Məhkəmə qərarları › İş №e-2-2(113)-189/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-189/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-189/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 164 saylı; xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqavilələri üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3452.00 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 №-li müqavilə üzrə ƏDV daxil 359.068,95 manat əsas borc, 26.187 manat dəbbə pulu üzrə borc, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5575.60 kv.m. təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasının (zirzəmi və mansard sahələri daxil olmaqla)) icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 №-li Müqavilə üzrə ƏDV daxil 363.920,80 manat əsas borc, 31.553,19 manat dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 780.729,94 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 1.070,73 manat məbləğində dövlət rüsumunun, cəmi 781.800,67 manat məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3452.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin (bundan sonra “İcarəyə Verilən Əmlak(lar) 1”) icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 №-li Müqavilə və Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5575.60 kv.m. təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasının (zirzəmi və mansard sahələri daxil olmaqla)) (bundan sonra İcarəyə verilən əmlak(lar) 2) icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 №-li Müqavilə (bundan sonra ayrılıqda müvafiq olaraq “İcarə müqaviləsi 1” və “İcarə müqaviləsi 2”) bağlanmışdır. İcarə müqaviləsi 1-in 3.1-ci bəndinə uyğun olaraq icarə müddətinin başlandığı 01 noyabr 2018-ci il tarixindən etibarən icarə haqqı və digər ödənişlərin hesablanması və ödənilməsi növbəti qaydada nəzərdə tutulmuşdur: İcarə müddətinin 01 noyabr 2018-ci il tarixindən - 31 oktyabr 2021-ci il tarixinədək olan dövrü ərzində hər ay üçün ƏDV daxil 40.733 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin 01 noyabr 2021-ci il tarixindən – 31 oktyabr 2022-ci il tarixinədək olan dövrü ərzində hər ay üçün ƏDV daxil 44.806,96 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin 01 noyabr 2022-ci il tarixindən – 31 oktyabr 2023-cü il tarixinədək olan dövrü ərzində hər ay üçün ƏDV daxil 48.880,32 manat məbləğində aylıq icarə haqqı; İcarəyə Verilən Əmlak(lar) 1-in hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla, cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş haqqı. İddiaçı və cavabdeh arasında imzalanmış İcarə müqaviləsi 1-ə dəyişikliklərin edilməsinə dair 01 noyabr 2018-ci il tarixli, 01 №-li əlavə razılaşma ilə İcarə müqaviləsi 1-in 3.1-ci bəndi dəyişdirilərək, icarə haqqı və digər ödənişlərin məbləği icarə müddətinin 01 yanvar 2019-cu il tarixindən etibarən başlayan dövrü üçün növbəti qaydada müəyyənləşdirilmişdir: İcarə müddətinin xx.xx.2019-cu il - xx.xx.2021-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarəyə verilən Əmlak(lar) 1-ə görə ƏDV daxil 40.733 manat məbləğində aylıq icarə haqqı; icarə müddətinin xx.xx.2021-ci il - xx.xx.2022-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün İcarəyə verilən əmlak(lar) 1-ə görə ƏDV daxil 44.806,96 manat məbləğində aylıq icarə haqqı; icarə müddətinin xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün İcarəyə verilən əmlak(lar) 1-ə görə ƏDV daxil 48.880,32 manat məbləğində aylıq icarə haqqı; İcarəyə verilən əmlak(lar) 1-in hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla,cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş haqqı. İddiaçı və cavabdeh arasında imzalanmış İcarə Müqaviləsi 1-ə əlavə və dəyişikliklərin edilməsinə dair 13 iyun 2022-ci il tarixli Əlavə Razılaşma ilə cavabdeh barəsində güzəştli şərtlər tətbiq edilməklə, İcarə müqaviləsi 1 üzrə ödənilməsi təmin ediləcək icarə haqqı və digər ödənişlərin məbləği azaldılmış və icarə müddətinin 01 iyul 2022-ci il tarixindən etibarən başlayan dövrü üçün növbəti qaydada müəyyənləşdirilmişdir (həmçinin sözügedən əlavə razılaşma ilə İcarə müqaviləsi 1-ə İcarəyə verilən əmlak(lar) 1-də İddiaçı tərəfindən göstərilməsi təmin edilən xidmətlərin dairəsini dəqiqləşdirən müvafiq əlavə qoşularaq, İcarə müqaviləsi 1-in 3.1.4-cü yarımbəndində əks edilən xidmət haqqının bölgüsü göstərilən şəkildə razılaşdırılmışdır): İcarə müddətinin xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün İcarəyə Verilən əmlak(lar) 1-ə görə ƏDV daxil 34.890,24 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün İcarəyə verilən əmlak(lar) 1-ə görə ƏDV daxil 38.963,60 manat məbləğində aylıq icarə haqqı; İddiaçı tərəfindən müvafiq əlavə razılaşmaya dair 1 №-li qoşmanın 1-2-ci bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə İcarəyə verilən əmlak(lar) 1-in hər kv.m.-i üçün ƏDV daxil 2,36 manat olmaqla, ümumilikdə ƏDV daxil 8.146,72 manat məbləğində aylıq haqq; İddiaçı tərəfindən müvafiq əlavə razılaşmaya dair 1 №-li qoşmanın 3-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə İcarəyə verilən əmlak(lar) 1- in hər kv.m.-i üçün ƏDV daxil 1,18 manat olmaqla, ümumilikdə ƏDV daxil 4.073,36 manat məbləğində aylıq haqq. İcarə müqaviləsi 2-nin 3.1-ci bəndinə uyğun olaraq icarə müddətinin başlandığı 01 may 2018-ci il tarixindən etibarən icarə haqqı və digər ödənişlərin hesablanması və ödənilməsi növbəti qaydada nəzərdə tutulmuşdur: İcarə müddətinin 01 may 2018-ci il tarixindən - 31 iyul 2018-ci il tarixini əhatə edən dövrünün hər ayı üçün ƏDV daxil 75.000 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin 01 avqust 2018-ci il tarixindən – 30 iyun 2019-cu il tarixini əhatə edən dövrünün hər ayı üçün ƏDV daxil 85.000 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin 01 iyul 2019-cu il tarixindən – 30 iyun 2020-ci il tarixini əhatə edən dövrünün hər ayı üçün ƏDV daxil 95.000 manat məbləğində aylıq icarə haqqı; İcarə müddətinin 01 iyul 2020-ci il tarixindən – 30 aprel 2023-cü il tarixini əhatə edən dövrünün hər ayı üçün ƏDV daxil 100.000 manat aylıq icarə haqqı. İcarə müqaviləsi 1-in 3.2-ci bəndinə əsasən cavabdeh icarə müddəti ərzində İcarəyə verilən əmlak(lar) 1-də istifadə etdiyi su və çirkab sularının axıdılması, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları) və internet xidmətlərinə görə ödənişlər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsi 2-nin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarə Müddətiərzində İcarəyə verilən əmlak(lar) 2-də istifadə etdiyi elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları) və internet xidmətlərinə görə ödənişlər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqavilələrinin 3.4-cü bəndinə əsasən icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cariayın ilk 10 günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən İddiaçının hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsi 1-in 6.1.1-ci yarımbəndinə və İcarə müqaviləsi 2-nin 6.2-ci bəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri vaxtlı-vaxtında ödəmək cavabdehin başlıca öhdəliyini təşkil edir. İcarə müqavilələrinin 8.3-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində iddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, icarə Müqavilələri üzrə ödənişi mütəmadi olaraq gecikdirilən, icrasında sistematik pozuntulara yol verilən ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (22 fevral 2019-cu il tarixli, FMG01/19/050 №-li rəsmi bildiriş, 11 mart 2019-cu il tarixli, FMG-01/19/071 №-li rəsmi bildiriş, 15 oktyabr 2020-ci il tarixli, FMG-01/20/361 №-li pretenziya bildirişi, 02 avqust 2021-ci il tarixli, FMG- 01/21/368 №-li pretenziya bildirişi, 20 sentyabr 2021-ci il tarixli, FMG-01/21/473 №-li pretenziya bildirişi, 15 oktyabr 2021-ci il tarixli, FMG-01/21/506 №-li pretenziya bildirişi və 11 avqust 2022-ci il tarixli, FMG-01/22/248 №-li pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqavilələri üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona külli miqdarda ziyan vurulmuşdur. İcarə müqaviləsi 2-nin 9.8-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında müqavilə tərəfləri istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsi 2-yə 20 iyun 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 13 iyun 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsi 2-nin şərtlərinə uyğun olaraq İcarəyə verilən əmlak(lar) 2-nin iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə müqaviləsi 2-də nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini sözügedən razılaşmada, həmçinin tərəflər arasında imzalanacaq borcun ödənişi qaydasının tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulmuş qaydada təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, 13 may 2022-ci il tarixindən etibarən xitam tarixi daxil olmaqla, müvafiq dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla, cavabdehin xitam tarixinə İcarə müqaviləsi 2 üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 509.130,40 manat təşkil edir. Elektrik enerjisi üçün kommunal xidmət haqqı üzrə hesab cavabdeh tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Xitam razılaşmasının 5-ci bəndinə uyğun olaraq İcarə müqaviləsi 2-yə xitam verilməsi cavabdehi İcarə müqaviləsi 2 üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə iddiaçı və cavabdeh arasında xitam razılaşmasında da adı çəkilərək istinad olunan “Mövcud borcun etirafı və ödənişinin tənzimlənməsi haqqında” 18 iyul 2022-ci il tarixli Razılaşma (bundan sonra “Razılaşma”) imzalanmışdır. Qeyd etmək istərdik ki, müvafiq Razılaşmada həm qüvvədə olan İcarə müqaviləsi 1, həm də artıq xitam verilmiş İcarə müqaviləsi 2 üzrə toplanmış ümumi borc məbləğinin ödənişinin tənzimlənməsi prosesi nəzərdə tutulurdu. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, cavabdehin 30 iyun 2022-ci il tarixinə İcarə müqavilələri üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 619.016,61 manat təşkil edir və cavabdeh tərəfindən müvafiq borc məbləğinin ödənişi 2022-ci ilin iyul ayından etibarən ardıcıl gələn 7 ay daxilində hər ayın ilk 10 təqvim günü ərzində (iyul ayı üçün ödəniş istisna olmaqla, iyul ayı üzrə ödəniş iyul ayının sonunadək həyata keçirilməlidir), hər hansı fasiləyə yol vermədən 2023-cü ilin yanvar ayına kimi (yanvar ayı da daxil olmaqla) təmin edilməlidir. Razılaşmanın 3-cü bəndində göstərilmiş ödəniş qrafikinə əsasən cavabdeh 2022-ci ilin iyul ayı üçün ƏDV daxil 127.000 manat, 2022-ci ilin avqust-dekabr aylarının hər biri üçün ƏDV daxil 82.000 manat və 2023-cü ilin yanvar ayı üçün isə ƏDV daxil 82.016,61 manat ödəniş etməklə, ümumi borc məbləğini tam həcmdə təmin etməlidir. Həmçinin razılaşmanın 2-ci bəndinə görə razılaşmanın 1-ci bəndində qeyd edilmiş borc məbləğinə əlavə olaraq, icarə müqavilələrinin 8.3-cü bəndinə əsasən Cavabdehə İcarə Haqqının və ya İcarə müqavilələrindən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 2022-ci ilin iyun ayınadək tətbiq edilən dəbbə pulu üzrə cavabdeh tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 11.820,80 manat təşkil edir. Lakin razılaşmanın 2-ci bəndində, o cümlədən iddiaçı cavabdeh barəsində stimullaşdırıcı xarakterli tədbir kimi razılıq bildirir ki, cavabdeh razılaşmanın 1-ci bəndində müəyyən edilmiş borc məbləğinin ödənişini razılaşmanın 3-cü bəndində müəyyən edilmiş hissələrlə (və ya bu hissədən daha artıq olmaqla) nəzərdə tutulmuş müddət çərçivəsində həyata keçirdiyi təqdirdə İddiaçı dəbbə pulunu cavabdehdən tələb etməyəcəkdir. Hər bir halda hazırkı bəndin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla, iddiaçı həm bu bəndə əsasən tətbiq olunan, həm də razılaşmanın digər müvafiq bəndlərinə əsasən hesablanacaq dəbbə pulunu tələb etmək hüququnu özündə saxlayır. Razılaşmanın 5-ci bəndinə əsasən razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsi cavabdehi icarə münasibətləri hələ də davam edən İcarə müqaviləsi 1 üzrə aylıq icarə haqqı, xidmət haqqı, kommunal xidmət haqları və digər hər hansı ödənişlərin vaxtlı-vaxtında təmin edilməsinə dair öhdəliyin icrasından azad etmir və müvafiq ödənişlər hər ay üzrə ödənişi təmin edilməli olan müvafiq borc məbləğinə əlavə olaraq İcarə Müqaviləsi 1-də nəzərdə tutulmuş qaydada və müddətlər çərçivəsində həyata keçirilməlidir. Razılaşmanın 7-ci bəndinə əsasən cavabdeh borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Qeyd olunan razılaşmanın 8-ci bəndinə əsasən iddiaçı razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 9-cu bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və cavabdehin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə cavabdeh iddiaçı qarşısında tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 10-cu bəndinə əsasən cavabdeh bu razılaşmadan irəli gələn öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı pretenziya irəli sürülməsi, bildiriş/xəbərdarlıq göndərilməsi, danışıqlar və digər üsullardan istifadə etmədən öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün birbaşa müvafiq mediasiya qurumuna və məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Razılaşmanın 11-ci bəndinə əsasən bu razılaşmadan irəli gələn və ya onunla əlaqədar olan mübahisələrin həllində tərəflər arasında razılıq əldə olunmadıqda, həmin mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin həllinə veriləcək. Göründüyü kimi, İddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissəhissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin İddiaçının tərəflər arasında yaranmış mübahisəni uzun müddət mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi səylərinə cavabdeh tərəfindən əməli tədbir şəklində heç bir müsbət yönümlü cavab verilməmiş və İddiaçının səylərinə uyğun olan mütənasib münasibət sərgilənməmişdir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 11 avqust 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-01/22/248 №-li pretenziya bildirişi göndərilmiş və 09 avqust 2022-ci il tarixinə müvafiq dövr üçün müvafiq kommunal xidmət haqları üzrə borc istisna olmaqla, ümumilikdə ƏDV daxil 668.648,12 manat məbləğində əsas borc, həmçinin əlavə olaraq 57.740,19 manat məbləğində dəbbə pulunun ən geci 15 avqust 2022-ci il tarixinədək (həmin tarix daxil olmaqla) tam həcmdə təmin edilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin və dəbbə pulunun deyil, həm də cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən xeyli müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. xx.xx.2023-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında “Vurğun Résidence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3452.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 №-li Müqavilə üzrə ƏDV daxil 475.667,02 manat əsas borc, 26.187 manat dəbbə pulu üzrə borc, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5575.60 kv.m. təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasının (zirzəmi və mansard sahələri daxil olmaqla)) icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 №-li müqavilə üzrə ƏDV daxil 363.920,80 manat əsas borc, 31.553,19 manat dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 897.328,02 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 1.070,73 manat məbləğində dövlət rüsumunun, cəmi 898.398,75 manat məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında borcun etirafı haqqında razılaşmada qeyd edilən məbləğ, yəni 619.016,61 manat hissədə etiraf etdiklərini, dəbbə pulunun isə səhv hesablandığını və şişirildiyini bildirdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etdi ki, bir müqaviləyə iyun ayında xitam verilib, dekabr ayınadək istifadə etdikləri əmlak üzrə ümumi borcun müəyyən edilməsi ilə bağlı isə razılaşma yoxdur. Həmin hissədə borcu qəbul etmir. Borcun etirafı barədə müqavilədə 2023-cü ilədək ödənilməli olan əmlak müəyyən edilib, əlavə hər hansı məbləğ ödəməli deyillər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14.807,80 m2 olan qeyriyaşayış sahəsi (1, 2, 3 və 4-cü mərtəbə) "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli reyestr kitabının 19825 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, REL-27/12/17-850 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 5.1-ci bəndinə görə bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək. Müqavilə tərəflərin imzası və möhürü ilə yanaşı notariat qaydasında da təsdiq edilmişdir. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-850 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.11 saylı əlavəyə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 14.807,80 m2 olan obyekt 20 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: 2-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 3-cü bəndinə görə hazırki əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflər arasında 15 may 2018-ci il tarixindən etibarən yaranmış münasibətlərə tətbiq olunur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 12 mart 2018-ci il tarixli, 164 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3.452 m2 təşkil edən qeyri-yaşayış sahəsini təyinatına uyğun istifadə üçün icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən icarəçi icarəyə verilən əmlakdan ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə edəcəkdir. 2.1-ci bəndinə əsasən icarə müddəti 01 noyabr 2018-ci il tarixdən başlayır və hazırki müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 31 oktyabr 2023-cü il tarixdə saat 23:59-da başa çatacaq. 3.1-ci bəndinə əsasən icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada hesablanır və ödənilir: 3.1.1 icarə müddətinin 01 noyabr 2018-ci il tarixdən - 31 oktyabr 2021-ci il tarixədək olan dövrü ərzində hər ay ƏDV daxil 40.733 manat aylıq icarə haqqı ödəyəcək; 3.1.2. icarə müddətinin 01 noyabr 2021-ci il tarixdən - 31 oktyabr 2022-ci il tarixədək olan dövrü ərzində hər ay ƏDV daxil 44.806,96 manat aylıq icarə haqqı ödəyəcək; 3.1.3. icarə müddətinin 01 noyabr 2022-ci il tarixdən - 31 oktyabr 2023-cü il tarixədək olan dövrü ərzində hər ay ƏDV daxil 48.880,32 manat aylıq icarə haqqı ödəyəcək; 3.1.4. icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş ödəyəcək. 3.2-ci bəndinə əsasən icarəçi icarəyə verilən əmlakda bu icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə, su və çirkab sularının axıdılmasına, telefon (o cümlədən beynəlxalq, mobil, şəhər telefon danışıqları) və internet xidmətlərinə, habelə təchiz olunan digər kommunal xidmətlərə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. 3.4-cü bəndinə əsasən icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 günü ərzində həyata keçiriləcək və icarəyə verənin müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. 8.3-cü bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla: AZ1000, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6215,8 m2 olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 25105 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 5.1-ci bəndinə görə bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək. Müqavilə hər iki tərəf tərəfindən imzalanmış, möhürlənmiş və notarial qaydada təsdiq edilmişdir. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.116 saylı əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 5.575,60 m2 olan obyekt 10 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: 2-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 3-cü bəndinə görə hazırki əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflərin təsdiq şərti ilə qüvvəyə minərək, mülkiyyətçi və idarə edən arasında müvafiq icarə və idarəetmə münasibətlərinə 01 iyul 2021-ci il tarixindən etibarən şamil olunur və icra edilir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 18 aprel 2018-ci il tarixli, 024 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 5.575,60 m2 təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasını (zirzəmi və mansard sahələri daxil olmaqla) təyinatına uyğun istifadə üçün tam yararlı vəziyyətdə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən icarəçi icarəyə verilən əmlakdan ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə ticarət mərkəzi kimi istifadə edəcəkdir. 2.1-ci bəndinə əsasən icarə müddəti 01 may 2018-ci il tarixdən başlayır və hazırki müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 30 aprel 2023-cü il tarixdə saat 23:59-da başa çatacaq. 3.1-ci bəndinə əsasən icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada hesablanır və ödənilir: icarəyə verilən əmlakla bağlı icarəçi 01 may 2018-ci il tarixdən - 31 iyul 2018-ci il tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 75.000 manat aylıq icarə haqqı ödəyəcək; icarəyə verilən əmlakla bağlı icarəçi 01 avqust 2018-ci il tarixdən - 30 iyun 2019-cu il tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 85.000 manat aylıq icarə haqqı ödəyəcək; icarəyə verilən əmlakla bağlı icarəçi 01 iyul 2019-cu il tarixdən - 30 iyun 2020-ci il tarixini əhatə edən 1 (bir) illik müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 95.000 manat aylıq icarə haqqı ödəyəcək; icarəyə verilən əmlakla bağlı icarəçi 01 iyul 2020-ci il tarixdən - 30 aprel 2023-cü il tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 100.000 manat aylıq icarə haqqı ödəyəcək. 3.2-ci bəndinə əsasən icarəçi icarəyə verilən əmlakda bu icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə, telefon (o cümlədən beynəlxalq, mobil, şəhər telefon danışıqları) və internet xidmətlərinə, habelə təchiz olunan digər kommunal xidmətlərə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. 3.4-cü bəndinə əsasən icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 günü ərzində həyata keçiriləcək və icarəyə verənin müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. 8.3-cü bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 saylı müqaviləyə dəyişikliklərin edilməsinə dair 01 noyabr 2018-ci il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən icarə müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “3.1. bu müqavilə üzrə icarə haqqı və digər ödənişlər 01 yanvar 2019-cu il tarixindən başlayaraq aşağıda göstərilən qaydada hesablanır və ödənilir: 3.1.1. İcarə müddətinin xx.xx.2019-cu il-xx.xx.2021-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 40.733 manat məbləğində aylıq icarə haqqı; 3.1.2. İcarə müddətinin xx.xx.2021-ci il-xx.xx.2022-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 44.806,96 manat məbləğində aylıq icarə haqqı; 3.1.3. İcarə müddətinin xx.xx.2022-ci il-xx.xx.2023-cü il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 48.880,32 manat məbləğində aylıq icarə haqqı; 3.1.4 icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş ödəyəcək. 6-cı bəndinə görə bu əlavə razılaşma tərəflərin qanunu təmsilçiləri tərəfindən təsdiq olunması şərti ilə qüvvəyə minərək, 01 yanvar 2019-cu il tarixində qüvvəyə minir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 saylı müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair 13 iyun 2022-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən icarə müqaviləsi üzrə icarə haqqı və digər ödənişlər 01 iyul 2022-ci il tarixindən başlayaraq aşağıda göstərilən qaydada hesablanır və ödənilir: 1.1. İcarə müddətinin xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 34.890,24 manat məbləğində aylıq icarə haqqı; 1.2. İcarə müddətinin xx.xx.2022-ci il-xx.xx.2023-cü il tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 38.963,60 manat məbləğində aylıq icarə haqqı; 1.3. İcarəyə verən tərəfindən bu əlavə razılaşmaya dair 1 nömrəli qoşmanın 1-2-ci bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 2,36 manat olmaqla cəmi ƏDV daxil 8.146,72 manat məbləğində aylıq haqq; 1.3. İcarəyə verən tərəfindən bu əlavə razılaşmaya dair 1 nömrəli qoşmanın 3-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat məbləğində aylıq haqq. 8-ci bəndinə görə bu əlavə razılaşma tərəflərin qanunu təmsilçiləri tərəfindən təsdiq olunması şərti ilə qüvvəyə minərək, 01 iyul 2022-ci il tarixindən icra olunur. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 saylı müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair 13 iyun 2022-ci il tarixli əlavə razılaşmaya 1 nömrəli Qoşma olan icarəyə verilən əmlakın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən müvafiq təmizlik, texniki və mühafizə xidmətləri barədə razılığıa gəlmişlər. Qoşma 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 saylı müqaviləyə xitam verilməsi barədə 13 iyun 2022-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixində xitam verilir. 2-ci bəndinə görə icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini bu razılaşmada, həmçinin tərəflər arasında imzalanacaq borcun ödənişi qaydasının tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulmuş qaydada təmin etməlidir. 3-cü bəndinə görə tərəflər təsdiq edirlər ki, 13 may 2022-ci il tarixindən etibarən xitam tarixi daxil olmaqla, müvafiq dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 509.130,40 manat təşkil edir. Elektrik enerjisi üçün kommunal xidmət haqqı üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqaviləsinin 8.3-cü bəndinə əsasən icarəçiyə icarə haqqının və ya icarə müqaviləsindən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 13 iyun 2022-ci il tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 26.164,69 manat təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. 4-cü bəndinə görə icarəçi 2022-ci ilin may və iyun ayının müvafiq hissəsi üçün borcun (2022-ci ilin may ayı üçün ƏDV daxil 100.000 manat məbləğində icarə haqqı üzrə borc, 13 may 2022-ci il tarixinədək ƏDV daxil 7.616,40 manat məbləğində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc, 2022-ci ilin iyun ayının müvafiq hissəsi üçün ƏDV daxil 66.666,66 manat məbləğində icarə haqqı üzrə borc, həmçinin icarəyə verən tərəfindən məbləği xitam tarixinədək bildiriləcəyi təqdirdə 13 may 2022-ci il tarixindən etibarən xitam tarixi daxil olmaqla, müvafiq dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc) xitam tarixinədək tam ödənilməsini təmin etməlidir. Borcun qalan hissəsinin ödənişi qaydası tərəflər arasında ayrıca imzalanacaq borcun ödənişinin tənzimlənməsi haqqında müvafiq razılaşmada təsbit ediləcəkdir. 5-ci bəndinə görə icarə müqaviləsinə xitam verilməsi icarəçəni icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərin icarsından azad etmir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 saylı müqaviləyə xitam verilməsi barədə 13 iyun 2022-ci il tarixli razılaşmaya dəyişikliklərin edilməsinə dair 20 iyun 2022-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən xitam razılaşmasının 3-cü bəndinin sonuncu cümləsi bu razılaşmanın tətbiq edildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş və dəbbə pulu ilə əlaqədar məsələlər tərəflər arasında imzalanacaq borcun ödənişinin tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulacaq qaydada tənzimlənir. 2-ci bəndinə əsasən xitam razılaşmasının 4-cü bəndi bu razılaşmanın tətbiq edildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş və borcun ödənişi qrafiki tərəflər arasında imzalanacaq borcun ödənişinin tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulacaq qaydada tənzimlənir. 5-ci bəndinə görə bu razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, 20 iyun 2022-ci il tarixindən etibarən icra olunur. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (kreditor) ilə Cavabdeh MMC (borclu) arasında bağlanmış “mövcud borcun etirafı və ödənişin tənzimlənməsi haqqında” 18 iyul 2022-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, borclunun 30 iyun 2022-ci il tarixinə icarə müqavilələri üzrə kreditora ödəməli olduğu ümumi borc ƏDV daxil 619.016,61 manat təşkil edir. 2-ci bəndinə əsasən bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş borc məbləğinə əlavə olaraq, icarə müqavilələrinin 8.3-cü bəndinə əsasən borcluya icarə haqqının və ya icarə müqavilələrindən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 2022-ci ilin iyun ayınadək tətbiq edilən dəbbə pulu üzrə borclu tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 11.820,80 manat təşkil edir. Bu razılaşmanın 3-cü bəndində müəyyən edilmiş hissələrlə (və ya bu hissədən daha artıq olmaqla) bu razılaşmada nəzərdə tutulmuş müddət çərçivəsində həyata keçirildiyi təqdirdə kreditor bu bəndin birinci cümləsində əks etdirilmiş dəbbə pulunu borcludan tələb etməyəcəkdir. Bu bəndin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla, kreditor həm bu bəndə əsasən tətbiq olunan, həm də razılaşmanın digər müvafiq bəndlərinə əsasən hesablanacaq dəbbə pulunu tələb etmək hüququnu özündə saxlayır. 3-cü bəndinə görə tərəflər təsdiq edirlər ki, bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borcun ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qrafikə uyğun olaraq müvafiq hissələrlə və qaydada təmin edilərək, 2022-ci ilin iyul ayından etibarən ardıcıl gələn müvafiq aylar ərzində hər hansı fasiləyə yol vermədən, 2023-cü ilin yanvar ayının sonunadək tam həcmdə təmin edilməlidir. 4-cü bəndinə görə bu Razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş ödənişlər (iyul ayı üçün ödəniş istisna olmaqla – həmin ödəniş iyul ayının sonunadək həyata keçirilməlidir) hər müvafiq ayın ilk 10 təqvim günü ərzində kreditorun bank hesabına köçürmə yolu ilə ödənilməlidir. 8-ci bəndinə görə kreditor bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. 9-cu bəndinə görə borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə borclu kreditor qarşısında tam həcmdə məsuliyyət daşıyır. 17-ci bəndinə görə bu razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, tərəflər arasındakı müvafiq münasibətlərə 2022-ci ilin iyul ayından etibarən şamil olunur və borclu bu razılaşma üzrə öz öhdəliklərini tam təmin edənədək öz qüvvəsində qalır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.415,53 manat ƏDV daxil) 9.279,60 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.415,53 manat ƏDV daxil) cəmi 9.279,60 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 698773 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.864,07 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən “"xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBP seriyalı, 698773 nömrəli elektron qaiməyə əsasən 1.415,53 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 20.456,33 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBP seriyalı, 789876 nömrəli elektron qaiməyə əsasən 3.682,14 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 19.366,38 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBR seriyalı, 199001 nömrəli elektron qaiməyə əsasən 3.485,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.339,02 manat ƏDV daxil) 8.778 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.339,02 manat ƏDV daxil) cəmi 8.778 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 199352 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.438,98 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBR seriyalı, 199352 nömrəli elektron qaiməyə əsasən 1.339,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.192,03 manat ƏDV daxil) 7.814,40 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.192,03 manat ƏDV daxil) cəmi 7.814,40 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 884637 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.622,37 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBS seriyalı, 884637 nömrəli elektron qaiməyə əsasən 1.192,03 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 18.165,27 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBS seriyalı, 991269 nömrəli elektron qaiməyə əsasən 3.269,75 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin elektrik enerjisindən istifadəyə görə borcu (1.369,22 manat ƏDV daxil) 8.976 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.369,22 manat ƏDV daxil) cəmi 8.976 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 304594 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.606,78 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 304594 nömrəli elektron qaiməyə əsasən 1.369,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 21.436,09 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 418311 nömrəli elektron qaiməyə əsasən 3.858,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 18.828,33 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBW seriyalı, 093708 nömrəli elektron qaiməyə əsasən 3.389,10 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.161,82 manat ƏDV daxil) 7.616,40 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.161,82 manat ƏDV daxil) cəmi 7.616,40 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 215887 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.454,58 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBW seriyalı, 215887 nömrəli elektron qaiməyə əsasən 1.161,82 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) həmin tarixə İddiaçı MMC-nin elektrik enerjisindən istifadəyə görə borcu (1.377,27 manat ƏDV daxil) 9.028,80 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.377,27 manat ƏDV daxil) cəmi 9.028,80 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 301572 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.651,53 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBY seriyalı, 301572 nömrəli elektron qaiməyə əsasən 1.377,28 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 20.733,08 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 418311 nömrəli elektron qaiməyə əsasən 3.731,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqəsinə əsasən həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.834,35 manat ƏDV daxil) 12.025,20 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.834,35 manat ƏDV daxil) cəmi 12.025,20 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 863574 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.190,85 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBZ seriyalı, 863574 nömrəli elektron qaiməyə əsasən 1.834,35 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə avans olaraq 4.880,06 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 27.111,42 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 29.495,75 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBCB seriyalı, 865960 nömrəli elektron qaiməyə əsasən 5.309,24 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 31.185,69 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 418311 nömrəli elektron qaiməyə əsasən 5.613,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 24.650,14 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə 4.437,03 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBCJ seriyalı, 036464 nömrəli elektron qaiməyə əsasən 4.013,20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 22.295,55 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 22.994,88 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 23.857,71 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh MMC-nin istifadə etdiyi elektrik enerjisinin xx.xx.2022-ci il-xx.xx.2023-cü il tarixləri arası dövrü təsdiq edən aktlarla müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üzrə 2.336,4 manat; xx.xx.2022-xx.xx.2022ci il tarixləri arası dövr üzrə 2134 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üzrə 2.134 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üzrə 2107,6 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üzrə 1878,8 manat və xx.xx.2022xx.xx.2023-cü il tarixləri arası dövr üzrə 1170,4 manat dəyərində elektrik enerjisini sərf olunub. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən EBCA seriyalı 962322 nömrəli elektron qaimə üzrə 39.924 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli OD10 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, EBBQ seriyalı 589660 nömrəli elektron qaimə üzrə (Vurğun) fevral ayının icarə haqqısı olan 33.050,85 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən EBBQ seriyalı 589660 nömrəli elektron qaimə üzrə (Vurğun) fevral ayının icarə haqqısı olan 33.050,85 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən icarə haqqı və istifadə edilmiş elektrik enerjisinə dair (ƏDV daxil) cəmi 882.525,33 manat dəyərində o cümlədən 9.279,60 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 287080 saylı; 8.778 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 900344 saylı; 100.000 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 158302 saylı; 7.814,40 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 543695 saylı; 100.000 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 791013 saylı; 8.976 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 227767 saylı; 100.000 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 903789 saylı; 7.616,40 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 400735 saylı; 66.666,66 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 565005 saylı; 9.028,81 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 740560 saylı; 2.760,93 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 897570 saylı; 2.221,99 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 827167 saylı; 48.880,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 589660 saylı; 2.402,39 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 418086 saylı; 48.880,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 159039 saylı; 2.129,59 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 113901 saylı; 48.880,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 790902 saylı; 2.089,99 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 793340 saylı; 48.880,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 903740 saylı; 2.296,79 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 633871 saylı; 48.880,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 564729 saylı; 2.314,39 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 741472 saylı; 2.521,19 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 120832 saylı; 47.110,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 232972 saylı; 2.336,39 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 205501 saylı; 47.110,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 223887 saylı; 2.133,99 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 303175 saylı; 47.110,32 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 330939 saylı; 2.133,99 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 664774 saylı; 51.183,68 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 470939 saylı; 2.107,59 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 677483 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 saylı və 18 aprel 2018-ci il tarixli, 024 saylı müqavilələr üzrə xx.xx.2022-ci il tarixinə qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin borcu icarə haqqı üzrə cəmi 554.068,26 manat (o cümlədən “Grandezza” – 309.666,66 manat, “Vurğun” – 244.401,60 manat), kommunal xidmət haqqı cəmi 64.948,35 manat (o cümlədən “Grandezza” – 51.493,21 manat, “Vurğun” – 13.455,14 manat) və dəbbə pulu 11.820,80 manat (o cümlədən “Grandezza” – 5.511,16 manat, “Vurğun” – 6.309,64 manat) olmaqla ümumi borc 630.837,41 manat (o cümlədən “Grandezza” – 366.671,03 manat, “Vurğun” – 264.166,38 manat) təşkil edir. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli, 164 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, 2019-cu ilin yanvar ayından 2022-ci ilin noyabr ayınadək olan dövr ərzində ümumilikdə icarə və elektrik haqqı üzrə cəmi ƏDV daxil 2.051.015,29 manat hesablanmış, ƏDV daxil 1.628.410,75 manat ödəniş edilmiş və qalıq borc ƏDV daxil 422.604,54 manat, o cümlədən 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə hesablanmış icarə və elektrik haqqı üzrə ödənişlərin hamısı edilmiş qalıq borcu olmamış, lakin 2022-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayınadək qismən ödənişlər edilsə də həmin müddətdə qalıq borcu ƏDV daxil 422.604,54 manat təşkil etmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 aprel 2018-ci il tarixli, 024 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, 2018-ci ilin mart ayından xx.xx.2022-ci ilədək olan dövr ərzində ümumilikdə icarə və elektrik haqqı üzrə cəmi ƏDV daxil 4.398.159,21 manat hesablanmış, ƏDV daxil 4.034.238,41 manat ödəniş edilmiş və qalıq borc ƏDV daxil 363.920,80 manat, o cümlədən 2018-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə hesablanmış icarə və elektrik haqqı üzrə ödənişlərin hamısı edilmiş qalıq borcu olmamış, lakin 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci ilədək qismən ödənişlər edilsə də həmin müddətdə qalıq borcu ƏDV daxil 363.920,80 manat təşkil etmişdir. İddiaçı tərəfindən Cavabdehnə 11 avqust 2022-ci il tarixli FMG-01/22/248 nömrəli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin ən geci 15 avqust 2022-ci il tarixinədək tam həcmdə təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 12 mart 2018-ci il tarixli, 164 saylı və 18 aprel 2018-ci il tarixli, 024 saylı müqavilələrə əsasən Cavabdeh MMC iddiaçının istifadəsində olan müvafiq olaraq ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3.452 m2 təşkil edən və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 5.575,60 m2 təşkil edən qeyri-yaşayış sahələrini icarəyə götürmüşdür. Tərəflər arasında bağlanılmış 13 iyun 2022-ci il tarixli razılaşmaya əsasən 18 aprel 2018-ci il tarixli, 024 saylı icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixindən xitam verilmiş, eləcə də həmin razılaşmada və razılaşmaya dəyişikliklərin edilməsinə dair 20 iyun 2022-ci il tarixli razılaşmada icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin iddiaçıya sonuncu dövr üçün elektrik enerjisinə görə borc istisna olmaqla əsas borcun ƏDV daxil 509.130,40 manat borcunun olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsi üzrə “mövcud borcun etirafı və ödənişin tənzimlənməsi haqqında” razılaşma bağlanmış və həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixə cavabdeh iddiaçıya yuxarıda qeyd edilən icarə müqavilələri üzrə ƏDV daxil 619.016,61 manat məbləğində əsas borcun (icarə haqqı və istifadə edilmiş elektrik enerjisinə görə borc) olmasını təsdiq etmiş və həmin borcu 2022-ci ilin iyul ayından 2023-cü ilin yanvar ayının sonunadək razılaşmada müəyyən edilmiş ödəniş qrafiki (cədvəl) üzrə tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC 12 mart 2018-ci il tarixli, 164 №-li müqavilə üzrə ƏDV daxil 475.667,02 manat əsas borc, 26.187 manat dəbbə pulu, eləcə də 18 aprel 2018-ci il tarixli, 024 №-li müqavilə üzrə ƏDV daxil 363.920,80 manat əsas borc, 31.553,19 manat dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 897.328,02 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Cavabdeh MMC hər iki icarə müqaviləsi üzrə iddiaçıya borclarının olması faktını təsdiq etsə də, borcun etirafı barədə razılaşma ilə təsdiq edilmiş borcdan əlavə hesablanmış borc məbləğləri ilə razılaşmadığı bildirmişdir. Beləliklə, mübahisəli icarə müqavilələri üzrə cavabdehin iddiaçıya icarə haqqı və elektrik enerjisinə görə borclarının məbləği mübahisə predmetini təşkil edir. xx.xx.2022-ci il tarixdə xitam verilmiş 18 aprel 2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə əsas borcun (icarə haqqı və elektrik enerjisinə görə borclar) məbləği ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borcun etirafı barədə müqavilədə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya hər iki icarə müqaviləsi üzrə əsas borcunun cəmi ƏDV daxil 619.016,61 manat təşkil etməsi müəyyən edilmişdir ki, həmin borcun 361.159,87 manat hissəsi 024 saylı icarə müqaviləsi üzrə, 257.856,74 manat hissəsi isə 164 saylı icarə müqavilə üzrə yaranmış borcdur. xx.xx.2022-ci il tarixdən sonra 024 saylı icarə müqaviləsi üzrə əsas borc məbləğində "xxxx" ASC tərəfindən müvafiq icarə sahəsi üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövr üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış ƏDV daxil 12.025,20 manat məbləğinin 7 günlük (xx.xx.2022-xx.xx.2022) müddət üçün olan hissəsi - 2760,93 manat əlavə edilmişdir (Bununla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC –yə xx.xx.2022-ci il tarixli EBCD seriyalı 897570 saylı elektron qaimə də göndərilmişdir). Odur ki, 8 aprel 2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə əsas borcu ƏDV daxil 363.920,80 manat (361.159,87 manat +2760,93 manat) təşkil edir. 12 mart 2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, borcun etirafı barədə razılaşmaya əsasən xx.xx.2022-ci il tarixə həmin müqavilə üzrə əsas borcun (icarə haqqı və elektrik enerjisindən istifadəyə görə borc) 257.856,74 manat olması müəyyən edilir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə icarə müqaviləsinin şərtlərinə əsasən 2022-ci ilin avqust, sentyabr və oktyabr aylarında hər ay üçün 47.110,32 manat, noyabr və dekabr alarında isə hər ay üçün 51.183,68 manat olmaqla cəmi ƏDV daxil 243.698,32 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. Eləcə də nəzarət sayğacının göstəricilərinə əsasən 2022-ci ilin iyul ayı üçün 2.521,19 manat, avqust ayı üçün 2336,39 manat, sentyabr ayı üçün 2133,99 manat, oktyabr ayı üçün 2133,99 manat, noyabr ayı üçün 2107,60 manat və dekabr ayı üçün 1878,8 manat olmaqla, cəmi ƏDV daxil 13.111,96 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. Beləliklə, 2022-ci ilin iyul ayından – dekabr ayının sonunadək olan (xx.xx.2022-ci il tarixədək olan müddət üçün elektrik enerjisindən istifadəyə görə borc da daxil olmaqla) dövr üçün cavabdehə 164 saylı icarə müqaviləsi üzrə hesablanmalı olan əsas borc 256.810,28 manat (243.698,32 + 13.111,96), 2022-ci ilin iyul ayınadək yaranmış və borcun etirafı barədə razılaşma ilə təsdiq edilmiş borcla birlikdə cəmi borc 514.667,02 (256.811,48+257856,74) manat təşkil etmişdir. Sözügedən müddət ərzində - 2022-ci ilin oktyabrında həmin borcdan ƏDV daxil 39.000 manat ödənilmişdir. Odur ki, 2022-ci ilin sonuna 164 saylı icarə müqaviləsi üzrə üzrə cavabdehin iddiaçıya əsas borcu (elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixə hesablanmış borc daxil olmaqla) ƏDV daxil 475.667,02 manat (514.667,02-39.000) təşkil edir. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi borcun etirafı barədə razılaşmada 2023-cü ilədək olan borc məbləğinin müəyyən edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, istinad edilən razılaşmanın məzmunundan da göründüyü kimi həmin razılaşmada hər iki müqavilə üzrə xx.xx.2022-ci il tarixinə olan borc məbləği təsdiq edilmiş və həmin borcun 2023-cü ilədək ödənilməsini nəzərdə tutan qrafik müəyyən edilmişdir. Beləliklə, sözügedən razılaşmada cavabdehin iddia etdiyi kimi mübahisəli icarə müqavilələri üzrə 2022-ci ilin sonunadək olan borc məbləği deyil, xx.xx.2022-ci il tarixinə olan borc məbləği müəyyən edilmişdir. Tərəflərin icarə müqavilələri üzrə xx.xx.2022-ci il tarixinə olan borc məbləğinin təsdiq etməsi faktı isə cavabdehi həmin tarixdən sonrakı müddətdə yaranmış borc məbləğlərini ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə məhkəmə icarə haqqı və elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğlərlə razı olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh icarə haqqı və elektrik enerjisindən istifadəyə görə borcların düzgün hesablanmamasını iddia etsə də, göstərilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə icarə haqqı borclarının icarə müqavilələrinin şərtlərinə əsasən, elektrik enerjisindən istifadəyə görə borcların isə nəzarət sayğacının göstəricilərinə və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabfakturalara əsasən hesabladığı müəyyən edilir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli icarə müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə icarə haqqı və elektrik enerjisindən istifadəyə görə ödənişlər üzrə Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 475.667,02 manat məbləğində və xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 363.920,80 manat məbləğində əsas borcunun yarandığını, eləcə də icarə müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə 20.000 manat və xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə 15.000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 475.667,02 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu; xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 363.920,80 manat məbləğində əsas borc, 15.000 manat məbləğində dəbbə pulu, cəmi 874.587,82 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 670,73 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin artırılması da nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1187,33 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 (dörd yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 645 (altı yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC-dən 116 (yüz on altı) manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 475.667,02 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu; xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə ƏDV daxil 363.920,80 manat məbləğində əsas borc, 15.000 manat məbləğində dəbbə pulu, cəmi 874.587,82 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 645 (altı yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC-dən 116 (yüz on altı) manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar