Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1900/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 və 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqavilələrinin vaxtından əvvəl xitam verilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q- 001-AS/19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 170.000 manat əsas, 12551,25 manat faiz, 3399,99 manat cərimə olmaqla, ümumilikdə 185951,24 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 22177,89 manat əsas, 4844,99 manat faiz, 665,34 manat cərimə olmaqla, ümumilikdə 27688,22 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat rüsumun tutulması; İddiaçı ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış №Q-001-AS/19 və Q-001-MKOS/AZN-19 sayli ıpoteka müqaviləsinə Cavabdeh1 və Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən 17.11.2012-ci il tarixli çıxarışa əsasən, Seriya RX 0076963; Reyestr nömrəsi; **********62-06301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 (A qeyri-yaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası 0.0264 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu – Cavabdeh3 MMC ) tutularaq İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqularına xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q- 001-AS/19 saylı kredit müqaviləsinə əsasən illik 6% olmaqla 12 ay güzəşt verilərək 60 (altmış) ay müddətinə 170.000 manat, 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsinə əsasən illik 21% (iyirmi bir) olmaqla 36 (otuz altı) ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış № Q-001-AS/19 və Q-001- MKOS/AZN-19 sayli ipoteka müqaviləsinə Cavabdeh1 və Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən 17.11.2012-ci il tarixli çıxarışa əsasən, Seriya RX 0076963; Reyestr nömrəsi; **********62-06301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 (A qeyriyaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası 0.0264 ha torpaq sahəsu ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 MMC kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Hazırda borclunun 05 fevral 2021-ci il tarixinə 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 170.000 manat əsas, 3542,62 manat faiz, 20796,67 manat cərimə olmaqla, ümumilikdə 194,339.29 manat təşkil edir. Belə ki, cavabdehin 05 fevral 2021-ci il tarixinə qədər 24.04.2019-cu il tarixli BK № Q-001- MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 22177,89 manat əsas, 1616,87 manat faiz, 4142,79 manat cərimə olmaqla, ümumilikdə 27937,55 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2.-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 42 faiz olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Cavabdeh3 MMC-nin direktoru X3 idia ərizəsinə etiraz vermiş və iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini, lakin faiz və cərimə məbləği ilə razı olmadıqlarını bildirərək, etirazı onunla əsaslndırmışdır ki, Cavabdeh3 MMC tumlu və çəyirdəkli meyvələrin becərilməsi fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olduğuna görə həmin meyvə bağlarından bar əldə edilməsi bir neçə il tələb edir. TuranBank ASC-dən götürülən kredit məbləği hesabına 2019-cu ilin yaz aylarında 10 hektara yaxın torpaq sahəsi alınaraq qoz bağı salınmış, intensiv suvarma sistemi qurulmuş, işçilərin fəaliyyətini təmin etmək üçün yaşayış yerləri qurulmuş, müxtəlif avadanlaıqlar, nəqliyyat vasitələri, bioloji aktivlər və s. idxal edilmiş və ya alınmışdır. TuranBank ASC-dən götürülmüş kredit məbləği tamtəyinatına uyğun istifadə edilmişdir. Qoz bağlarından 3 ildən sonra bar əldə edilir və satış başlayır. Qoz bağlarını salmaqlarının ikinci ili hələ ki təzə tamam olur. Ona görə də bu günədək məhsul əldə edilməmiş və bunun nəticəsində satış edə bilməmişlər. Nəticə etibarı ilə gəlir əldə edilməmişdir. Digər tərəfdən “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək ticarət bazarlarında baş verən kəskin dalğalanmalar sahibkarlıq subyektlərinə, o cümlədən investorların da sahibkarlıq fəlaiyyətinə mənfi təsir göstərmişdir. Bütün dünyada o cümlədən Azərbaycan Respublikasında ictimai iaşə obyektləri və əsas bazarlar fəlaiyyətini dayandıraraq bağlanmışdır. Həmin sahibkarlıq obyektlərinin uzun müddət işləməməsi nəticəsində sahibkar investorların sahibkarlıq fəaliyyətlərini həyata ketçirə bilməmiş, nəticə etibarı ilə qazanc əldə edə bilməmişlər. Sahibkar investorların fəaliyyəti dayandığından və əlavə gəlirləri olmadığından müəssəyə kömək edə bilməmişlər. Son nəticədə digər sahibkarlıq subyektləri qarşısında olan öhdəliklərini yerinə yetirə bilməmişlər. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iddia işinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış müqaviləyə borc alan: Cavabdeh3 MMC-yə illik 6% olmaqla 12 ay güzəştlə 60 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış müqaviləyə borc alan: Cavabdeh3 MMC-yə illik 21% olmaqla 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 və BK № Q-001-MKOS/AZN-19 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 597.2 m2 (A-qeyri-yaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası 0.0264 ha torpaq sahəsi ilə birlikdə “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 23.08.2021-ci il tarixli 531 nömrəli maliyyə arayışından görünür ki, TuranBank ASCnin Ağstafa filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli Q-001- AS/19 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 MMC-nin 23.08.2021-ci il tarixə banka əsas borc üzrə 170 000 manat, faiz borcu üzrə 12551,25 manat, cərimə faizi 3399,34 manat, cəmi 18595,24 manat məbləğində ödənilməmiş borcu qalmışdır. 23.08.2021-ci il tarixli 532 nömrəli maliyyə arayışından görünür ki, TuranBank ASCnin Ağstafa filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli Q-001- MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə borcalan “Cavabdeh3” MMC-nin 23.08.2021-ci il tarixə banka əsas borc üzrə 22177,89 manat, faiz borcu üzrə 4844,99 manat, cərimə faizi 665,34 manat, cəmi 27688,22 manat məbləğində ödənilməmiş borcu qalmışdır. 06.01.2021-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərdən görünür ki, ********** nömrəli sənədə görə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. 05.07.2021-ci il tarixli 01/21-363 №-li əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ipotekanın predmeti olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 597.2 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış binasının 0.0264 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 380 000 manat; likvid dəyəri 280 000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci və 443.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2, 467 və 567-ci maddələrinə görə borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, müqavilə şərtlərinin yerinə yetirilməməsi müqavilənin xitam deyil, ləğv edilməsinə səbəb olduğundan, məhkəmə hesab edir ki, iddiaçının müqavilələrin xitam verilməsi tələbi qismən təmin edilməklə 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN- 19 nömrəli və BK № Q-001-AS/19 nömrəli müqavilələri ləğv edilməli, bununla yanaşı iddiaçının əsas və faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq BK № Q-001-MKOS/AZN-19 nömrəli müqavilə üzrə 77,12 manat və BK № Q-001-AS/19 nömrəli müqavilə üzrə 448,75 manat məbləğində müəyyən edilməlidir. Həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində vəsaitin ödənilməsini xahiş etsə də, həmin tələb qismən yəni 10 manat hissəsində təmin edilməlidir, belə ki, işə əlavə edilmiş bildirişlərdə dövlət rüsumu 10 manat olmaqla, digər məbləğlər xidmət haqqı kimi ödənilmiş, iddiaçı isə onu dövlət rüsumu kimi tələb etmişdir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC tutularaq İddiaçı ASC-yə ödənilməsi ilə bağlı iddiaçının tələbini əsaslı hesab edərək ekspert rəyinə əsasən daşınmaz əmlakın satış qiymətini 280000 manat məbləğində müəyyən edir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğundan ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqularına xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir, belə ki, əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 98,33%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 98,33%-i, yəni 29,49 manatı Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 və 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh3 MMC-dən 24.04.2019-cu il tarixli BK № Q- 001-AS/19 saylı kredit müqaviləsi üzrə 170000 manat əsas borc, 12551,25 manat faiz borcu, 448,75 manat cərimə olmaqla, ümumilikdə 183000 manat və 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 22177,89 manat əsas borc, 4844,99 manat faiz borcu, 77,12 manat cərimə olmaqla, ümumilikdə 27100 manat pulun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 29,49 manat rüsumu cəmi 210139,49 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ilkin satış qiyməti 280000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 (A qeyri-yaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası ilə 0.0264 ha torpaq sahəsinə yönəldilməli, sözügedən əmlak hərracda satılmalı və əldə olunan vəsaitin hesabına borc ödənilməli, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh3 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 və 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh3 MMC-dən 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqaviləsi üzrə 170000 manat əsas borc, 12551,25 manat faiz borcu, 448,75 manat cərimə olmaqla, ümumilikdə 183000 manat və 24.04.2019-cu il tarixli BK № Q-001- MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 22177,89 manat əsas borc, 4844,99 manat faiz borcu, 77,12 manat cərimə olmaqla, ümumilikdə 27100 manat, həmçinin bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 29,49 manat məbləğində dövlət rüsumları cəmi 210139,49 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ilkin satış qiyməti 280000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 (A qeyri-yaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası ilə 0.0264 ha torpaq sahəsinə yönəldilsin, sözügedən əmlak hərracda satılsın və əldə olunan vəsaitin hesabına borc ödənilsin. Həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh3 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1900/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1900/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver