Məhkəmə qərarları › İş №e-2-2(113)-190/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-190/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-190/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC00238474- 04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1,236.97 manat əsas borc, 33.75 manat faiz borcu, 247,74 manat cərimə borcu olmaqla, cəmi 1,518,46 manat; DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 90,650.94 manat əsas borc, 12658,69 manat faiz borcu, 4907,11 manat cərimə borcu olmaqla, cəmi 108216,74 manat; DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 75,156.79 manat əsas borc, 10639,88 manat faiz borcu, 2976,12 manat cərimə borcu olmaqla, cəmi 88772,79 manat; DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 31,273.65 manat əsas borc, 5198,38 manat faiz borcu, 1077,47 manat cərimə borcu olmaqla, cəmi 37549,50 (manat; - 41040AZNSK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 1086,37 manat məbləğində borcun; iddia ərizəsinin məhkəməyə verilməsi üçün 128 manat dövlət rüsumu və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/1685 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00238474-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 10,000 (on min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/00238474 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DC00238474-05 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150,000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022ci il tarixli DC00238474-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 107,359 (bir yüz yeddi min üç yüz əlli doqquz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00238474-09 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 35,000 (otuz beş min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət ünvanlayıb iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bank xidmətlərinin göstəriləməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 Nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC/SE/1685 nömrəli razılaşmaya əsasən bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarının başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00238474-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı cavabdehə 10000 manat məbləğində krediti illik 16,5 % dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixinədək kredit verir.

10. Bank xidmətlərinin göstəriləməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 Nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2021-ci il tarixli OnGTC/SE/00238474 nömrəli razılaşmaya əsasən bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarının başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

11. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00238474-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı cavabdehə 150000 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixinədək kredit verir.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00238474-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı cavabdehə 107359 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2024-cü il tarixinədək kredit verir.

13. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00238474-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı cavabdehə 35000 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2024-cü il tarixinədək kredit verir.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00859-2023/6 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin DC00238474- 04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1236,97 manat əsas borcu, 33,75 manat faiz borcu, 183,89 manat cərimə borcu ümumilikdə 1454,61 manat borcu, DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 90650,94 manat əsas borcu, 10333,06 manat faiz borcu, 3251,59 manat cərimə borcu, ümumilikdə 104035,59 manat borcu, DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 75156,79 manat əsas borcu, 8545,94 manat faiz borcu, 1932,35 manat faiz borcu, 1932,35 manat cərimə borcu, ümumilikdə 85635,08 manat, DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 31273,65 manat əsas borcu, 4327,06 manat faiz borcu, 727,42 manat cərimə borcu, ümumilikdə 36328,13 manat təşkil edir. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli 9/8464 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00238474-04 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 1230,12 manat, faiz borcu 28,75 manat; xx.xx.2021-ci il tarixli DC00238474-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 90642,33 manat, faiz borcu 12421,03 manat, xx.xx.2022-ci il tarixli DC00238474-06 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 75102,93 manat, faiz borcu 9217,38 manat, xx.xx.2022-ci il tarixli DC00238474-09 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 31273,65 manat, faiz borcu 4613,10 manat təşkil edir. 16.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-01039-2023 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin DC00238474-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1236,97 manat əsas borcu, 33,75 manat faiz borcu, 274,74 manat cərimə borcu ümumilikdə 1518,46 manat borcu, DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 90650,94 manat əsas borcu, 12658,59 manat faiz borcu, 4907,11 manat cərimə borcu, ümumilikdə 108216,74 manat borcu, DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 75156,79 manat əsas borcu, 10639,88 manat faiz borcu, 2976,12 manat cərimə borcu, ümumilikdə 88772,79 manat, DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 31273,65 manat əsas borcu, 5198,38 manat faiz borcu, 1077,47 manat cərimə borcu, ümumilikdə 37549,50 manat, 41040AZNSK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə cəmi 1086,37 manat cərimə borcu təşkil edir. 17.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 18.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19.427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 20.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 22.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 23.Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 24.Bununla yanaşı, məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən kredit müqavilələri üzrə tutulacaq əsas borc ekspert rəyinə uyğun müəyyən edilməli, cavabdehdən həmçinin 41040AZNSK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 1086,37 manat vəsait tutulmalıdır. 25.Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. 26.Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 27.Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 28.Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 29.Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə DC00238474-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 60 manat; DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 4500 manat; DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 3700 manat; DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1500 manat müəyyən edilməlidir. 30.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən DC00238474-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1230,12 manat əsas borc, 28,75 manat faiz borcu, 60 manat cərimə borcu; DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 90650,94 manat əsas borc, 12658,69 manat faiz borcu, 4500 manat cərimə borcu; DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 75102,93 manat əsas borc, 10639,88 manat faiz borcu, 3700 manat cərimə borcu; DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 31273,65 manat əsas borc, 5198,38 manat faiz borcu, 1500 manat cərimə borcu; 41040AZNSK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 1086,37 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, 128 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. 33.İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

34.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh DC00238474-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 1230,12 manat əsas borc, 28,75 manat faiz borcu, 60 manat cərimə; DC00238474-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 90650,94 manat əsas borc, 12658,69 manat faiz borcu, 4500 manat cərimə; DC00238474-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 75102,93 manat əsas borc, 10639,88 manat faiz borcu, 3700 manat cərimə; DC00238474-09 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 31273,65 manat əsas borc, 5198,38 manat faiz borcu, 1500 manat cərimə; 41040AZNSK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 1086,37 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 238029,71 (iki yüz otuz səkkiz min iyirmi doqquz manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar