Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-190/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3.000.000 ABŞ dolları əsas, 13917 ABŞ dolları faiz, 33417 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87085 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə ******* ABŞ dolları məbləğində pulun cavabdehlərdən mütərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 104.LN.2005.170320.00001 nömrəli 17 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 3.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh MMC-nin 16.04.2021-ci il tarixə kredit borcu ******* ABŞ dolları təşkil edir. Bundan 3.000.000 ABŞ dolları əsas, 13917 ABŞ dolları faiz, 33417 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.20214-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87085 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Bos Şelf” MMC və "xxxx" Şirkətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8.600.000 ABŞ dolları əsas, 32251 ABŞ dolları faiz, 102962 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 267555 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 9.002.768 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 104.LN.2005.020320.00001 nömrəli 02 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 8.600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh MMC-nin 16.04.2021-ci il tarixə kredit borcu ******* ABŞ dolları təşkil edir. Bundan 8.600.000 ABŞ dolları əsas, 32251 ABŞ dolları faiz, 102962 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.20214-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 267555 ABŞ dolları faiz borcu təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2-2(113)-3483/2021 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3483/2021 saylı iş, iddiaçı LPO İddiaçı ASC-nin “borcun tutulması” tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Bos Şelf” MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6.000.000 ABŞ dolları əsas, 28001 ABŞ dolları faiz, 60834 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 159167 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 6.248.002 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 104.LN.2005.030420.00001 nömrəli 03 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 6.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh MMC-nin 16.04.2021-ci il tarixə kredit borcu ******* ABŞ dolları təşkil edir. Bundan 6.000.000 ABŞ dolları əsas, 28001 ABŞ dolları faiz, 60834 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.20214-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 159167 ABŞ dolları faiz borcu təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli, e-2-2-(113)-3479/2021 saylı qərardadı ilə cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilərək, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2-2-(113)-3479/2021 saylı iş məhkəmənin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. 10.08.2021-ci il tarixdə Cavabdeh MMC və "xxxx" Şirkəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-dən MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-225/2022 saylı, 06.05.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ü.Xəlilova iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ilk iddianın ekspert rəyinə uyğun təmin edilməsini, həminçinin qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17.03.2020-ci il tarixli 104.LN.2005.170320.00001 nömrəli kredit müqaviləsinə əsasən kreditor ("xxxx" ASC) borcalana (Cavabdeh MMC) 3.000.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən verilmiş kredit “Star Gulf FZCO Şirkəti” arasında bağlanmış 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsi, “Star Gulf FZCO Şirkəti” arasında bağıanmış 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/b saylı saxlanc müqaviləsi və bu müqaviləyə edilmiş və ediləcək əlavələr ilə təmin olunur. 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsinə əsasən zamin (“Star Gulf FZCO Şirkəti”) bu müqaviləyə əsasən bank (AGBank) qarşısında 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borclananın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin bu müqaviləyə əsasən bank qarşısında 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/b saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə 3.000.000 ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 3.400.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. 02 mart 2020-ci il tarixli 104.CL.020320.00001/a nömrəli saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus ******* ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. 03 aprel 2020-ci il tarixli 104.CL.030420.00001/a saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC arasında 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsiylə 6.000.000 ABŞ Dolları məbləğdə 6 ay müddətə verilmiş kredit Kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nörməli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 6.800.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. LPO İddiaçı ASC tərəfindən təqdim olunmuş 22 aprel 2021-ci il tarixli **********039 nömrəli arayışa əsasən LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə 16.04.2021-ci il tarixə yaranan tələb: əsas borc üzrə - 3.000.000 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə - 13917 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 33417 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz - 87085 ABŞ dolları, ümumilikdə ******* ABŞ dolları təşkil edir. “X6 Şirkəti”nin 06 iyul 2020-ci il tarixli tələblərin qeydə alınmasına dair Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna göndərilən ərizəyə əsasən X2 "xxxx" Şirkəinin Azərbaycan Respublikasındakı Filialının lisenziyası ləğv edilmiş və müflis elan olunmuş İddiaçı ASC-də olan AZ42AZEG******************** saylı cari hesabındakı 16.203.007,74 ABŞ dolları və AZ57AZEG******************** saylı cari hesabındakı 1.928.952,15 manat məbləğində pul vəsaitləri təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alındığına dair filiala qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri Təminat Müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabından tutulmaqla həmin əməliyyatdan sonra Bankda qalan filiala məxsus 2.537.827,78 ABŞ dolları məbləğində pul vəsaitinin filialın özünə qaytarılmasını xahiş etmişdir. LPO İddiaçı ASC tərəfindən verilmiş 10.07.2020-ci il tarixli, 0350 nömrəli kreditor təlbələrinin qeydiyyatı barədə qəbzdən görünür ki, LPO İddiaçı ASC qarşısında 1.928.952,15 manat və 16.203.007,74 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Cavabdeh MMC tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş tələblərin qeydə alınmasına dair 06.07.2020-ci il tarixli ərizəsinə əsasən Cavabdeh MMC-nin lisenziyası ləğv edilmiş və müflis elan edilmiş İddiaçı ASC-də olan AZ12AZEG******************** sayli cari hesabındakı 115.129,98 manat, AZ79AZEG******************** saylı cari hesabındakı 0,24 Britaniya funt sterlinqi, AZ94AZEG******************** saylı cari hesabındakı 119.480,75 ABŞ dolları, AZ34AZEG******************** saylı cari hesabındakı 804.22 Avro məbləğində pul vəsaitlərinin təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alınmasına dair MMC-yə qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri Təminat Müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabından tutulması və bu barədə MMC-yə məlumat verilməsini xahiş etmişdir. LPO İddiaçı ASC tərəfindən verilmiş 10.07.2020-ci il tarixli 0349 nömrəli kreditor təlbələrinin qeydiyyatı barədə qəbzdən görünür ki, LPO İddiaçı ASC qarşısında 115.129,98 manat, 119480,75 ABŞ dolları, 804.22 avro, 0,24 britaniya funtu məbləğində kreditor tələbi qeydə alınmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 6.000.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə borcalanın əsas məbləğ və faizlər daxil edilməklə ödəmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən borclanan əsas məbləğ üzrə 6.000.000 ABŞ dolları, 30333,33 ABŞ dolları isə faiz məbləği ödəməlidir. LPO İddiaçı ASC tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli **********003 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 03.04.2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixinə yaranan tələb: əsas borc üzrə - 6.000.000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 28001 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 60834 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - 159167 ABŞ dolları, müqavilənin tələbləri üçün yaranmış ******* ABŞ dolları təşkil edir. LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 8.600.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə borcalanın əsas məbləğ və faizlər daxil edilməklə ödəmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən borclanan əsas məbləğ üzrə 8.600.000 ABŞ dolları, 43000 ABŞ dolları isə faiz məbləği ödəməlidir. LPO İddiaçı ASC tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli **********040 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02.03.2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixinə yaranan tələb: əsas borc üzrə - 8.600000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 32251 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 102962 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - 267555 ABŞ dolları, müqavilənin tələbləri üçün yaranmış ******* ABŞ dolları təşkil edir. 02 mart 2020-ci il tarixli 104.CL.020320.00001/b nömrəli zaminlik müqaviləsinə əsasən zamin (Star Gulf FZCO Şirkəti) bu müqaviləyə əsasən bank qarşısında 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın ******* ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi ödhəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 9/8142 nömrəli ekspert rəyindən görünür ki, 17 mart 2020-ci il tarxli 104.LN.2005.170320.00001 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 3099583,33 ABŞ dolları müəyyən edilir. 16.04.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu 3.000.000 ABŞ dolları, faiz borcu 99583,33 ABŞ dolları təşkil edir. 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 3099583,33 ABŞ dolları müəyyən edilir. 16.04.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 6.000.000 ABŞ dolları, faiz borcu 184333,33 ABŞ dolları müəyyən edilir. 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 8.895.744,44 ABŞ dolları müəyyən edilir. 16.04.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 8.600.000 ABŞ dolları, faiz borcu 295744,44 ABŞ dolları müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu 24 fevral 2022-ci il tarixli 9/8142 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı 17.03.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 33417 ABŞ dolları, 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 60834 ABŞ dolları, 02 mart 2020ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102962 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehlərdən cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102962 ABŞ dolları tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə həmin müqavilə üzrə 50.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə onların 17.03.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Krеdit müqaviləsi üzrə ******* ABŞ dolları əsas, 99583,33 ABŞ dolları faiz, 33417 ABŞ dolları cərimə borcu, 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı Krеdit müqaviləsi üzrə 6.000.000 ABŞ dolları əsas, 184333,33 ABŞ dolları faiz borcu, 60834 ABŞ dolları faiz cərimə borcu, 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı Krеdit müqaviləsi üzrə 8.600.000 ABŞ dolları əsas, 295744,44 ABŞ dolları faiz borcu, 50000 ABŞ dolları cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 17.03.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Krеdit müqaviləsi üzrə ******* ABŞ dolları əsas, 99583,33 ABŞ dolları faiz, 33417 ABŞ dolları cərimə borcu, 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı Krеdit müqaviləsi üzrə 6.000.000 ABŞ dolları əsas, 184333,33 ABŞ dolları faiz borcu, 60834 ABŞ dolları faiz cərimə, 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı Krеdit müqaviləsi üzrə 8.600.000 ABŞ dolları əsas, 295744,44 ABŞ dolları faiz borcu, 50000 ABŞ dolları cərimə borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 90 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 75 manat hissəsi cavabdehlərdən, 75 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada 17.03.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Krеdit müqaviləsi üzrə ******* (üç milyon) ABŞ dolları əsas, 99583,33 (doxsan doqquz min beş yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları faiz, 33417 (otuz üç min dörd yüz on yeddi) ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı Krеdit müqaviləsi üzrə 6.000.000 (altı milyon) ABŞ dolları əsas, 184333,33 (bir yüz səksən dörd min üç yüz otuz üç dollar otuz üç sent) ABŞ dolları faiz borcu, 60834 (altmış min səkkiz yüz otuz dörd) ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı Krеdit müqaviləsi üzrə 8.600.000 (səkkiz milyon altı yüz min) ABŞ dolları əsas, 295744,44 (iki yüz doxsan beş min yeddi yüz qırx dörd dollar qırx dörd sent) ABŞ dolları faiz borcu, 50000 (əlli min) ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 75 (yetmiş beş) manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 75 (yetmiş beş) manat hissəsi isə cavabdehlər X4 və "Star Gulf FZCO” Şirkətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-190/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-190/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver