Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1883/2021 08.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "Cavabdeh1" MMC-yə, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 10 dekabr 2019-cu il tariхli, 100875-613304/1 nömrəli kеdit müqaviləsi üzrə 12593.74 manat məbləğində əsas bоrc və 1643.84 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 14237.58 (on dörd min iki yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 10 dekabr 2019-cu il tariхli, 100875-613304/1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, illik 19% dərəcəsi ilə 18.600 (on səkkiz min altı yüz) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdeh–Cavabdeh2 arasında 10 dekabr 2019-cu il tariхli, 100875-613304/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 MMC tərəfindən əsas öhdəlik lazımınca icra edilməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafiki pоzulmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 25 fevral 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12593.74 manat məbləğində əsas bоrc və 1643.84 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 14237.58 (on dörd min iki yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır.Cavabdehlər kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmişlər və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 100875-613304/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 MMCyə 6 ay müddətinə, illik 19% dərəcəsi ilə 18600 (on səkkiz min altı yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürür. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə (Əlavə N 1) əsasən borc alanın bankdakı AZ88AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. -Həmin müqavilənin 4.4.8-ci bəndinə əsasən borc alan öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri (hesablanmış faziləri) bu müqavilə ilə müəyyən olunan qayda ilə və şərtlərlə banka ödəyir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 18.600 manat məbləğində kredit 6 ay müddətinə illik 19 faiz olmaqla Cavabdeh1 MMC-yə verilmişdir. Həmin müqaviləyə əlavəyə əsasən kredit üzrə faizin ümumi məbləği 1.044, 24 manat təşkil etmişdir. İş materiallarında olan 10 dekabr 2019-cu il tariхli, 100875-613304/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında arasında imzalanmış 10 dekabr 2019-cu il tarixli, 100875-613304/1 nömrəli kredit müqaviləsi üzrə zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. -Həmin müqavilənin 3.6.1-ci maddəsinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 3 (üç) iş günü ərzində tam həcmdə icra edir -Həmin müqavilənin 3.6.6-cı maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində bank dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 10 dekabr 2019-cu il tarixli ərizəyə əsasən məlum olur ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 “X1 Group” MMC-nin gecikmədə olan borcunun bağlanması məqsədilə 6 ay müddətinə 18.600 manat məbləğində kreditin verilməsi üçün ərizə ilə “xxxx” ASC-yə müraciət etmiş, kredit və ona hesablanmış faizləri vaxtında ödənməsinə zəmanət vermişdir. Məhkəməyə təqdim edilmiş, 10 dekabr 2019-cu il tarixli ödəniş tapşırığının təsdiqlənmiş surətindən məlum olur ki, 02.11.2018-ci il tarixli 100875-599124/1 saylı kredit müqaviləsinə əsasən kreditin ödənilməsi məqsədilə 18.600 manat məbləğində ödəniş ödəyici Cavabdeh1 MMC olmaqla, “xxxx” ASC tərəfindən “X1 Group” MMC-nin hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş 25.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 10 dekabr 2019-cu il tarixli, 100875-613304/1 nömrəli kеdit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin 25 fevral 2021-ci il tarixinə 12593.74 manat məbləğində əsas borc və 1643.84 manat məbləğində faiz borcu olmaqla cəmi 14.237.58 manat borcu mövcuddur. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MMC-dən borcun 7 gün ərzində banka ödənilməsi tələb olunmuş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehlərin kredit müqaviləsi üzrə xxxx” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehlərin “xxxx” ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçı “xxxx” ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər "Cavabdeh1" MMC, Cavabdeh2 10 dekabr 2019-cu il tariхli, 100875- 613304/1 nömrəli kredit müqaviləsi və 10 dekabr 2019-cu il tariхli, 100875-613304/1 nömrəli zaminlik müqavilələri üzrə cavabdehlərin banka ödənilməmiş 12593.74 manat məbləğində əsas bоrc və 1643.84 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 14237.58 (on dörd min iki yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat və “xxxx” ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "Cavabdeh1" MMC və Cavabdeh2 12593.74 manat məbləğində əsas bоrc və 1643.84 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 14237.58 (on dörd min iki yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1883/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1883/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver