Məhkəmə qərarları › İş №e-2-2(113)-188/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-188/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-188/2022 24.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qarşı (“Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondu” X5 üçüncü şəxs qismində cəlb olunmaqla) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (QSC "xxxx" B) (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı (“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* xxxx manat əsas, 722154 (yeddi yüz iyirmi iki min bir yüz əlli dörd) manat faiz, 49986,06 (qırx doqquz min doqquz yüz səksən altı manat altı qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat rüsumun Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, 1 11 B ünvanında mülkiyyətində olan 0.38241 ha torpaq sahəsində yerləşən 574.4 kv.m ümumi, 293.6 kv.m əsas, 280.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssəyə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində mülkiyyətində olan 077 ha torpaq sahəsinə; X2 məxsus Bakı şəhəri, 1 saylı qeyri-yaşayış sahəsinə; X1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması və ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, ləğv prosesində olan LPO QSC "xxxx" B-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 18 may 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh “AS İNŞAAT" MMC arasında bağlanmış 31.07.2014-cü il tarixli 171/00/31/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3 935 000 xxxx manat əsas, 722 154 (yeddi yüz iyirmi iki min bir yüz əlli dörd) manat faiz, 49 986.06 (qırx doqquz min doqquz yüz səksən altı manat 06 qəpik) manat cərimə borcu ümumilikdə 4 707 140.62 (dörd milyon yeddi yüz yeddi min bir yüz qırx manat 62 qəpik) manat, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat rüsumun Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 11 B ünvanda 0.38241 ha torpaq sahəsi üzərində yerləşən 574.4 kv.m ümumi, 293.6 kv.m əsas, 280.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə, Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində yerləşən 0.77 ha torpaq sahəsinə, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 saylı qeyri-yaşayış sahəsinə, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, xx ünvanında yerləşən 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, ləğv prosesində olan LPO QSC "xxxx" B-yə təhvil verilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-/2022 nömrəli iş üzrə mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1 Tərəflər təsdiq edirlər ki, bu Sazişin 1-ci bəndində göstərilən 3 935 000 xxxx manat əsas borc öhdəliyi Cavabdeh tərəfindən tam icra edilmişdir. 2.2. Cavabdehin İddiaçı qarşısında icra edilməmiş 613 011.90 (altı yüz on üç min on bir manat 90 qəpik) manat faiz borcu, 49 986.06 (qırx doqquz min doqquz yüz səksən altı manat 06 qəpik) manat cərimə borcu olduğunu Tərəflər təsdiq edirlər. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğlərinin və X4 üzrə hesablanmış digər faiz və cərimələrin Cavabdehə güzəşt edilərək tam silinməsini və bu Saziş imzalandığı gündən ağla batan qısa müddət ərzində Sazişin 1-ci bəndində göstərilən ipoteka predmetlərinin, yəni Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 11 B ünvanda 0.38241 ha torpaq sahəsi üzərində yerləşən 574.4 kv.m ümumi, 293.6 kv.m əsas, 280.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin, Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0.77 ha torpaq sahəsinin, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 saylı qeyri-yaşayış sahəsinin, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, xx ünvanında yerləşən 25 saylı mənzilin yüklülükdən azad edilməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri məcburi olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci və 2.3-cü bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. 3.7. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.8. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.8.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.8.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.8.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.8.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.8.5. yaxın qohumlara; 3.8.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.9. Bu Sazişin məzmununun Sazişin 3.8.1. və 3.8.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla, bir nüsxəsi isə məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur. 4.4. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC "xxxx" B (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı qarşı (“Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondu” X5 üçüncü şəxs qismində cəlb olunmaqla) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh “AS İNŞAAT" MMC arasında bağlanmış 31.07.2014-cü il tarixli 171/00/31/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3 935 000 xxxx manat əsas, 722 154 (yeddi yüz iyirmi iki min bir yüz əlli dörd) manat faiz, 49 986.06 (qırx doqquz min doqquz yüz səksən altı manat 06 qəpik) manat cərimə borcu, ümumilikdə 4 707 140.62 (dörd milyon yeddi yüz yeddi min bir yüz qırx manat 62 qəpik) manat, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat rüsumun Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 11 B ünvanda 0.38241 ha torpaq sahəsi üzərində yerləşən 574.4 kv.m ümumi, 293.6 kv.m əsas, 280.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə, Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində yerləşən 0.77 ha torpaq sahəsinə, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 saylı qeyri-yaşayış sahəsinə, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, xx ünvanında yerləşən 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, ləğv prosesində olan LPO QSC "xxxx" B-yə təhvil verilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-/2022 nömrəli iş üzrə mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1 Tərəflər təsdiq edirlər ki, bu Sazişin 1-ci bəndində göstərilən 3 935 000 xxxx manat əsas borc öhdəliyi Cavabdeh tərəfindən tam icra edilmişdir. 2.2. Cavabdehin İddiaçı qarşısında icra edilməmiş 613 011.90 (altı yüz on üç min on bir manat 90 qəpik) manat faiz borcu, 49 986.06 (qırx doqquz min doqquz yüz səksən altı manat 06 qəpik) manat cərimə borcu olduğunu Tərəflər təsdiq edirlər. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğlərinin və X4 üzrə hesablanmış digər faiz və cərimələrin Cavabdehə güzəşt edilərək tam silinməsini və bu Saziş imzalandığı gündən ağla batan qısa müddət ərzində Sazişin 1-ci bəndində göstərilən ipoteka predmetlərinin, yəni Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 11 B ünvanda 0.38241 ha torpaq sahəsi üzərində yerləşən 574.4 kv.m ümumi, 293.6 kv.m əsas, 280.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin, Cavabdeh1 MMC-yə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində yerləşən 0.77 ha torpaq sahəsinin, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, 1 saylı qeyri-yaşayış sahəsinin, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, xx ünvanında yerləşən 25 saylı mənzilin yüklülükdən azad edilməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri məcburi olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci və 2.3-cü bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. 3.7. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.8. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.8.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.8.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.8.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.8.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.8.5. yaxın qohumlara; 3.8.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.9. Bu Sazişin məzmununun Sazişin 3.8.1. və 3.8.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla, bir nüsxəsi isə məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur. 4.4. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar