Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1872/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 21614,86 manat məbləğində krеdit bоrcu, 2307,80 manat məbləğində faiz bоrcu və 749,15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24671,87 manat, cavabdеh Cavabdeh1 iddiaçının хеyrinə xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 2556,01 manat məbləğində kredit borcu, 470,78 manat məbləğində faiz borcu və 233,84 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3260,63 manat, ümumilikdə cəmi 27932 (iyirmi yeddi min doqquz yüz otuz iki manat əlli qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 173,8 manat məbləğində tutularaq iddiaçıya ödənlməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC iləCavabdeh1 və zamin X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********56 saylı uzunmüddətli kredit və təminat müqaviləsiəsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 002S**********02 və 002S**********01 saylı Qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Kambarov Firidun və Cavabdeh3 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixli 002R********** saylıkredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddimin) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 5385.14 manat ödəmiş, onun 21614.86 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 171 gün üçün hesablanmış faiz borcu 2307.80 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 171 gün üçün hеsablanmış cərimə 749.15 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Bundan başqa,Cavabdeh1 AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqaviləsiəsasında cavabdehə “X3 X5” növlü kart hesabı və 24 (iyirmi dörd) ay müddətinə, 3000 (üç min) manat məbləğində kredit limitiaçılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh1 əsas borcu üzrə 2556.01 manat məbləğində kredit borcu qalmışdır. Kart krediti və girov barədə qarışıq müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 162 gün üçün hesablanmış faiz borcu 470.78 manat , 3.6-cı bəndinə müvafiq olaraq cərimə 233.84 manat təşkil edir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında Cavabdeh1 ekspert rəyi nəzərə alınmaqla iddia tələbini qəbul etdiyini bildirdi.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı ilə Cavabdeh1 (zamin- X2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********56 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır.
14. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən cavabdehə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddimin) manat məbləğində məbləğində kredit verilmişdir.
15. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.
16. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir.
17. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
18. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
19. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002S**********02 qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
20. İddiaçı ilə cavabdeh Kambarov Firidun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002S**********01 qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
21. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqaviləyə əsasən cavabdehə “X3 X5” növlü kart hesabı və 24 (iyirmi dörd) ay müddətinə, 3000 (üç min) manat məbləğində kredit limiti açılmışdır.
22. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, OUT-2024/12/06-35 saylı maliyyə arayışına görə cavabdehin xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 21614,86 manat, faiz borcu 2307,80 manat, cərimə borcu 749,15 manat təşkil edir.
23. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, OUT-2024/11/29-22 saylı maliyyə arayışına görə cavabdehin xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 2556,01 manat, faiz borcu 470,78 manat, cərimə borcu 233,84 manat təşkil edir.
24. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2024/10/13-32 saylı maliyyə arayışına görə cavabdehin xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 21614,86 manat, faiz borcu 4525,62 manat, cərimə borcu 2352,51 manat təşkil edir.
25. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 297 manat ödəniş həyata keçirilmişdir.
26. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçı banka 300 manat ödəniş olunmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2025-ci il tarixli, 9/1824 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) borcu 23.882,26 manat olmaqla, əsas borcu 21710,24 manat, faiz borcu 2172,02 manat, xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) borcu 24.046,90 manat olmaqla əsas borcu 21.710,24 manat, faiz borcu 2.336,66 manat təşkil edir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/5058 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 21.710,24 manat, faiz borcu 2.203,08 manat, xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) əsas borcu 21.710,24 manat, faiz borcu 2.367,66 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 iddiaçıya olan xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 2.556,01 manat, faiz borcu 470,78 manat, xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) əsas borcu 2556,01 manat, faiz borcu 552,4 manat təşkil edir.
29. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
31. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 (zamin- X2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********56 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmış, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən cavabdehə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddimin) manat məbləğində məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002S**********02 qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ilə cavabdeh Kambarov Firidun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002S**********01 qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqaviləyə əsasən cavabdehə “X3 X5” növlü kart hesabı və 24 (iyirmi dörd) ay müddətinə, 3000 (üç min) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh krеdit müqavilələrinin tələblərini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) yaranmış kredit borcu məbləğləri tutulmalı, xx.xx.2023-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq faiz borcu məbləği 04 sentyabr 2025-ci il tarixli, 9/1824 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
36. Belə ki, xx.xx.2026-cı il tarixli, 9/5058 nömrəli ekspert rəyində cavabdehlərin xx.xx.2023-cü il tarixli 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə əsas və faiz borcu iddia tələbində göstərilən məbləğlərlə eynilik təşkil edir.
37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 2556,01 manat əsas borc, 470,78 manat faiz borcu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə (müştərək) qaydada xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 21614,86 manat əsas borc, 2172,02 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh1 tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqaviləyə əsasən hesablanmış 233,84 manat cərimənin, xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 749,15 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə xx.xx.2023-cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 120 manat müəyyən edilməlidir.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin uzunmüddətli təminat və kredit müqaviləsi, kredit razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit razılaşması üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 2556,01 manat əsas borc, 470,78 manat faiz borcu, 120 manat cərimə borcu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə (müştərək) qaydada xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 21614,86 manat əsas borc, 2172,02 manat faiz borcu, 749,15 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 23,8 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
46. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 (100 + 50) manat təşkil edir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 03E**********56 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 2556,01 manat əsas borc, 470,78 manat faiz borcu, 120 manat cərimə, ümumilikdə 3146,79 (üç min bir yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə (müştərək) qaydada xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 21614,86 manat əsas borc, 2172,02 manat faiz borcu, 749,15 manat cərimə, 150 manat dövlət rüsumu, ümumilikdə 24686,03 (iyirmi dörd min altı yüz səksən altı manat sıfır üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 23,8 (iyirmi üç manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə (müştərək) qaydada 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova