Məhkəmə qərarları › İş №e-2-2(113)-1882/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1882/2025

17.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1882/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı **********2 nömrəli abonent kodu üzrə yazılmış 6415 (altımin dörd yüz on beş) manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək iş üzrə pretenziya qaydalarına düzgün riayət etmədiyinə görə, hazırkı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçı ərizəni müdafiə edərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirib, hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 09 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, mübahisə predmeti olan **********2 nömrəli abonent kodu üzrə istehlakçı X2r. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə iddiaçı qismində İddiaçı deyil, X3 müraciət etməli idi. Eyni zamanda cavabdehə ünvanlanmış sənədlər (Pretenziya) X1 adından göndərilməmiş, bununla da, iş üzrə pretenziya qaydalarına da riayət olunmamışdır. Belə ki, MPM-nin: -4.3.-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. -149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. - 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. -150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 4.3, 149.2.4, 150.1.6 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh "xxxx" ASC-yə borcun silinməsi tələbinə dair iddia ərizəsi qaytarılsın və iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar