ***-**-** və (99450) ***-**-** xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar sms-bildirişlər göndərilmişdir. Sadalanan sənədlərdən müəyyən olunduğu kimi, hərrac təşkilatçısı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarını pozmaqla hərracın keçirməsi və kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə elan verilməməsi barədə iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur. 2) Müddətlərə əməl olunmaq ilə hərracın keçirilməsi: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir...”. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən hərrac xx şəhəri üzrə İcra idarəsini xx.xx.2023-cü il tarixli, 107/40 saylı sifariş məktubu əsasında keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən hərrac xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, hərrac qanunvericiliklə müəyyən olunmuş sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq müddətə təyin edilmişdir. İş materialları ilə müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixli 01/2092 saylı “Açıq hərracın keçirilməsinə dair” bildiriş № 01 "xxxx" firmasına göndərilmiş; xx.xx.2023-cü il tarixli № 378 “Birja Yenilikləri” qəzetində və xx.xx.2023-cü il tarixdə www.birjanews.az saytında (eherrac.gov.az portalı) hərracın xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə elanlar verilmişdir. Göründüyü kimi, elan və bildiriş qanunvericiliklə müəyyən olunmuş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilmişdir (göndərilmişdir). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən “...birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir". İş materialları ilə müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən birinci hərrac xx.xx.2023-cü il tarixə, təkrar hərrac isə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, təkrar hərrac qanunvericiliklə müəyyən olunmuş müddətdə, yəni birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təyin edilmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, birinci və təkrar hərrac arasında 5 bayram günü olduğu halda, təkrar hərracın təyin olunması müddəti hərrac təşkilatçısı tərəfindən güya pozulmuşdur. Hesab edilir ki, iddiaçının bu dəlilinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq, yəni bayram günləri daxil olmaqla təkrar hərrac keçirilir (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsi). 3) Digər məsələlər: İddia ərizəsində həmçinin hərrac bildirişlərinin və sms-bildirişlərinin çatmaması, hərracın keçirilməsi ilə bağlı elanın Facebook səhifəsində gec yerləşdirilməsinə istinad edilmişdir. İlk növbədə, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin xx.xx.2023-cü il tarixli, 01/2092 saylı və xx.xx.2023-cü il tarixli, 01/2249 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişlər № 01 və № 02 Cabbarov Qurban Məhəmməd oğlu, X3 və “Kənan" firmasına göndərilmişdir. Həmçinin “FM Express” kuryer xidmətinin seriya ƏİV № 368516, 368525, 368529, 368620, 368621, 368622, 396063, 396064, 396065, 396072, 396073 və 396074 qəbzlərindən müəyyən olunur ki, həmin bildirişlər xx.xx.2023-cü il tarixdə “Cabbarlı” soyadı ilə imza etmiş şəxs, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə soyadı göstərilməyən imza etmiş şəxs, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə isə bəzilərini "Cabbarova” soyadı ilə imza etmiş şəxs, bəzilərini isə soyadı oxunmayan imza etmiş şəxs tərəfindən alınmışdır. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələbinə görə hərracın keçirilməsi barədə məlumat hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Göründüyü kimi, qanunvericilikdə hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin göndərilməsi əks edilmiş, ipoteka qoyanın ünvanda olmaması və ya sui-istifadəyə şərait yaradan digər hallar hərrac təşkilatçısının mülki məsuliyyətinə aid edilməmişdir. Digər sözlə, hərracın keçirilməsi ipoteka qoyanın hərrac bildirişinin alıb-almaması ilə əlaqələndirilməmiş və bu haldan asılı vəziyyətdə deyildir. Beləliklə, hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hərracın keçirilməsi ilə bağlı bildirişlər ipoteka qoyanın hüquqi ünvanına göndərilmişdir. Bu da öz növbəsində, hərrac təşkilatçısının qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsini təsdiq edir. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişinin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Göründüyü kimi, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər qüvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka qoyan “Kənan" firmasına göndərilmişdir. İkincisi, iddiaçı sms-bildirişinin ona çatmaması və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar Facebook səhifəsində elanın gec yerləşdirilməsini iddia ərizəsində qeyd etsə də, bunun hüquqi əsasını göstərməmişdir. Hərracın keçirilmə qaydalarını müəyyən edən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42 və 43-cü maddələrində belə bir qaydalar və ya belə bir hal nəzərdə tutulmamışdır. Hərrac təşkilatçısı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əlavə olaraq, yəni öz təşəbbüsü ilə ipoteka qoyanın mobil telefonuna smsbildiriş göndərmiş və hərracın keçirilməsi ilə əlaqədar Facebook səhifəsində elan yerləşdirmişdir. Belə ki, işdə olan SMS-bildirişin abonentə göndərilməsi barədə reyestrdən çıxarışdan müəyyən olunur ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:35 və xx.xx.2024-cü il tarixdə saat 11:12, 11:14-də abonentlər (99455) 890-00-05, (99451) ***-**-** və (99450) ***-**-** xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar smsbildirişlər göndərilmişdir. Sadalanlardan göründüyü kimi, hərrac bildirişlərinin və smsbildirişlərinin ipoteka qoyana çatmaması, hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatçısı tərəfindən Facebook səhifəsində elanın gec yerləşdirilməsi barədə iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına və müddətlərinə qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir.

9. Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı X13 tərəfindən xx şəhəri İcra İdarəsinə (surəti: Cabbarov Qurban Məhəmməd oğluna, X1 və "xxxx" Firmasına) ünvanlanmış xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdə qeyd edilmişdir ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair xx Apellyasiya Məhkəməsinin 2(105)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə mülkiyyətinizdəki xx səh, 53cü məh., 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinə tutuma yönəldilmişdir və hərracda satılmalıdır. Hərracın keçirilməsi ilə bağlı elanlar “Birja Yenilikləri” qəzetində dərc olunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hərracın keçirilməsinin canlı yayımda www.birjanews.az saytında izləyə bilərsiniz. Hərracın keçirilməsi vaxtı, tarixi: xx.xx.2023cü il, saat 11:00, hərracın keçirilmə yeri: Bakı şəh., İ.Hidayətzadə küç.156 (2QA) 1933 məh (1 mərtəbədə), hərracın forması: açıq auksion forması, hərracın predmeti qeyriyaşayış sahəsi, ilkin satış qiyməti: ******* (dörd milyon) manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği: 200000 (iki yüz min) manat qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı X13 tərəfindən xx şəhəri İcra İdarəsinə (surəti: Cabbarov Qurban Məhəmməd oğluna, X1 və "xxxx" Firmasına) ünvanlanmış xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdə qeyd edilmişdir ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair xx Apellyasiya Məhkəməsinin 2(105)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə mülkiyyətinizdəki xx səh, 53cü məh., 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinə tutuma yönəldilmişdir və hərracda satılmalıdır. Hərracın keçirilməsi ilə bağlı elanlar “Birja Yenilikləri” qəzetində dərc olunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hərracın keçirilməsinin canlı yayımda www.birjanews.az saytında izləyə bilərsiniz. Hərracın keçirilməsi vaxtı, tarixi: xx.xx.2024cü il, saat 11:00, hərracın keçirilmə yeri: Bakı şəh., İ.Hidayətzadə küç.156 (2QA) 1933 məh (1 mərtəbədə), hərracın forması: açıq auksion forması, hərracın predmeti qeyriyaşayış sahəsi, ilkin satış qiyməti: ******* manat – 15% = ******* (üç milyon dörd yüz min) manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği: 170000 (yüz yetmiş min) manat qeyd edilmişdir.

11. İş materiallarına xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildiriş və xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişlərin çatdırılmasına dair FM Express məktub və bağlama daşınmasının kuryer xidməıtləri üçün mədaxil qəbzlərinin talonları (xəbərnamələri) əlavə edilmişdir.

12. 01/203D lot üzrə portaldan çıxarışdan görünür ki,: Hərrac: ünvan 1 ünvanında keçirilir. tel: 566-70-25,566-79-67. http:birjanews.az. Sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi Açıq formada. (Tələbkar "xxxx" ASC, borclu "xxxx" firması) Qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllədə 0, 317 ha torpaq sahəsində iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi - ******* manat. Beh: Satış qiymətinin 5% hərrac təşkilatının depozit hesabına. Behlər hərrac gününədək qəbul olunur. Hərrac addımı ipoteka predmetlərində: Satış qiymətinin 3%-dək, digər hallarda sərbəst. 01/203D lot üzrə. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Qalib olmayan alıcıların behləri 7 təqvim günü müddətində geri qaytarılır. Hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-17:00-da keçiriləcək, (növbəlilik əsasında) - xx.xx.2023-cü il tarixdə məlumat elan edilmişdir.

13. 01/203D lot üzrə portaldan çıxarışdan görünür ki, Hərrac: ünvan 3 ünvanında keçirilir. tel: 566-70-25, 566-79-67. http:birjanews.az. Sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi, Açıq formada. (Tələbkar "xxxx" ASC, borclu "xxxx" fırması) Qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi - ******* manat. xx.xx.2023-cü il tarixinə təyin olunmuş 1-ci hərrac baş tutmadığından 15% aşağı olmaqla. Beh: Satış qiymətinin 5%-i hərrac təşkilatının depozit hesabına. Behlər hərrac gününədək qəbul olunur. Hərrac addımı ipoteka predmetlərində: Satış qiymətinin 3%-dək, digər hallarda sərbəst. 01/203D lot üzrə. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Qalib olmayan alıcıların behləri 7 təqvim günü müddətində geri qaytarılır. Hərrac xx.xx.2024-cü il tarixində saat 11:00-17:00-da keçiriləcək. (növbəlilik əsasında) - xx.xx.2023-cü il tarixdə məlumat elan edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, 378 nömrəli birja yenilikləri qəzetindən görünür ki, hərrac ünvan 3 ünvanında keçirilir. tel: 566-70-25,566-79-67. http:birjanews.az. Sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi Açıq formada. (Tələbkar "xxxx" ASC, borclu "xxxx" firması) Qeyriyaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllədə 0, 317 ha torpaq sahəsində iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi - ******* manat. Beh: Satış qiymətinin 5% hərrac təşkilatının depozit hesabına. Behlər hərrac gününədək qəbul olunur. Hərrac addımı ipoteka predmetlərində: Satış qiymətinin 3%-dək, digər hallarda sərbəst. 01/203D lot üzrə. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Qalib olmayan alıcıların behləri 7 təqvim günü müddətində geri qaytarılır. Hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-17:00-da keçiriləcək, (növbəlilik əsasında) - məlumat dərc edilmişdir.

15. xx.xx.2023-cü il tarixli birja yenilikləri qəzetindən görünür ki, Hərrac: ünvan 4 ünvanında keçirilir. tel: 566-70-25, 566-79-67. http:birjanews.az. Sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi Açıq formada. (Tələbkar "xxxx" ASC, borclu "xxxx" fırması) Qeyri-yaşayış sahəsi: xx şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi - ******* manat. xx.xx.2023-cü il tarixinə təyin olunmuş 1-ci hərrac baş tutmadığından 15% aşağı olmaqla Beh: Satış qiymətinin 5% hərrac təşkilatının depozit hesabına. Behlər hərrac gününədək qəbul olunur. Hərrac addımı ipoteka predmetlərində: Satış qiymətinin 3%-dək, digər hallarda sərbəst. 01/203D lot üzrə. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Qalib olmayan alıcıların behləri 7 təqvim günü müddətində geri qaytarılır. Hərrac xx.xx.2024-cü il tarixində saat 11:00-17:00-da keçiriləcək. (növbəlilik əsasında) - məlumat dərc edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, 384 nömrəli birja yenilikləri qəzetindən görünür ki, Hərracı: aşağıdakı işlər üzrə “İpoteka haqqında” AR Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərrac baş tutmamışdır. Sifarişçi: xx şəhəri üzrə İcra İdarəsi açıq formada (Tələbkar "xxxx" ASC, borclu "xxxx" fırması) Qeyri-yaşayış sahəsi: xx şəhəri, 53cü məhəllədə 0,317 ha torpaq sahəsində iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi - ******* manat - məlumat dərc edilmişdir.

17. Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı X13 tərəfindən xx şəhəri İcra İdarəsinə (surəti: Cabbarov Qurban Məhəmməd oğluna, X1 və "xxxx" Firmasına) ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd edilmişdir ki, xx şəhəri üzrə İcra İdarəsinin № 107/40 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü xx şəh, 53-cü məh, 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binasının təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2024-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni ******* (iki milyon beş yüz əlli min) manat olmaqla, ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli, 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir.

18. “Bank xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı X13nə (surəti: xx şəhəri İcra İdarəsinə) ünvanlanmış xx.xx.2024-cü il tarixli, 602 nömrəli təklifin qəbulu haqqında məktubda qeyd edilmişdir ki, “Bank xxxx” ASC-də ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan "xxxx" firmasına məxsus olan xx şəhəri, 53-cü məhəllədə içərisində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi, 2159.01 kv.m əsas, 2016 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası xx şəhəri üzrə İcra idarəsinin sifariş məktubuna əsasən keçirilmiş təkrar hərracda satılmadığına görə tələbkar bank Sizin xx.xx.2024-cü il tarixli təklifinizi qəbul edir, həmin daşınmaz əmlakı xx Apellyasiya Məhkəməsinin 2(105)-39/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən borcun əvəzinə almağa razılıq verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, əmlakın bankın balansına götürülməsi ilə bağlı hərrac protokolunu banka təqdim etməyinizi Sizdən xahiş edirik.

19. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 08/01 nömrəli protokolunda qeyd edilmişdir ki, İpoteka saxlayanın hərrac mərkəzində olduğu tarix: 05 fevral 2024-cü il; Hərrac təşkilatının fəaliyyət göstərdiyi ünvan: ünvan 6radan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru G.N.Mustafayev; Hərracın keçirilməsinə sifariş verən: xx şəhəri üzrə İcra İdarəsi; İpoteka saxlayanın tam adı: "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X7; İpoteka predmeti və onun mülkiyyətçisi: "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) Azərbaycan Respublikası Mülki Məcəllənin 415-ci maddəsinə əsasən ipoteka predmetinin (qeyri-yaşayış binası) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olan qiyməti tam dəyəri (rəqəm və sözlə): ******* (iki milyon beş yüz əlli min) manat; xx Apellyasiya Məhkəməsinin 2(105)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi, xx şəhəri üzrə İcra İdarəsinin 107/40 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə müvafiq olaraq hərracı udduğu halda ipoteka saxlayan tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. İpoteka saxlayanın tam adı: "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X7; İpoteka predmetinin ilkin hərrac qiyməti (qeyri-yaşayış binası) (rəqəm və sözlə): ******* (dörd milyon) manat; İpoteka predmetinin təkrar hərracdakı satış qiyməti (qeyri-yaşayış binası) (rəqəm və sözlə): ******* (üç milyon dörd yüz min) manat; İpoteka predmetinin (qeyriyaşayış binası) “İpoteka haqqında” Azərbaycan Republikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti (rəqəm və sözlə): ******* (iki milyon beş yüz əlli min) manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi. Hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı, tələbkar və ya alıcı arasında protokol imzalandıqdan sonra müqavilə tərtib edilir. Müqavilədə xidmət haqqı və digər ödənişlər nəzərdə tutulmuşdur. Hərracın keçirilməsinə sifariş verən: “İpoteka haqqında” Qanunun 41.2 və 47.2-ci maddələrinin icrasına görə məsuliyyət daşıyır. Hərrac təşkilatçısı kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirişlərin tərəflərə göndərilməsinə, yerin ayrılmasına görə məsuliyyət daşıyır. Protokol imzalanmadan, möhürlə təsdiq edilmədən və xidmət haqqı ödənilmədən hüquqi qüvvəyə malik deyil. Ödənilən hərrac xərci kommersiya sirri sayılır, yalnız məhkəmə qaydasında həll edilə bilər. Bu protokol alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokolla müəyyənləşmiş yeni mülkiyyətçinin qanunvericiliyə uyğun sənədləşməsinə, həmçinin qeydiyyatına görə adiyyatı orqanlar məsuliyyət daşıyır və qəbul olunmuş qərarlara görə hərrac təşkilatı məsuliyyət daşımır.

20. “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC ilə “Bank xxxx” ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçi (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan daşınmaz əmlakı alıcının tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşınmaz əmlakın adı "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti). Həmin müqavilənin 1.3-cü bəndinə əsasən qeyri-yaşayış binasının əldə olunan qiyməti: ******* (iki milyon beş yüz əlli min) manat.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 7706/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cabbarov Qurban Məhəmməd oğlu cavabdeh “Bank xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sözügedən qətnamə ilə iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun cavabdeh “Bank xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3988/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cabbarov Qurban Məhəmməd oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-7706/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və sözügedən qətnamə ilə iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-7706/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8465/2017 saylı qərarı ilə Cabbarov Qurban Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3988/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı "xxxx" Firmasının cavabdeh “Bank xxxx” ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-227/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-416/2021 saylı qərarı ilə"xxxx" Firmasının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1708/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdehlər “Bank xxxx” Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Firması, Cabbarov Qurban Məhəmməd oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sözügedən qətnamə iddianın rədd edilməsi qət edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5058/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1708/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və sözgedən qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1708/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

29. "xxxx" Firmasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, 5 (beş) gün müddətində hazırkı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələb edilmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununnun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi

33. İşin faktiki hallarından göründüyü kimi, xx Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Bank xxxx” ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, "xxxx" firması və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank xxxx” ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin əmlakın məcburi qaydada boşaldılması hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi; qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdehlər Q.M.Cabbarov və "xxxx" firmasının apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehlər Q.M.Cabbarov və "xxxx" firmasının kassasiya şikayətlərinin təmin edilməməsi, xx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı icraya yönəlmiş və xx şəhəri üzrə İcra idarəsinin xx.xx.2023cü il tarixli, 107/40 saylı sifariş məktubuna əsasən ipoteka predmeti olan, xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binası hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, hərracın yekunları barədə 05 fevral 2024-cü il tarixli Protokol tərtib olunmuş, alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" firmasına məxsus xx şəhəri, 53-cü məhəllə, 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi sahədən ibarət olan 3 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayan “Bank xxxx” ASC tərəfindən əldə edilmişdir.

34. İddiaçı keçirilmiş hərrac, hərracın yekunları barədə protokol və 05 fevral 2024-cü il tarixli əmlakın alqı-satqısı barədə müqaviləni mübahisələndirərək, etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddiaçı qeyd etmişdir ki, ilkin hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər gözlənilmədən növbəti hərracın keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmiş, təşkilatçı kütləvi informasiya vasitələrində hərracın keçirilməsinə ən azı 30 gün qalmış birinci, 15 gün qalmış isə ikinci elanı verməli olduğu halda elan verməmiş və ya müddətə riayət etməmişdir.

36. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank xxxx” ASC-nin nümayəndəsi iddiaya etiraz etmiş və etirazın əsaslarını təqdim etdiyi ərizələrdə göstərmiş və hesab etmişdir ki, hərrac təşkilatçısı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarını pozmaqla hərracın keçirməsi və kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə elan verilməməsi barədə iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə üçüncü şəxsin etirazını əsaslı sayaraq (iş materialları ilə öz təsdiqini tapır) hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən tərəflərə müvafiq bildirişlər göndərilərək, hərracın keçirilmə vaxtı (xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00) barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetində xx.xx.2023-cü il tarixdə saat 11:00, xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac və keçirilmiş hərracın baş tutması ilə əlaqədar elanlar yerləşdirilmişdir. www.birjanews.az saytının (eherrac.gov.az portalı) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 01/203 D lot üzrə edilmiş çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 və xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək hərrac ilə əlaqədar elanlar yerləşdirilmişdir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir...”. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən hərrac xx şəhəri üzrə İcra idarəsini xx.xx.2023-cü il tarixli, 107/40 saylı sifariş məktubu əsasında keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən hərrac xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, hərrac qanunvericiliklə müəyyən olunmuş sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq müddətə təyin edilmişdir. İş materialları ilə müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixli 01/2092 saylı “Açıq hərracın keçirilməsinə dair” bildiriş № 01 "xxxx" firmasına göndərilmiş; xx.xx.2023-cü il tarixli № 378 “Birja Yenilikləri” qəzetində və xx.xx.2023-cü il tarixdə www.birjanews.az saytında (eherrac.gov.az portalı) hərracın xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə elanlar verilmişdir. Göründüyü kimi, elan və bildiriş qanunvericiliklə müəyyən olunmuş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilmişdir (göndərilmişdir). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən “...birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir". İş materialları ilə müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən birinci hərrac xx.xx.2023-cü il tarixə, təkrar hərrac isə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, təkrar hərrac qanunvericiliklə müəyyən olunmuş müddətdə, yəni birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təyin edilmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, birinci və təkrar hərrac arasında 5 bayram günü olduğu halda, təkrar hərracın təyin olunması müddəti hərrac təşkilatçısı tərəfindən güya pozulmuşdur. Hesab edilir ki, iddiaçının bu dəlilinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq, yəni bayram günləri daxil olmaqla təkrar hərrac keçirilir.

37. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin xx.xx.2023-cü il tarixli, 01/2092 saylı və xx.xx.2023-cü il tarixli, 01/2249 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişlər Cabbarov Qurban Məhəmməd oğlu, X3 və “Kənan" firmasına göndərilmişdir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələbinə görə hərracın keçirilməsi barədə məlumat hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Göründüyü kimi, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər ipoteka qoyan “Kənan" firmasına göndərilmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına və müddətlərinə qanunla nəzərdə tutulmuş qaydada riayət edilmiş və qanun pozuntusuna yol verilməmişdir.

38. Üçüncü şəxs “Bank xxxx” ASC etiraz ərizəsində 2016-cı ildən başlayaraq məhkəmələr tərəfindən qəbul olunan aktları sadalayır və belə bir məqama diqqət çəkir ki, sadalanan məhkəmə aktlarından göründüyü kimi, bankın iddia tələbi üzrə cavabdeh tərəf uzun müddət ərzində müxtəlif əsassız iddialar qaldırmaqla, prosessual hüquqlarından suiistifadə edərək, məhkəmə prosesini süni şəkildə uzatmış və hazırkı iddia tələbi də icraya yönəldilmiş məhkəmə qərarının icrasının və ümumilikdə ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısının alınmasından ibarətdir. Bütün bunlar onu göstərir ki, hazırkı iddia həm hüquqi, həm faktiki cəhddən əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə uzadılması məqsədini daşıyır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar