Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1908/2022 23.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1920/DİLİZ nömrəli X3 Müqaviləsinin xitam edilməsi, İddiaçı MMC məxsus “AUDİ A6” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1920/ DİLİZ nömrəli X3 Müqaviləsinə əsasən yaranmış 13525.55 manat əsas borc, 7569.8 manat mükafat borcu, 145.20 cərimə faizi cəmi: 21240.55 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1920/DİLİZ nömrəli X3 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1(bir) ədəd, 2011-cı il buraxılışı olan, “AUDİ A6” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 istifadəsinə vermişdir. Sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 14100 (on dörd min yüz) manat təşkil edir. Bu ümumi məbləğdən 5549 (beş min beş yüz qırx doqquz) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 545,81 (beş yüz yetmiş üç manat iyirmi üç qəpik) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 545,81 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2019-cu il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “AUDİ A6” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Eyni zamanda iddiaçının qanuni nümayəndəsi X2 elektron məhkəmə sisteminə məlumat ünvanlayaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 26 avqust 2019-cu il tarixdə 36 ay müddətinə 06/1920/DLİZ saylı X3 müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 1 (bir) ədəd, 2011-cil buraxılışlı olan, Audi A6 markalı, mühərrik, ban WAUZZZ4G5BN025889 №-li, nəqliyyat vasitəsi “Lizinq alan”ın yəni Cavabdeh2 lizinqə verilmiş və lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir. İddiaçınə məxsus “Audi A6” markalı, WAUZZZ4G5BN025889 şassi, mühərrik, **-PB-*** qeydiyyat nişanı olan avtomobil xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktına əsasən müştəri Cavabdeh2 təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 26 avqust 2019-cu il tarixli 06/1920/DLİZ saylı X3 müqaviləsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədilə İddiaçı MMC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə 06/1920/DLİZ saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında əsas borclu ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 06/1920/DLİZ saylı X3 müqaviləsinin 9.4-cü bəndindən və həmin müqavilənin ödəniş cədvəlindən görünür ki, lizinq ödənişləri üzrə əsas məbləğ 14.100 manat, mükafat məbləği isə 5.549 manat təşkil edir. Hazırkı iddia üzrə isə iddiaçı tərəf maliyyə arayışında pulun xx.xx.2022-ci il tarixinədək hesablanmasını qeyd etsə də, cavabdeh tərəfindən 2 dəfə xx.xx.2019-cu il tarixdə 546 manat (əsas 275,75 manat, mükafat 270,25), xx.xx.2019-cu il tarixdə 546 manat (əsas 298,7 manat, mükafat 247,3) edilmiş ödənişləri nəzərə alınsa, ödənilmiş əsas məbləğ və müqavilə üzrə ümumi əsas məbləğdən çıxılması nəzərə alındığında aydın olur ki, iddiaçı tərəf müqavilə üzrə nəzərdə tutulmuş son tarixədək nəzərdə tutulmuş bütöv məbləği tələb edir.(14.100- 574,45=13.525,55 (iddiadakı məbləğ)). Həmçinin də iddia ərizəsində tələb edilən mükafat məbləği də, müqavilədə nəzərdə tutulmuş mükafat məbləğindən artıq tələb edildiyi görünür. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/3706 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 26 avqust 2019-cu il tarixli,06/1920/DLİZ saylı X3 müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2022-ci il tarixə, yəni maliyyə arayışının verildiyi tarixə, cavabdehin iddiaçı Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan ümumilikdə borcu 21103,99 manat məbləğində, əsas borc üzrə 13525,55 manat, lizinq mükafatı üzrə 7578,44 manat müəyyən edilir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia 13.525,55 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 06/1920/DLİZ saylı X3 müqaviləsinə əsasən əsas borc üzrə 13525,55 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə 7.569 manat mükafat borcunun tələb edilməsi hissəsində isə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, lizinq müqaviləsi icarə xarakteri daşıyır, ona görə də, qeyd edilən müqaviləyə Borc müqaviləsinə (kredit) aid qaydaları tətbiq etmək və ödənişin gecikdirilməsi zamanı ona faiz hesablamaq müqavilənin təbiətinə ziddir. Lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına imkan yaradır. Lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Həmçinin də qeyd edilməlidir ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür. Qeyd edilən xüsusatları nəzərə alaraq qeyd edilməlidir ki, 26 avqust 2019-cu il tarixli,06/1920/DLİZ saylı X3 müqaviləsinin 9.4-cü bəndinə və ödəniş cədvəlinə əsasən müqavilənin son tarixinə lizinq mükafatının ümumi məbləği 5.549 manat təşkil edir. Maliyyə arayışına əsasən də, cavabdeh tərəfindən mükafat borcundan 2 dəfə cəmi 517.55 manat ödəniş edildiyini nəzərə alaraq, qalıq mükafat borcu 5.031,45 manat təşkil edir və məhkəmə hesab edir ki, 26 avqust 2019-cu il tarixli 06/1920/DLİZ saylı X3 müqaviləsinə əsasən mükafat borcu üzrə 5.031,45 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddianın cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1.3-cü maddəsində öz əksini tapmışdır. Belə ki, tərəflər arasındakı müqavilə münasibətlərinə Lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti Lizinq alan tərəfindən geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 13.525,55 manat məbləğində əsas borcuna münasibətdə 145,20 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə iddianın xx.xx.2019-cu il tarixdə 06/1920/DİLİZ nömrəli X3 Müqaviləsinin xitam edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.4-cü Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İşdən görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda, artıq özü-özlüyündə müddəti bitərək xitam edilmiş müqavilənin yenidən xitam eilməsi üçün əsas yoxdur. Ancaq o da qeyd edilməlidir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Məhkəmə həmçinin hesab edir ki, iddia lizinq müqaviləsi üzrə verilmiş “Audi A6” markalı, WAUZZZ4G5BN025889 şassi, mühərrik, **-PB-*** qeydiyyat nişanı olan avtomobilin tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, həm müqavilə şərtindən, həm də Mülki Məcəllənin yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində qeyd edilir ki, lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Müqavilənin qeyd edilən şərtindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürmək öhdəliyi yaranır. İddiaçı tərəf iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Ona görə də, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 06/1920/DLİZ saylı X3 müqaviləsinə əsasən 13.525 (on üç min beş yüz iyirmi beş) manat, 55 (əlli beş) qəpik əsas borc üzrə, 5.031 (beş min otuz bir) manat 45 (qırx beş) qəpik mükafat borcu, 145 (yüz qırx beş) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla cəmi 18.702 (on səkkiz min yeddi yüz iki) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1908/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1908/2022
23.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver