Məhkəmə qərarları › İş №e-2-2(113)-1886/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1886/2022

06.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1886/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, 010007 saylı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli 010007 saylı Aktın ləğv edilməsi və Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, ZabratŞTQ, Babək, ev 101A ünvanında yerləşən "xxxx" MMC-yə hesablanmış 417.871,52 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh ASCyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək,ev 101A ünvanında yerləşir. xx.xx.2021-ci il tarixdə Zavoda məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ŞTQ, Babək,ev 101A ünvanına baxış keçirilmiş və AKT tərtib edilmişdir. AKT-da göstərilmişdir ki, obyektin su xəttinə və su sayğacına baxış keçirilən zaman guya abonentin sayğacının bağlı olduğu, d=159 mm-lik dəmir boru boypas xətti vasitəsilə sudan istifadə etdiyi aşkar olundu. Eyni zamanda guya hazırki tərəflər arasında bağlanan müqavilənin şərtləri pozularaq D=32 mm-lik xətdən d=30 mm-lik xətlə əvəz olunub sudan istifadə olunduğu məlum oldu. D= 159 mm boypas və D=50 mm su xəttinə görə hesabat aparılması məqsədəuyğundur. AKT və aktda göstərilənlər əsassızdır, həqiqəti əks etdirmir. Həmin Akt onların nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir. AKT-da göstərildiyi D=159 diametrlik borudan su anbarına su vurulmur, d=63 diametrlik su xəttindən də istifadə edilmir. CavabdehSC əməkdaşları bu xəttləri AKT-da yanlış olaraq qeyd ediblər. İddiaçı "xxxx" MMC-nin istifadə etdiyi su ancaq bir xəttdən, D=100 diametrlik borudan götürülür və gün ərzindən cəmi 1 saat istifadə edilir. 2020-ci ilə qədər bütün Zabrat qəsəbəsinə onların Zavod tərəfindən su verildiyi üçün onlar D=100 diametrlik xəttdən 5-6 saat su istifadə edirdilər. 2020-ci ildən sonra isə Zabrat qəsəbəsinin abonenbtləri onlardan ayrıldığı üçün cəmi 1 saat sudan istifadə onlara kifayət edir. Belə ki, onların Zavodun aylıq su sərfiyyatı cəmi 270-400 manat təşkil edir. Onu da qeyd edirlər ki, Cavabdeh ASC-nin əməkdaşları Zavodda su xəttini yoxlayan zaman su vintelləri bağlı olmuşdur, lakin yoxlayıcılar qanunsuz olaraq özləri vintelləri açıb çəkiliş ediblər, bununla da guya iddiaçı "xxxx" MMC-nin sudan qeyri-qanuni istifadə etdiyini göstərməyə çalışmışlar. Lakin AKT-da qeyd olunanlar tamamilə yalandır və heç bir əsası yoxdur. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ASC-nin Zavoda vurduğu 2019-cu il üzrə 13 ədəd elektron-qaimə, 2020-ci il üzrə 16 ədəd elektron-qaimə və 2021-ci il üzrə 11 ədəd elektron qaimə əsasında ödəniş tam olaraq həyata keçirilmiş və Zavodun Cavabdeh ASC-yə heç bir borcu qalmamışdır. 2019-cu, 2020-ci və 2021-ci ilin ödənişlərinə dair Zavodun Hesab sənədləri borcun olmamasını təsdiq etmək üçün məhkəməyə təqdim edilir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin heç bir borcunun olmadığı təsdiq edilmişdir. Lakin onlara xx.xx.2021-ci il tarixdə təqdim edilmiş Cavabdeh ASC Sabunçu rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli №01-03/1-750 saylı bildirişə əsasən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.ünvan 2 ünvanında yerləşən 010007 müqavilə nömrəli iddiaçı "xxxx" MMC-nin su və çirkab su xidmətlərindən istifadəsinə görə yaranmış 417871.52 manat borcun ödənilməsinin 3 iş günü müddətinə tam təmin edilməsi, əks təqdirdə su və çirkab su təchizatının dayandırılacağı bildirilmişdir. Odur ki, müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)- 30/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Zavoda su təchizatının verilməsinin dayandrılmasnın Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixədək qadağan edilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin nümayəndəsi hər ay Zavoda gəlir, həmin boru xətlərini və vintelləri də hər ay görüb, onların hər ay su sərfiyyatları hesablayıbdır. Onlara ödəniş sənədləri və e-qaimələr vurublar və onlar heç vaxt irad bildirməyibdir. Təbii ki, onlar sayğacdan kənar su istifadə etsəydilər Cavabdeh ASC-nin nümayəndələri onları hər ay gələndə görərdilər. "xxxx" MMC yarandığı gündən etibarən qəsəbənin su təchizatı zavod vasitəsilə təmin edilib. Su anbarı və su kanalizasiya zavodda yerləşib. Zavodun su anbarından nasos vasitəsi ilə səhər 2 saat – axşam 2 saat qəsəbənin yarıdan çoxuna, yəni zavoddan kənarda yerləşən 9 və 5 mərtəbəli evlərə, Polis idarəsinə, ətrafda tikilmiş yaşayış evlərinə, stadiona, qəsəbə icra nümayəndəliyinin binasına, bələdiyyə idarəsinə, məktəblər və uşaq bağçalarına zavoddan 2 ədəd nasos vasitəsi ilə içməli su təchizatı təmin edilır və 2 ədəd nasos vasitəsilə çirkab su zavodun kanalizasiya xəttiilə su təmizləmə kollektoruna ötürülür. Zavod nasosları işlətmək və onlara daimi qulluq etmək üçün hər birinə ayda 500 manat əmək haqqı vermək şərti ilə 4 nəfər işçi saxlamaq məcburiyyətindədir. Tərəflərindən dəfələrlə Azərsu rəhbərliyinə rəsmi məktubla müraciət olunmuşdur ki, göstərilən obyektlərin su təchizatını zavoddan ayrılsın və yaxud su xəttinin zavoda giriş və çıxışında sayğac qoyulsun. Azərsu əhalidə və yuxarıda adları çəkilən obyektlərdən olan şikayətləri nəzərə alaraq onları bir az dözümlü olmağa, yaxın vaxtda bu hala son qoyacaqlarına söz vermisdir. Onu da xatırladırlar ki, zavoddan su ilə təmin olunan bütün obyektlərdən hər ay Azərsu idarəsi su və kanalizasiya pulu toplamasına baxmayaraq, həmin pulu eyni zamanda zavoddan da alır Yəni bir sərfiyyata ikiqat ödəniş alır. 2021-ci ilin noyabr ayında onların tələbi ilə Azərsuyun nümayəndələri zavodda olmuş, su komunikasiya xəttlərini yoxlamış və sayğacın quraşdırılmasına və zavod ərazisində Azərsuya aid olan bütün digər xəttlərin ləğvinə qərar qəbul etmişlər. Onların tərəfində quraşdırılacaq sayğacın dəyərini və quraşdırılması üçün göstəriləcək xidmət haqqını da nəzərə alaraq xx.xx.2021-ci ildə verilən hesab faktura əsasında ödəniş etmişlər. Lakin yuxarıda göstərilən razılaşmaya və ödənişə baxmayaraq sayğacın quraşdırılması 1 ay gecikdirildi. Baxmayaraq ki, ödəniləcək məbləğ 100 mm su borusuna qoyulacaq sayğac üçün hesablanmışdır, amma faktiki quraşdırılan sayğac 50 mm boru üzərinə qoyulmuşdur. Sayğacların və görülən xidmət işlərin arasında qiymət fərqi hələ də geri qatarılmamışdır. 2010-cu ilin yanvar ayından bu günə kimi hər ay vaxtlı-vaxtında elektron qaimə əsasında, yüksələn xəttlə, yəni başlanğıcı ayda 300 manatdan başlayaraq 2360 manatadək olmaqlasu pulu tərəflərindən ödənilmişdir. 2020-ci ilin oktyabr ayında cari hesablamadan əlavə hətta 4690 manat (ƏDV-siz) ödənilib və bu günə kimi su sərfiyyatı az olsa da hər ay 2360 manat ödəniş edirlər. X7 idarəsinə borcu yoxdur. Onlara məlum olmayan səbəbdən 417.871,52 manat cərimə yazılıb. Cərimə aktlar əsasında müəyyən olunmuşdursa, zavodun bundan xəbəri yoxdur. Cavabdeh tərəfin prosesdə iştirakı olmayıb, həmin akt müəssisə tərəfindən imzalanmayıb, zavod müdiriyyətinə xəbərdarlıq edilməyib. Yanvar 2020-ci il tarixində qonşu "xxxx" ASC-nin su xəttinin partlaması nəticəsində onların zavodun həyətinə su dolmuşdur, bunun qarşısını almaq üçün Azərsu həmin partlamış su borularını təmir edib, boruya əlavələr etməsinə baxmayaraq, su sızqısı yenə baş vermişdir. Onlar zavoda gələn köhnə su xəttinin tamam bağlanmasını xahiş etmişlər. Azərsu ASC-nin mütəxəssisləri həmin boruları saxlamış və gələcəkdə baş verəcək qəza zamanı xəttdən istifadə edəcəklərini bildirmişdir. Lakin zavod həmin xəttdən heç vaxt istifadə etməmişdir və etmir. Suyun zavoda verilməsi qrafiki əvvələr sutkada 4 saat idisə, indi su təminatı onları 15-20 dəqiqə qane edir, çünki dəzgahlarda və polad əritmə sexində istifadə olunan su daimi dövr olunur, həyətyanı bağ və digər həyətyanı yaşılıq sahələrin suvarılmasında texniki sudan və şamboda (yeraltısu anbarlarında) toplanmış yeraltı qrunt sulardan istifadə olunur. Daha sonra Cavabdeh ASC-yə qarşı onlara əsassız olaraq hesablanmış 417.871,52 manat məbəğində borcun silinməsi tələbinə dair mediasiyaya müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ARAYİŞ verilmişdir. Mübahisə mediasiyada həll edilmədiyinə görə hazırki tələblə məhkəməyə müraciət edirlər. “Su Təchizatı və X4” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsinə əsasən: Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər; 1.) Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a).su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını tələb edə bilər; Lakin Cavabdeh ASC iddiaçıya heç bir xəbərdarlıq eləmədən barəsində akt tərtib edərək qanuni əsaslar olmadan şişirdilmiş bir məbləğdə cərimə yazmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Vəliyev iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, zavodun ərazisində olan su xətti vasitəsilə bütün Zabrat əhalisi su ilə təmin edilmişdir. Xətt üzərində quraşdırılmış sayğac heç vaxt işləməmişdir. Tərəflərindən sayğacdan kənar xətt quraşdırılmamışdır. Sayğac işləmədiyi halda kənar xəttin quraşdırılması heç məntinqli də deyildir. Eyni zamanda smart kart tipli sayğac quraşdırıldığı tarixdən hər ay suya görə ödədikləri məbləğlərdə azalma baş vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Rüstəmov və T.Quliyev iddia tələbinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Nümayəndələr əlavə olaraq bildirdilər ki, akt tərtib edilən zaman zavodda quraşdırılmış su sayğacı 2001-ci ildə quraşdırılmışdır. Lakin həmin sayğacın quraşdırılması aktını əldə etmək mümkün olmamışdır. İddiaçı tərəf sayğacın göstəricilərinin qeydiyyata alınmasına şərait yaratmadığından zavodun sərfiyyatı orta aylıq sərfiyyata uyğun aparılmış və baxış zamanı sayğacın göstəricisinin 86.501,1 m3 olması müəyyən edildikdən sonra həmin göstəricinin hesablanmamış 71.812 m3 hissəsi abonentin hesabına əlavə edilmiş və həmin sərfiyyata görə borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 010007 saylı aktının ləğv edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 010007 saylı akt özlüyündə barəsində tərtib edilən şəxslə ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində aktın həmin şəxsin hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxs yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, şəxsin tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi barəsində akt tərtib edilən şəxsin hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, 010007 saylı aktın ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar