Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1879/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Baykon İnşaat“ MMC-dən İddiaçı xeyrinə 11080,20 manat (on bir min səksən manat, iyirmi qəpik) əsas borc, 124 (yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə isə 11204 (on bir min iki yüz dörd) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Baykon İnşaat “ MMC arasında 05 fevral 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMCyə mülkiyyətində olan ekskavator Hitaçi ZX330LC3 texnikasını işlək vəziyyətdə müqavilədə nəzərdə tutulmuş qiymət müqabilində icarəyə verməyi, icarəçi isə texnikanı qəbul edib, razılaşdırılmış icarə haqqını İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinə əlavə edilmiş 01 saylı 01 mart 2023-cü il tarixli razılaşdırma protokoluna əsasən texnikanın bir günlük icarə haqqı 300 (üç yüz) manat, ekskavatorun göstərilən yerə daşınma xərci isə 200 (iki yüz) manat müəyyən edilimişdir. Müqavilənin 2.3-cü maddəsinin tələblərinə əsasən xidmətlərin haqqı icarəyə verən tərəfindən elektron qaimə təqdim edildikdən sonra 5 iş günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilir. Tərəflər arasında tərtib edilmiş 19 iyun 2023-cü il tarixli və 06 iyul 2023cüil tarixli üzləşmə aktlarına əsasən Cavabdeh MMC-nin İddiaçınə ƏDV daxil olmadan 9390 (doqquz min üç yüz doxsan) manat, ƏDV daxil isə 11080,20 manat (on bir min səksən manat iyirmi qəpik) borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən imtina edir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 9369 (doqquz min üç yüz altmış doqquz ) manat əsas borc, 124 ( yüz iyirmi dörd) manat dövlət rüsumu olmaqla, cəmi 9493 (doqquz min dörd yüz doxsan üç) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 387.1, 387.2, 389, 390, 397, 700-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən icarəyə verən aşağıda qeyd olunan texnika vasitəsini icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürür: Ekskavator Hitachi ZX330LC3 bir günlük icarə haqqı – 350 manat, texnikanın daşınması – 400 manat. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən nəqliyyat xərclərini nəzərə alaraq ödəniş ay ərzidə qismən və ya tam olaraq ödənilə bilər. Eyni zamanda yanacağın ödənilməsi icarəyə götürən tərindən təmin olunacaq. İcarə müddəti 1 (bir) aydan az olarsa, texnikanın daşınması sifarişçi tərəfindən ödənilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən xidmətlərin dəyəri icarəyə verǝn tərəfindən elektron qaimə təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilir.
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı əlavəyə əsasən Ekskavator Hitachi ZX240LC3 bir günlük icarə haqqı 300 manat olraq müəyyən edilmişdir.
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən göstərilmiş icarə xidməti üzrə 02 nömrəli təhvil-təslim aktı ilə müəyyən edilir ki, göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil olmaqla 4838 manat təşkil edir.
11. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən göstərilmiş icarə xidməti üzrə 03 nömrəli təhvil-təslim aktı ilə müəyyən edilir ki, göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil olmaqla 4531,20 manat təşkil edir.
12. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 159174 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8909 manat təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 005669 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4602 manat təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 643592 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 manat təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 151652 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2124 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 322276 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4531,20 manat təşkil edir.
17. İddiaçı bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1450 manat ödəniş edilmişdir.
Tətbiq edilən hüquq
18 Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi
20. İddia tələbini cavabdehdən 9369 manat məbləğində icarə haqqının tutulması təşkil edir.
21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə mülkiyyətində olan ekskavator Hitaçi ZX330LC3 texnikasını müqavilədə nəzərdə tutulmuş qiymət müqabilində icarəyə verməyi, icarəçi isə texnikanı qəbul edib, razılaşdırılmış icarə haqqını İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinə əlavə edilmiş 01 saylı 01 mart 2023-cü il tarixli razılaşdırma protokoluna əsasən texnikanın bir günlük icarə haqqı, ekskavatorun göstərilən yerə daşınma xərci müəyyən edilimişdir. Müqavilənin 2.3-cü maddəsinin tələblərinə əsasən xidmətlərin haqqının icarəyə verən tərəfindən elektron qaimə təqdim edildikdən sonra 5 iş günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, ödənişlər qismən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 9369 (doqquz min üç yüz altmış doqquz) manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
22. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğinin tutulmasını xahiş edir.
23. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 123,20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 9369 (doqquz min üç yüz altmış doqquz) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,20 manat (yüz iyirmi üç manat iyirmi qəpik) olmaqla, cəmi 9492,20 manat (doqquz min dörd yüz doxsan iki manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova