Məhkəmə qərarları › İş №e-2-2(113)-1895/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1895/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1895/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə X3 Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 001R********** saylı kredit razılaşması üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" QSC ilə (kredit verən) ilə Cavabdeh1 (kredit alan) və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında 16 oktyabr 2023-cü il tarixli, 001L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 300000 manat məbləğində 120 ay müddətinə kredit xəttini açmışdır. Həmin müqavilənin: -2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqqları cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. - 4.4-cü bəndində əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. - 4.9-cu bəndində əsasən bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. -11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. -11.4-cü bəndinə əsasən, zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. -11.7-ci bəndinə əsasən, zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. -12.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. - 13.11-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi tərəflərin imzaları və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən borcluya biznes məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. Faktiki illik faiz dərəcəsi (FİFD): 24.48 faiz. Kredit borc alana AZ52ACAB******************** saylı cari hesaba köçürülmə vasitəsi ilə veriləcək.

2. xx.xx.2023-cü il tarixli ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 17000 manat, faizin məbləği 4450.73 manat, cəmi ödəniləcək məbləğ 21.450,73 manat məbləğində müəyyən edilmişdir. Ödəniş planı hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

3. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 17.000 manat kredit Cavabdeh1 AZ52ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

4. "xxxx" QSC Cavabdeh1 (kredit alan) arasında 16 oktyabr 2023-cü il tarixli **********01 saylı X4 edilməsi barədə razılaşma bağlanmışdır. Razılaşma hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

5. "xxxx" QSC tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borc alan tərəfindən müxtəlif vaxtlarda ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə 12182.98 manat əsas, 1122.37 manat faiz, 666.7 manat cərimə borcu olmaqla cəmi borcu 13972.05 manat təşkil edir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 134 gün.

7. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq 13972.05 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 001R********** saylı krеdit razılaşması üzrə 12182.98 manat məbləğində krеdit bоrcu, 1122.37 manat məbləğində faiz bоrcu və 666.7 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 13972 (on üç min doqquz yüz yetmiş iki) manat 5 (beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131.92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər: Cavabdeh3n və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4817.02 manat ödəmiş, onun 12182.98 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 1122.37 manat təşkil edir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iştirak edərək, izahatında bildirmişdir ki, iddia tələbi üzrə borc məbləğinin mövcudluğunu qəbul edir. Həmçinin məhkəmə icraatının gedişində cavabdeh məhkəməyə borcun etirafı barədə yazılı ərizə təqdim edərək, ərizəsində İddiaçı QSC-yə 12182.98 manat məbləğində krеdit bоrcu, 1122.37 manat məbləğində faiz bоrcu və 666.7 manat məbləğində cərimə borcunun qaldığını göstərmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 16 oktyabr 2023-cü il tarixli, 001L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 17.000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 isə kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

21. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilərək, xəbərdarlıq məktubunda həmin tarixə gecikdirilmiş borc məbləğinin ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir.

22. Belə olan halda isə iddiaçı "xxxx" QSC xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Cavabdeh1 xx.xx.2025-ci il tarixində məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində iddiaçı "xxxx" QSC-yə 12182.98 manat məbləğində krеdit bоrcu, 1122.37 manat məbləğində faiz bоrcu və 666.7 manat məbləğində cərimə borcunun olmasını faktını qəbul etmişdir.

24. Məhkəmə Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 12182.98 manat məbləğində krеdit, 1122.37 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

25. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 666.7 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

26. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı Cavabdeh1 dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Eyni zamanda hesablanmış dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaldılması üçün əsas yoxdur.

27. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 16 oktyabr 2023cü il tarixli, 001L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 kredit alan Cavabdeh1 sözügedən kredit və təminat müqaviləsi üzrə öhdəliklərinə, o cümlədən xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar.

28. Məhkəmə zaminlər Cavabdeh3 və Cavabdeh2 16 oktyabr 2023-cü il tarixli, 001L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

29. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 131.92 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 131.92 manat təşkil edir.

31. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131.92 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 001R********** saylı krеdit razılaşması üzrə 12182.98 manat məbləğində krеdit bоrcu, 1122.37 manat məbləğində faiz bоrcu və 666.7 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13972.5 (on üç min doqquz yüz yetmiş iki manat beş qəpik) məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 131.92 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar