Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1908/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 713,87 manat borcun, 107 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 40 manat, cəmi 860,87 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC Cavabdeh Bakı şəhərində müvəqqəti yaşamasını təsdiq edən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışını təqdim etməmiş, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan isə müəyyən edilmişdir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan:ünvan 1dir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizə geri qaytarılsın. İddiaçı İddiaçı MMC-yə izah edilsin ki, hazırki tələblə bağlı aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1908/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1908/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver