Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1881/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X5 cavabdehlər X12, X13, Cavabdeh3, X8, X17 və Cavabdeh7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi və mənəvi zərər tələbi, delikt) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi ilə, İddiaçı, cavabdehlərin və onların nümayəndələrinin iştirakı olmadan, İddiaçı X5 cavabdehlər X12, X13, Cavabdeh3, X8, X17 və Cavabdeh7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X14 iddia ərizəsi, daha sonra isə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********1955 nömrəli qərar əsaəsn iddiaçıya vurulmuş 25.998,42 manat məbləğində maddi ziyanın 20000 manatını cavabdeh X9, 8000 manatını cavabdeh X4 və 15998,422 manat dəyərində Cavabdeh3 ayrı ayrılıqda tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2022- ci il tarixli **********1935 nömrəli qərara əsasən iddiaçıya ayrı-ayrılıqda cavabdehlər X18 tərəfindən 2000 manat, X19 tərəfindən 2000 manat, X15 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh7 tərəfindən 2000 manat, X20 tərəfindən 2000 manat, cəmi 12000 manat vurulmuş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərin əməli nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə hər birindən ayrıarılıqda 2000 manat, cəmi 12000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar Y.Yusifovanın xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyəti “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”, əlavə fəaliyyətinin “zərgərlik məmulatlarının pərakəndə satışı”ndan ibarətdir. İddiaçı ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektini icarəyə götürmüş, icarəyə götürdüyü obyektdə ayrı ayrı fərdi sahibkarlara qızıl satışı məqsədi ilə piştaxtaları icarəyə verərək fəaliyyət göstərmişdir. Cavabdehlər hamısı uzunmüddətdir və hazırda da qızıl satışı ilə məşğuldurlar, bir nəfər istisna olmaqla hamısı fərdi sahibkardırlar. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0619 nömrəli qərarına əsasən Y.Yusifovanın sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005889 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1935 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin (bundan sonra – Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0619 nömrəli qərarına əsasən Y.Yusifovanın sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 259.984,22 manat dəyərində mal qalığının olduğu faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002143 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1955 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 25.998,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İcarə sahəsinə nəzarət tədbiri zamanı “İdeal qızıl dünyası” obyektinin Ceyhun adlı şəxsin olmuşdur. X14 ilə Ceyhun adlı şəxs arasında icarə müqaviləsi bağlanaraq yenidən sub-icarə formasında 3 və daha artıq şəxsə obyekti icarəyə verməyi nəzərdə tutulmuşdur, lakin obyektin əvvəllər icarəyə götürmüş şəxs tərəfindən təhvil verilməməsi səbəbindən vergi orqanının obyekti qeydiyyata qoymaqdan imtina etmişdir. Nəticədə obyektdə sahibkarlıq fəaliyyəti göstərən şəxslərlə icarə müqaviləsi bağlaya bilməmiş, həmin vaxt shibkarlıq fəaliyyəti göstərən cavabdehlər obyekt kodunun olmaması səbəbindən cavabdehlər özlərini Y.Yusifovanın işçisi kimi təqdim etmiş, satdıqları malların isə onlara aidiyyətinin olmadığını, Y.Yusifovaya aid olduğunu bildirmişlər. Halbuki cavabdehlər nə işçi olmuş, nə də ki, satdıqları qızıllar ididaçıya məxsus olmuşdur. İddiaçının işçiləri deyil icarədarlar olduqları halda operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 6 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və ya sabit qəbz əldə edilmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini etiraf etmişlər. Eyni zamanda vergi ödəyicisinin obyektində aşkar edilmiş Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmayan 259.984,22 manat dəyərində malların gələcəkdə obyektdə icarə müqaviləsi əsasında işləyəcək sahibkarla məxsus olmasını təsdiq edəcək faktları araşdırmaya təqdim edə bilmədiyi müəyyən edilmişdir. X25 Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1935 və **********1955 nömrəli qərarlar qəbul edilmişdir. Qeyd ediln Qərarlardan fərdi sahibkar X1 operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri xx.xx.2022-ci il tarixli, № **********490500 İnzibati şikayətin təmin edilməməsi haqqında qərarla təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə qət edilmişdir - 08 aprel 2023-cü il tarixə hesablanmış 40066,62 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 938,21 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 149,9 manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna və 33,92 manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək 20 iyul 1990-cı il təvəllüdlü X5 (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Cavabdehlər ididaçı aid olduğuna dair izahat verdikləri mallarını götürərək həmin ərazidə eyni qaydada sahibkarlıq fəaliyyəti ilə məğul olmaqda davam edirlər. Yalan izahat və yalandan özlərini iddiaçının işçisi kimi təqdim edən cavabdelərin əməlləri nəticəsində iddiaçıya həm maddi həm də mənəvi ziyan dəymişdir. Özləri ilə aparılan danışıqlar nəticə verməmiş, polisə müraciət edilmişdir ki, cavabdehlər vergi tərəfindən tutulan malların iddiaçıya aid olmasını bildirmişilər, odur ki, həmin malların özümə qaytarılması təmin edilsin. Vergidə özlərini qorumaq üçün 259000 manat dəyərində qızıl əşyaları olduğunu və satdıqlarını danmışlar, Polisdə isə canlarını qorumaq üçün üçün 259000 manat dəyərində qızıl əşyalarının özlərinə məxsus olmasını təsdiq etmişlər. Göründüyü kimi cavabdehlər həqiqətən də yalan ifadə və izahatlardan ibarət əlbir əməlləri ilə vergi tərəfindən cərimə olunmamaları üçün yalan ifadələr verməklə həm vergi orqanını aldatmış, həmdə vergi tərəfindən iddiaçının cərimə edilməsinə nail olmuşlar. Halbuki vergi tərəfindən cərimə yazdıqdan sonra bütün maddi zianları qarşılayacaqları barədə söz vermiş, danışılar apararaq bu günə qədər işi uzatmışlar. Polis iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə cavab olaraq bildirmişdir ki, cavabdehlərin əməlində cinayət tərkibi yoxdur, cavabdehlər özlərinə məxsus qızılları aparmışlar, iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdehlərlə uzun müddət danışıqlar aparılmış, gah ödəyəcəklərini, gah hər bir kömək edəcəklərini ancaq maddi ziyanın onlara aidiyyəti olmayacağına dair vədlər vermişlər. Cavabdehlərin qanunsuz əməllərinə görə iddiaçı həm maddi ziyan çəkmiş, həm də ölkədən çıxışına qadağa qoyulmuşdur, ki bu da ona mənəvi ziyan vurmaqdadır. İddiaçı bir ilə yaxındır ki ölkədən çıxmaq imkanından məhrum olmuşdur. Cavabdehlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları üçün bu faktın araşdırılması üçün xüsusi qərardad da qəbul edilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi yazı xətasının düzəldilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbi və iddia tələbinin həcminin artırılmasına dair ərizələrin tələb hissəsində qeyd edilən “ziyanın 20000 manatını cavabdeh X9” ifadəsindəki 20000 manat yazı xətası olduğundan həmin ifadənin ziyanın 10000 manatını cavabdeh X9 ifadəsi kimi oxunulmasını və qəbul edilməsini, tələb hissəsində qeyd edilən Cavabdeh3 tərəfindən 2000 manat ifadəsinin yazı xətası olaraq iki dəfə qeyd edildiyindən Cavabdeh3 tərəfindən 2000 manat ifadəsinin birinin nəzərə alınmamasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. 11.06.2024-cü il tarixində iddiaçının nümayəndəsi yazılı çıxışını məhkəməyə təqdim edərək bildirmişdir ki, işin faktki halları bundan ibarətdir ki, cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarədar olan iddiaçıdan əvvəlcədən razılaşdırılmış icarə qiymətinə piştaxta icarəyə götürmüşlər. İddiaçı olan icarədarın götürdüyü obyekt vergi orqanına dəfələrlə müraciət etməsinə baxmayaraq vergi obyekti kimi qeydiyyata alınaraq kod verilməsi ləngimişdir. Buna baxmayaraq piştaxtalar sub icarəyə verilərək razılaşdırdıqları icarə haqqı qarşılığında sub icarədarların hazırkı halda isə - cavabdehlər X16, X6 və Cavabdeh3 və digər cavbdehlərin istifadəsinə verilmişdir. Cavabdehlərin vəkili iddiaya etiraz edir ki, iddiaçının obyekti icarəyə vermək səlahiyyəti yox idisə nə üçün sub icarə fəaliyyəti göstərirdi və hesab edirlər ki məhz bu səbəbdən də cavabdeh olaraq heç bir məsuliyyətləri yoxdur. Məhkəmə isə xüsusi olaraq iddiaçının icarə fəaliyyətini nizamlayan və təşkil edən məhkəmədə isə şahid olan Kərəm Yusifovdan sub icarə müqavilsinin bağlanılıb bağlanmadığını soruşaraq cavab alır ki sub icarə müqaviləsi bağlanmamışdır. Sub icarə müqaviləsinin olmaması iddiaçı üçün yalnız icarədən gələn gəlirə görə məsuliyyət yarada bilərdi, başqa heç bir vergi məsuliyyəti yaranmır. Yəni mənim 2 istifadəmdə olan obyektimin vergidə kod verilməməsi, ləngiməsi və yaxud ümumiyyələ verilməməsi o demək deyil ki, iddiaçı olaraq mənim fəaliyytim qanunsuzdur. Eyni sualı iddiaçı olaraq cavabdehlərə əvvələki iclaslarda biz vermişik ki, sahibkar olaraq fəaliyyətini qanuniləşdirmədən, kassanı icarə obyektində koda salmadan nə üçün sahibkarlıq fəaliyyəti göstərirsən, sizi hansı maraq məcbur edir ki, qanunusuz fəaliyətə başlayın, iddiaçının vədi əsas verirmi ki, siz qanunsuz fəaliyyətə başlayasız, marağınız nədir ki, sub icarə fəaliyyətinizi qanuniləşdirmədən satışa başlayırısız. Yaxud da qanuni formada sub icarə müqaviləsi bağlandan vergidən yayınaraq fəaliyyət götərirsizsə, bu o deməkdirmi ki, cavabdeh olaraq sizə verilən əmlakın sizə aid olmamasına dair yalan izahat verəsiniz, yaxud özünüzü iddiaçının işçisi kimi təqdim edəsiniz. Belə çıxır iddiçı və ya iddiaçının adından istənilən səlahiyyətli şəxs desə idi ki, gedin oğurluq cinayəti edin, cavabdehlər oğurluq edib deyəsi idilər ki, iddiaçı dedi məsulyyət mənimdir siz cinayəti edin. Bu gün cavabdehlərin iddiaçıya qarşı etirazlarının yeganə əsası odur ki, obyekti icarəyə vermisən, ancaq kod ala bilməmisən ki, biz də öz kassaımızı koda salaraq qanuni vergi qeydiyyatına alnaraq qanuni fəaliyyət göstərək. 15998,422 manat dəyərində mal satan Cavabdeh3 ümumiyyətlə VÖEN-i belə yoxdur. Cavabdehlərin mövqeyi budur ki, qanunu pozaraq qanuni sahibkarlıqla məşğul olmayaraq qanuni formada sub icarə müqaviləsi bağlamırıq, qanuni formada vergidən qeydiyyata alınaraq fəaliyyətimi qanuniləşdirib vergi verməkdən yayınırıq. Cavabdeh olaraq vergi orqanı tərəfindən qanunsuz fəaliyyət göstərdiyi aşkar olarsa daha bir qanunsuzluq edirik, yəni yalandan izahat veririk ki, biz qanunsuz fəaliyyət göstərmirik, iddiaçının qanuni işçiləriyik, lakin əmək müqaviləsi bağlmayıb bizimlə, bundan başqa qanunsuzluğu daha da artıraraq növbəti qanunsuzluğa davam edərək hətta iddiaçının üzünə duraraq qanunusuz vergidən yaynmaqları bəs deyil, qanunsuz olaraq iddiaçının işçiləri oduqlarını bildrimələri bəs deyil qanusuz olaraq satdıqları malların da iddiaçya məxsus olduğunu bildirərək bütün məsuliyyəti iddiçının üstünə ataraq məsluliyyətdən yayınmağa nail olmuşlar. Qeyd edilənlər hazırkı mübahsənin əsas faktiki halı olmasına baxmayaraq cavabdeh mövqeiyini daha da möhkəmləndirmək, məsuliyyəti üzərindən atmaq üçün bildirir ki, iddiaçı olaraq vergidə qeyidyyata alınmayan icarə sahəsini sub icarəyə verməməli idim. Uşaq baxçasındayıq sanki, sən verməsəydin mən də götürməzdim, elə bil zorla cavbdehləri məcbur edib piştaxta götüməyə razı salmışıq, bunlarda da aldanı vergidən yayınblar. Soruşan və araşdıran da yoxdur ki, hesab edək ki mən qanunsuz fəaliyyət göstərirəm və vəd verirəm ki narahat olmayın vergidən yayının, bu forma qanunsuz fəaliyyət göstərin mən cavabdehəm. Bu əsas veririmi ki, cavabdeh vəziyyətdən istifadə edib qanunusuz fəaliyyət göstərsin, vergidən yayınsın, bu azmış kimi yaranmış vəziyyətdən sui istifadə edərək öz məsuliyyətini iddiaçının üzərinə atmaq üçün həm satdığı malların idiaçının mülkiyyətində olduğuna dair, həm də iddiaçının işçisi olacağına dair yazılı izahat versin və bununla da vergi məlsuliyyətini iddiaçının üzərinə ataraq iddiaçıya qarşı maliyyə sanksiyasının tətbiq edilməsi ilə nəticələnən hərkətlər etsin. Vergi orqanı da başqa sübut olmadığından məhz cavabdehlərin izahatlarını əsas götürərək bütün maliyyə sanksiyasını iddiaçıya hesablamışdır. İddiaçı tərəfindən vergi orqanının tərtib etdiyi protokol və qərarından şiakyət verilsə də vergi orqanının müraciətin araşdırılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında iddiaçının dəlillərinə hüquqi iqymət verilərək qeyd edilir ki - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi üçün konkret sübutlar təqdim edilməmişdir. Bundan əlavə Y.Yusifovanın şikayətində gətirdiyi və təsdiq olunmayan faktlar vergi qanunvericiliyinin pozulmasına görə onun məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Araşdırma zamanı cavabdehlərin yalan ifadələrindən ibarət yeganə sübuta istnad edən vergi orqanı başqa sübut olmadğından iddiçıya maliyyə sanksiyası tətbiq etmişdir. Hazırkı vəziyyətdə isə həm cavabdelər barəsində malların iddiaçıya qaytarılmasına dair poilisə müraciətinə cavab olaraq aparılmış araşdırmanın nəticəsindən müəyəyn olumur ki, cavabdehlər yalan ifadə verdiklərini etiraf etmişlər və malların iddiaçıya deyil, onların özlərinə məxsus olduğunu bildirmişlər. Eyni ifadəni məhkəmədə də izahat verərək cavabdelərin vəkili malların iddiaçıya deyil cavabdehlərə məxsus olduğunu bir daha etiraf etsə də, sub icarə fəaliyyəti düzgün təşkil edilmədiyindən, sub icarə müqaviləsi bağlanmadığından cavabdehlərin haqlı olmasını müdafiə etmişdir. Yəni belə çıxır ki, iddiaçı sub icarə müqaviləsinin bağlanmaması cavabdelərə əsas vermişdir ki, qanunsuz fəaliyyət göstərsinlər, vergidən yayınsınlar, vergi orqanına yalan ifadə verərək işçi olmalarına dair izahat verməkdə haqlı olsunlar, izahatlarında yalan yazaraq qanunsuz olaraq vergidən yayınmaq üçün onlara ayrılmış piştaxtalarda satdıqları qızılların özlərinə deyil məhz iddiaçının mülkiyyətində olmasını bildirməklə yenə haqlı olsunar. Hesab edirik iddiaçının icarə fəaliyyəti qanuni olmuşdur, lakin sub icarə müaviəsinin bağlanmaması sub-icarədarlara vergiən yayınmalarına əsas vermir, yaranmış vəziyyətdən sui istifadə heç kimi vergi ödəməkdən azad etmir, yalan izahat verərək öz canını qurtarmaqan ötrü malların məxsusluğunu gizlətməklə məsuliyyətdən azad etmir, yalan izahat verərək özünü işçi kimi təqdim etməkdən azad etmir. Cavabdehlərin sahibkar fəaliyyəti olaraq satdıqları malın mənbəyini göstərə bilməməsinin subicarə müqaviləsi ilə heç bir əlaqəsi yoxdur. Vergi orqanı icarə müqaviləsinin bağlanmamasına görə deyil, alınma mənbəyi göstərilməyən malların satışına görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehlər indi necə ki polisdə məhkəmədə bildirirlər ki, mallar onlara mxsusdur, elə orda da vergi yoxlaması apararkən izahat versə idilər idi ki, mallar onlara məxsusdur vergi orqanı hər kəsə öz satdığı malına görə maliyyə sanksiyası tətbiq edəcəkdi. Lakin cavabdehlər yaranmış vəziyyətdən sui istufadə edərək məsuliyyətdən yaxa qurtarmaq üçün, maliyyə sanksiyasına məruz qalmamaq üçün daha ağıllı yol seçmişlər, sub icarə müqaviləsinin olmadığını bəhanə edərək yalan izahat verməklə ididaçını ağır maddi vəziyyətə salmışlar. İndi də ağızlarına bəhanə düşüb ki icarə müqaviləsi bağlamamısan. Məhkəmə iclasında hakimə sual verilmir ancaq öz çıxışımda sual verirəm möhtərəm hakim - subicarə müqaviləsi bağlanmış olsa idi cavabdehlər satdıqları malların alınma 5 mənbəyini necə göstərəsi idilər, ümumiyyətlə var idimi malların alınma mənbəyi, özüm cavab verirəm ki olmayıb, onda məqsəd nə idi ki, öz malınıza cavabdehlik daşımayaraq iddiaçını vergi orqanı qarşısında cavabdeh kimi yalandan izahat verərək maliyyə sanksiyasının yazılması üçün fəaliyyət göstərmisiz. Hesab edirik bu məqsədli, planlı olaraq eyni əqidəli insanların əvəvlcədən əlbir olaraq, düşünülmüş planlı addımıdır. Məqsəd yalan ifadə verməklə maliyyə sanksiyasından qaçmaq olmuşdur, bəhanə isə sub icarı müqaviləsnin olmaması. Məhkəməyədək bütün danışıqlarda maliyyə sanksiyanın ödənilmsində hərə öz payına görə qismən ödəniş etməyə hazır idi, lakin iddiaçı tam olaraq vurulmuş ziyanı tələb etdiyindən cavabdehlər vəkildən öyrəndikləri “sub icarə müqaviləsi olmamışdır” vəziyyətinə əsasanaraq hesab edirlər ki. sub ucarənin olmaması onları vurduqları maddi ziyandan azad edəcəkdir. Cavabdehlərin yalan izahat vermələri həm məhkəmədə verdikləri izahatlarla, həm polisin araşdırma nəticəsinə dair təqdim etdiyi məktubla, cavabdehlərin özlərinin məhkəməyə təqdim etdikləri satış və saxlanc aktları ilə bir daha təsdiq olunur. Dini inancları icazə vermədiyindən özləri şəxsən bir daha yalan danışmamaq üçün məhkəmdə iştirakdan boyun qaçıraraq vəkil vasitəsi ilə təmsil olunmağı üstün tutmuşlar. Xüsusi ilə bir faktı da məhkəmənin diqqətinə çatdırıram ki, məhkəmənin ilkin araşdırması zamanı təşvişə düşən cavadbehlər məsuliyyətdən yayınmaq üçün yol axtarmağa başlamış, sonradan arqumentləri, əks dəliləri bu olmuşdur ki, sub icarə müqaviləsi olmamışdır. Lakin özləri də bu dəlilə əmin olmadıqlarından bu günədək mövcud olan, lakin iddiaçıya verməkdən imtina etdikləri Aktları məhkəməyə təqdim etməklə yenə də özlərini məsuliyyətdən kənara qoyaraq malların nəinki özlərinə indi də üçüncü şəxslərə aid olmasını israrla bildirməklə, buna dair sübut təqdim etməklə iddiaya cavab verməli olmayan şəxs olmalarını ehtiyat variant kimi sübut etməyə cəhd edirlər. Yalan izahatlara əsaəsn iddiaçı cavabdehdir, Aktlara əsasən isə malın mülkyyətçiləri. Yəni eyni əqidədən, inancdan olan şəxslərin heç biri yalan danışsalar da, vergidən ayınsalar da məsuliyyəti yoxdur. Bunların işi yalnız satıb şəxsi mənfəət götürməkdir, xeyir götürməkdir. Əsas odur heç bir məsuliyyətləri yoxdur. 6 Möhtərəm hakim hesab edirəm cavabdehlərin bu əməllərinə, belə sahibkarlıq fəaliyyətinə son qoyulmalı, onların VÖEN-lərinin ümumiyətlıə aktiv olub olmadığı yoxlanılmalı, sub icarə müqaviləsinin olmamasının məsuliyyətdən qaçmaq üçün əsas olmadığnı, əvvəl icarə müqavilsnin olmadığını bəhanə etməklə iddiaçını təqsirli hesab etdikləri, indi isə Aktları təqdim etməklə əsl mülkiyyətçilərin olduğunu bildirməklə dövlət orqanına yalan məlumat vermələri və beləliklə faktları gizlətmləri hallarına qiymət verilməlidir. Barələrində vergi araşdırması başlanması üçün xüsusi qərardad qəbul edilməli, yalan ifadə verdikləri üçün hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Cavabdehlərin malların nəinki özlərinin olduğunu bilə bilə, hətta üçüncü şəxsləri müliyyətində olduğunu bilə bilə yalan izahat verib mal sahibi kimi, işçi kimi iddiaçıya qarşı maliyyə sanksiyası ilə nəticələnən hərəkətlərə yol vermələri, həm qanunsuz hərəkətdir, həm hüquqdan sui istifadədir. Sub icarə müqaviləsinin bağlanmaması isə cavabdehlər üçün hüquqi əsası olmayan bəhanədir. Hesab etsək ki sub icarə müqaviləsi var, onda malın alınma mənbəyi yenə də açıq qalır. Bu isə o düməkdir ki istənilən halda cərimə yazılmalıdır, sadəcə sual bu idi ki kimə yazılsın. Cavabdehlər isə vəziyyətdən istifadə edib iddiçıya cərimə yazılması üçün yalaz izahat verməkdən çəkinməmişlər. Cavabdehin mövqeyi budur ki yalan izahat verməklə iddiaçıya, Akt təqdim etməklə isə mal sahibinə yazılmaldır maliyyə sanksiyası. Cavabdehlərin hüquqa zidd, iddiçıya ziyan vurulmasına gətirib çıxardığı hərəkətlərinin nəticəsində maddi ziyan çəkir, eyni zamanda yalan izahatlar nəticəsində icrası tələb edilən maliyyət sanksiyası ölkədən çıxışa qadağan qoyulması, hazırda maliyyə sanksiyasında hesablanmış vəsaitin icra qaydasında tələb edilməsi iddiaçıının mənəvi ziyan tələb etməsində haqlı olduğunu təsdiq edir. Qeyd edilənlərlə əsasən iddanın tam təmin edilməsini, cavbdehlər barəsində yalan izahat vermələri əsası ilə və vergidən yayınmaları əsası ilə cavabdehlərin əməllərinə hüuqi qiymt verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
5. 10.06.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər X10, X11, X6, X16 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbin bir hissəsi şəxslərin əmək müqaviləsi olmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Belə ki, həmin şəxslər obyektdə əmək müqaviləsi olmadan işlədikləri üçün iddiaçı həmin şəxslərin hər birinə görə 2000 manat məbləğində cərimələnmişdir. İddiaçının etibarnaməsi üzrə nümayəndəsi və həmin icarə obyektini idarə edən şəxs məhkəmə iclasda şahid kimi dindirilən zaman özü də etirf etdi ki, həmin yer onların icarəsində olsa da, onlar vergi kodu ala bilmədikləri üçün həmin şəxslərlə nə əmək müqaviləsi, nə də ki icarə müqaviləsi bağlaya biliblər və buna görə həmin şəxslərlə razılaşıblar ki, müəyyən icarə müqabilində həmin yerləri onlara versinlər. Satışa çıxarılan qızıllar isə cavabdehlərin bildirdiyi kimi müəyyən şəxslərə məxsus olub və həmin qızılların satışa qəbulu barədə Kərəm Yusifovla bağlanılan müqavilələr mövcuddur. Vergi orqanı qalıq qızıla görə hesabladığı məbləğləri məhz həmin müqavilələr əsasında müəyyən etmişdir. Qeyd etmək istəyir ki, vergi orqanının müəyyən etdiyi cərimələrin heç biri iddiaçı tərəfindən bu günə kimi ödənilməyib. Belə olan halda bu məbləğlərin cavabdehlərdən tələb edilməsi əsassızdır. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxslərə münasibətdə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
6. İddiaçı və cavabdehlərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********490500 nömrəli qərarı ilə fərdi sahibkar X1 operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 005889 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və xx.xx.2022-ci il tarixli DVX seriyalı 002143 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə 11 yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1935 və **********1955 nömrəli qərarlar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********370000 nömrəli qərarı ilə X2 vergi yoxlaması ilə hesablanmış sığorta haqlarının azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********938400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabedehlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcədən razılaşdırılmış icarə qiymətinə piştaxta icarəyə veriblər. Obyekt üçün vergi kodu almaq məqsədilə vergi orqanına dəfələrlə müraciət ediblər. Vergi orqanı tərəfindən obyektdə yoxlama aparılan zaman o, işçiləri çağırıb və bildirib ki, vergi orqanının əməkdaşları yoxlama aparacaqlar, kim nə vaxtdan işləyirsə, müqavilənin olub-olmamasını izahatlarında yazsınlar. Həmin vaxtı orada 18 nəfər var idi. Vergi orqanının əməkdaşlarından biri Fəridin qrup yoldaşı olmuşdur. Fərid ona yaxınlaşaraq dedi ki, həmin şəxs ona deyir ki, izahatı başqa formada yaz, problem olmayacaq. O da deyib ki, özün bilərsən. Nə yazdısa, o barədə məlumatı olmadı. Daha sonra Xəyal izahat yazmaq istəmədiyini bildirdi. Onu dəvət etdilər. Xəyal izahatında obyektdə işçi kimi işlədiyini yazmaq istədiyini bildirdi. Xəyala deyib ki, nə istəyirsə onu yazsın. Verginin əməkdaşları onun də izahat yazmalı olduğunu bildirdilər. Lakin izahatı özü istədiyi kimi deyil onlar dediyi formada yazmağını bildirdilər. O da məcbur olub o formada yazdı. Obyektdə fəaliyyət göstərən hər bir şəxs kassa vergi qeydiyyatından keçib. Vergi tərəfindən obyektə kod verilməsinin ləngitməsində onun günahı olmayıb.
12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
13. İlk olaraq məhkəmə qeyd edir ki, 25998,42 manat maddi ziyanın zərər kimi tələb edilməsi üçün əsaslar müəyyən edilmədi.
14. Belə ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci və 1096.1-ci maddələrinə istinad etmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Qeyd olunanlardan göründüyü kimi iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkət və hərkətsizliyi nəticəsində ona maddi ziyan dəydiyini məhkəmə prosesi zamanı sübuta yetirə bilməmişdir. Sadəcə olaraq formal mülahizələr əsasında cavabdehlərin icarəçi olduqlarını, həmin obyektin onun cavabdehlərə sub-icarəyə vermə hüququnun olmasını və aralarında hər hansı icarə münasibətlərinin olmasını sübuta yetirə bilməmişdir.
22. Əksinə, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, məhz iddiaçının özünün vergi hüquq pozuntusunun törədilməsi nəticəsində məsuliyyətə cəlb edilmiş, onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. Həmin qərarlardan dəfələrlə verilmiş şikayətlər isə təmin edilməmişdir.
23. Beləliklə, həmin qərarlarda cavabdeh qismində göstərilən şəxslərin təqsiri müəyyən edilməyib, iddiaçıya münasibətdə cavabdehlərin hər-hansı başqa formada delikt dörədilməsi də iş materialları ilə müəyyən edilmir.
24. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
25. Qeyd olunanlardan göründüyü kimi məhkəmə araşdırılması zamanı iddiaçıya maddi zərər dəyməsi və həmin zərərin onun tərəfindən ödənilməsi halları müəyyən edilmədiyindən cavabdehlərdən hər hansı maddi zərərin tələb edilməsi qanunsuz və əsassızdır.
26. Beləliklə, məhkəmə qətnamənin yuxarıdakı paraqraflarında göstərilən hüquqi əsaslandırmanı (Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir) rəhbər tutaraq iddianın əsassız olduğu üçün təmin edilməməsi qənayətinə gəlir.
27. Cavabdehlər tərəfindən deliktin törədilməsi müəyyən edilmədiyi, iddiaçının maddi zərər tələbi təmin edilmədiyi üçün, məhkəmə prosessual qənayət baxımından mənəvi zərər tələbinin əsaslandırılmasını zəruri hesab etmir və məntiqi davam olaraq həmin hissədə də iddianın rədd edilməsi qənaətinə gəlir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
29. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
30. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
31. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı X5 cavabdehlər X12, X13, Cavabdeh3, X8, X17 və Cavabdeh7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair xx.xx.2022-ci il tarixli **********1955 nömrəli qərara əsasən iddiaçıya vurulmuş 25.998,42 manat məbləğində maddi ziyanın 20.000 manatını cavabdeh X9, 8000 manatını cavabdeh X4 və 15998,422 manat dəyərində Cavabdeh3 ayrı ayrılıqda tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixli **********1935 nömrəli qərara əsasən iddiaçıya ayrı-ayrılıqda cavabdehlər X18 tərəfindən 2000 manat, X19 tərəfindən 2000 manat, X15 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh7 tərəfindən 2000 manat, X20 tərəfindən 2000 manat, cəmi 12000 manat vurulmuş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərin əməli nəticəsində ididaçıya dəymiş mənəvi ziyana görə hər birindən ayrı-arılıqda 2000 manat, cəmi 12000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova