Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1875/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4309,23 manat əsas borcun, 148,35 manat faiz borcunun,cəmi 4457,58 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 288TM/17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 7 ay müddətinə illik 10 faizlə yaşıl tütün yarpağının istehsalı üçün 11776 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə birgə zamin olmuş şəxslər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 və Emalı Məntəqəsi və Cavabdeh2 arasında 06 aprel 2017ci il tarixli 288İT/17 və 288ZT/17 saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxslər borcalanın 06 aprel 2017-ci il tarixli 288TM/17 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan Cavabdeh1 onunla bağlanmış 06 aprel 2017-ci il tarixli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və öhdəliyi icra etməmişdir. Bununla bağlı onun zaminlərinə Kredit Təşkilatı tərəfindən xəbərdarlıq edilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh1 06 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4309,23 manat əsas borcu, 148,35 manat faiz borcu olmaqla, cəmi 4457,58 manat borcu 06 aprel 2017-ci il tarixli 288İT/17 saylı zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq zamin olmuş “xxxx” MMC tərəfindən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatınına ödənilmişdir. Hesab edir ki, borcalan Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün həmin borcun ödənilməsinə o, zamini Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 aprel 2017-ci il tarixli, 288TM/17 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən - “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı, borcalan - Cavabdeh1, alıcı - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və tədarükçü - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Şəki İstehsalı və Emalı Məntəqəsi aşağıdakı şərtlərlə bu müqaviləni bağlamışlar: - Borcverən Borcalana tütün istehsalı üçün 30 noyabr 2017-ci il tarixədək, təşkilatın öz vəsaiti hesabına illik 10 faizlə 11776 manat kredit verir; - Borcalan aldığı krediti təyinatı üzrə yalnız tütün istehsalı üçün istifadə edir və istehsal etdiyi yaşıl tütün yarpağını alıcının tabeliyindəki tədarükçüyə təhvil verir. - Alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın borcverəndən tütün istehsalı üçün almış olduğu kredit üzrə borcu (əsas və faiz borcu) bağlayır, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi hesaba köçürür və ya ona nağd olaraq ödəyir. 06 aprel 2017-ci il tarixli 288İT/17 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit təşkilatı – “xxxx” QSC BOKT Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017ci il tarixli 288TM/17 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 11776 manat kreditlə əlaqədar olaraq borcalan borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək birgə zamin olmuş şəxslər - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Şəki İstehsalı və Emalı Məntəqəsi ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 06 aprel 2017-ci il tarixli 288ZT/17 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit təşkilatı – “xxxx” QSC BOKT Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017ci il tarixli 288TM/17 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 11776 manat kreditlə əlaqədar olaraq borcalan borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin Cavabdeh2 ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Əməliyyat tarixi 01.01.2017-10.04.2019-cu il olan Cavabdeh1 adına olan hesabdan çıxarışdan görünür ki, 288TM/17 nömrəli kredit müqaviləsi üzrə 4309,23 manat əsas borc, 148,35 manat faiz borcu olmaqla cəmi 4457,58 manat kredit “xxxx” LLC (Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və 06 aprel 2017-ci il tarixli, 288TM/17 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4309,23 manat əsas borc, 148,35 manat faiz borcu olmaqla, cəmi 4457,58 manat borc zamin - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Belə olan halda iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi Cavabdeh1 münasibətdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə zamin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini yalnız borcludan ödəməyi tələb edə bilər, belə ki, zamin Cavabdeh2 yalnız xxxx” QSC Bank olmayan Kredit Təşkilatının borcalan Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 288TM/17 saylı kredit müqavilədən irəli gələn öhdəliklərlə bağlı məsuliyyət daşıyır və bu əsasla zamin Cavabdeh2 qarşı münasibətdə iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh1 06 aprel 2017-ci il tarixli, 288TM/17 nömrəli kredit müqaviləsi üzrə zamin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 4309,23 manat əsas borc, 148,35 manat faiz borcu olmaqla cəmi 4457,58 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh2 qarşı olan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 06 aprel 2017-ci il tarixli, 288TM/17 nömrəli kredit müqaviləsi üzrə zamin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 4309,23 manat əsas borc, 148,35 manat faiz borcu olmaqla cəmi 4457,58 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh2 qarşı olan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1875/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1875/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver