Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1888/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “X2” MMC-yə və üçüncü şəxs “X1 ve Ticaret” Anonim Şirkətinə qarşı cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması, əmlakın naturada verilməsi və digər tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxmış hesab edilməsi, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilmiş Qazax rayonu Xanlıqlar kəndində yerləşən əmlak kompleksi naturada ayrılaraq iddiaçı “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə qaytarılması, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən istehsala başladığı gündən əldə etdiyi gəlirin 30% hissəsi olan 600000 manat alınaraq “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətniə dəymiş 300000 manat maddi zərər cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “X2” MMC-yə və üçüncü şəxs “X1 ve Ticaret” Anonim Şirkətinə qarşı cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması, əmlakın naturada verilməsi və digər tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1888/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1888/2020
15.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver