Məhkəmə qərarları › İş №e-2-2(113)-1883/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1883/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1883/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı təsviri, istifadə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikalarını (bundan sonra texnika) bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə Sifarişçinin istifadəsinə verməyi, sifarişçi isə texnikanı istifadəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icraçıya ödəməyi öz öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən icraçı texnikanı bu Müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə Sifarişçinin istifadəsinə verməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən sifarişçi öhdəsinə götürür: 2.2.1. Texnikanı təhvil aldığı tarixdə yoxlayıb, Təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini İcraçıya verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək; 2.2.3. Bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını vaxtında ödəmək; 2.2.10. Sifarişçinin təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir və bərpası xərclərini (sığorta şərtləri nəzərə alınmaqla) tam olaraq ödəmək; 2.2.11. Özünün təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir olunması və sairə səbəblərlə bağlı İcraçı həmin texnikalardan istifadə etmək imkanından məhrum olarsa boşdayanma halına görə xərci tam şəkildə ödəmək; 2.2.12. Özünün təqsiri nəticəsinə texnikada yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq, bununla bağlı İcraçıya dəymiş zərəri tam şəkildə ödəmək; 2.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən boşdayanma halına görə birgünlük xərc hər bir texnikanın aylıq istifadə haqqına mütənasib hesablanmaqla bu 1 nömrəli Əlavədə qeyd ediləcəkdir. 3.1-ci bəndinə əsasən texnika üçün aylıq xidmət haqqının məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavə ilə müəyyən edilir. Xidmət haqqına ƏDV daxil deyildir. 3.2-ci bəndinə əsasən texnikaların istifadəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 3 (üç) iş günü ərzində ödəniləcəkdir. Bu Müqavilənin qüvvədə olduğu hər təqvim ayı bitdikdən sonra, İcraçı 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və Sifarişçiyə təqdim edir. Sifarişçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. Sifarişçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi Sifarişçini xidmət haqqını ödəməkdən azad etmir. 7.1-ci bəndinə əsasən bu Müqavilə hər iki Tərəf onu imzaladığı andan qüvvəyə minir. Müqavilə 4 ay müddətinə bağlanılır. İstifadəyə verilən hər bir texnikanın istifadə müddəti Əlavə 1-də qeyd edilir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 01 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180), Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) və Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4200 manat olmaqla 3 ay üçün cəmi 12600 manat (boşdayanma məbləği (bir gün üçün) 160) olması barədə razılaşmışlar. Əlavə 01 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 02 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 7200 manat olmaqla əz azı 2 ay üçün cəmi 14400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olması barədə razılaşmışlar. Əlavə 02 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 03 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4000 manat olmaqla 3 ay üçün cəmi 12000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olması barədə razılaşmışlar. Əlavə 03 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. 09.10.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika və aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 01 nömrəli təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. 03.10.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqı 7200 manat olmaqla əz azı 2 ay üçün cəmi 14400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olan Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 02 nömrəli təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. 04.10.2023-cü il tarixli 03 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqısı 4000 manat olmaqla 3 ay üçün cəmi 12000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olan CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 03 nömrəli təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 04 saylı xx.xx.2023-cü il tarixli əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat, Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat, Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 215 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 27 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 295 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 37 manat olması barədə razılaşmışlar. Əlavə 04 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 01 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 18 gün üçün (günlük xidmət haqqısı 177,78 manat olmaqla) 3.200,04 manat, Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 5 saat üçün (saatlıq xidmət haqqısı 22,22 manat olmaqla) 111,10 manat və Howo yük markalı, özüboşaldan tipli **-JQ- *** dövlət qeydiyyat nişanlı texnikanın 17 gün üçün (günlük xidmət haqqısı 177,78 manat olmaqla) 3.022,26 manat olmaqla, cəmi 7.473,41 manatlıq (6.333,40 manat+1.140,01 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 01 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 02 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 26 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 6.933,42 manat, Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 533,28 manat olmaqla, cəmi 8.810,71 manatlıq (7.466,70 manat+1.344,01 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 01 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 03 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən CAT 428 E markalı 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 15 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 2727,3 manat, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 363,68 manat olmaqla, cəmi 3.647,36 manatlıq (3.090,98 manat+556,38 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 01 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 01 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 14 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 2.488,92 manat və Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 18,25 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 3.244,49 manat olmaqla, cəmi 6.765,42 manatlıq (5.733,41 manat+1.032,01 manat ƏDV) göstərdiyi Dübəndi ərazisində torpağın daşınması xidməti (xidmət dövrü: xx.xx.2023-xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 02 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 02 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 13 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 3.466,71 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 6 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 199,98 manat olmaqla, cəmi 4.326,69 manatlıq (3.666,69 manat+660 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: xx.xx.2023xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 02 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası (Cavabdeh MMC-nin adından Cavid Cəfərov tərəfindən imzalanmış) və möhürü ilə təsdiq edilmişdir.

14. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 03 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 20 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 3.636,40 manat və CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 6,5 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 147,75 manat olmaqla, cəmi 4.465,30 manatlıq (3.784,15 manat+681,15 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: xx.xx.2023xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 02 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

16. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 53.440 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 250,32 manat, bütövlükdə 53.691,15 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında xx.xx.2023-cü il tarixində AİS-GTG-250923 nömrəli, xidmət müqaviləsi (bundan sonra- Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən İcraçı tərəfindən müxtəlif tikinti texnikaları Sifarişçinin istifadəsinə verilmiş və tərəflər arasında xidmət haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Təqdim edilmiş xidmətlərə görə Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına (cəmi 3 akt) əsasən ümumilikdə ƏDV daxil olmaqla 20.749,42 manat, xx.xx.2023-cü ildə tərtib edilmiş təhviltəslim aktlarına əsasən ümumilikdə ƏDV daxil olmaqla 14.739,47 manat xidmət haqqı ödənilməlidir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq, sifarişçi xidmət haqqını ödəməmişdir. Müqavilənin 4.4-cü bəndinə görə, Sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçü aylıq xidmət haqqının bir faizi həcmində İcraçıya dəbbə pulu ödəyir. Beləliklə Müqavilənin 3.2-ci bəndi nəzərə alınmaqla 16 fevral 2024-cü il tarixinə qədər 22 dekabr 2023-cü il tarixli aktlara əsasən edilməli ödəniş üzrə gecikmə 51 gün, 25 dekabr 2023-cü il tarixli aktlara əsasən edilməli ödənişlər üzrə gecikmə isə 50 gün təşkil edir. Müqavilənin 4.4-cü bəndini nəzərə almaqla 14 fevral 2024-cü il tarixinə qədər Sifarişçinin İcraçıya ödəməli olduğu dəbbə pulu məbləği ümumilikdə 17.951,94 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə görə, müqavilədən irəli gələn yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) iş günü ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Qeyd edilənləri nəzərə alaraq, Müqavilə üzrə öhdəliklərinizin icrası qaydasında ödənilməli vəsaitin, həmçinin pretenziya verildikdən sonra ödəniş olmadıqda sonrakı günlərə görə də ödənilməli vəsaitin 10 (on) iş günü ərzində ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Sözügedən pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı hərəkət edilməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 4.1-ci bəndinə əsasən, Tərəflər Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Tərəflər arasında çıxa biləcək bütün mübahisə və ixtilaflar danışıqlar yolu ilə, qarşılıqlı razılaşma əldə edilmədiyi təqdirdə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll ediləcəkdir.

18. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına əsasən (cəmi 3 akt) ümumilikdə ƏDV daxil olmaqla 19.931,48 manat, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən ümumilikdə ƏDV daxil olmaqla 15.557,41 manat, cəmi 35.488,89 manat, dəbbə pulu məbləği ümumilikdə 18.099,33 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 250,32 manat, bütövlükdə 53.838,54 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442 və 443-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. 07.05.2024-cü il tarixdə cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sübut kimi təhvil-təslin aktlarına istinad etmişdir. Lakin bildirmək istəyirlər ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru xx.xx.2023-cü il tarixdən Qanuni nümayəndə təyin edilmiş və vergi orqanından qeydiyyatdan keçmişdir. Yəni sözügedən təhvil-təslim aktları cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Hesab edirlər ki, qeyd olunan təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa tərəflər arasında göstərilmiş xidmətin məbləğində də uyğunsuzluqlar vardır. Belə ki, xidmət göstərən texnikalarda xidmət göstərdiyi dövr ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilmiş, həmin texnikalardan şirkət yararlana bilməmişdir. Lakin iddiaçı öz iddia tələbində qeyd edilən xüsusatları göstərməmiş və məhkəmədə şişirdilmiş qiymətlərlə tələb irəli sürmüşdür. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində (dəqiqləşdirilmiş tələbdə) göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

25. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

26. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

27. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xidmətlər (Howo yük markalı, özüboşaldan tipli **-JG- *** dövlət qeydiyyat nişanlı, Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı, Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı və CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşıma və s. xidmətlər) göstərmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC olan borcu 35.488,89 manat təşkil edir.

31. İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi faktı iddiaçı tərəfindən təqdim edilmiş texnikaların göstərəcəyi xidmətlərin dəyəri barədə razılaşmalar (əlavələr) və həmin texnikalarla xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktları ilə təsdiq edilir.

32. Cavabdeh MMC-nin qanuni təmsilçilik hüququ ilə direktoru vəzifəsinə xx.xx.2023-cü il tarixdən Qanuni nümayəndə təyin edildiyi və vergi orqanından qeydiyyatdan keçdiyi halda, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində təsdiq edilmiş xidmətlərin göstərilməsi barədə aktların əvvəlki qanuni təmsilçi Cavid Cəfərov tərəfindən, yəni səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehin etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən aktlar xx.xx.2023-cü il tarixədək MMC-nin direktoru olmuş və tərəflər arasında bağlanmış müqaviləni cavabdehin adından imzalamış Cəfərov tərəfindən imzalanmaqla yanaşı Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

33. Bundan bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.

34. Hazırkı halda müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisinin dəyişməsi barədə ona məlumat veriləcəyini gözləməyə, belə bir məlumat verilmədiyi sürəcdə isə kontragentin qanuni təmsilçisi olmuş və tərəflər arasında müqaviləni, həmin müqaviləyə əlavələri, eləcə də texnikaların təhvil-təslim aktlarını kontragentin adından bağlamış şəxs tərəfindən imzalanmaqla üzərinə möhür vurulmuş aktların mötəbərliyini güman etməyə, yəni qarşı tərəfin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlı olmuşdur.

35. Belə olan halda isə məhkəmə hesab edir ki, qarşı tərəfin hüquqi şəxsin qanuni təmsilçisi kimi tanıdığı şəxs tərəfindən imzalanmış və üzərinə möhür vurulmuş aktların mötəbərliyinin həmin aktların imzalanmasına 5 gün qalmış qanuni təmsilçinin dəyişdirilməsi əsası ilə mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.

36. Cavabdehin xidmət göstərən texnikalarda xidmətin göstərildiyi dövr ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilməsi, həmin texnikalardan şirkətin yararlana bilməməsi və bununla da iddiaçı tərəfindən şişirdilmiş qiymətlərlə tələb irəli sürməsi barədə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, cavabdeh texnikalarda hər hansı nasazlıq aşkar edilməsini, həmin nasazlığın aradan qaldırılması üçün xərc çəkmələrini və bununla bağlı iddiaçıya etirazını hər hansı formada bildirilməsini, o cümlədən xidmət göstərən texnikanın qüsurlu olması ilə xidmət haqqının azaldılmasını tələb etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

37. Əksinə yuxarıda da qeyd edildiyi kimi cavabdeh xidmətlərin göstərilməsi barədə yuxarıda göstərilən aktları təsdiq etməklə iddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərin həmin aktlarda göstərilmiş dəyərdə olması ilə də razılaşmışdır.

38. Bundan əlavə müqavilə şərtlərinə əsasən cavabdeh texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar etdiyi halda təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina edə bilərdi, (bax. xx.xx.2023cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsinin 2.2.1-ci bəndi), lakin cavabdeh təhvil-təslim aktlarını imzalamaqla texnikaların nasaz olmadığını qəbul etmişdir.

39. Odur ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsi üzrə 35.488,89 manat məbləğində əsas borcun tutulması tələbinə dair hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir.

40. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 18.099,33 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

41. Məhkəmə tələb olunan dəbbə pulunun tutulması qət edilmiş əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1750 manat məbləğində müəyyən edilməlidir.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 252 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

43. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 250,76 manat təşkil edir.

44. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsi üzrə 35.488,89 manat məbləğində əsas borc, 1750 manat dəbbə pulu olmaqla cəmi 37.238,89 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar