Məhkəmə qərarları › İş №e-2-2(113)-191/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-191/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-191/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, girov müqaviləsi, tutmanın ipoteka və girov predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 18365,09 manat (on səkkiz min üç yüz altmış beş manat doqquz qəpik), əsas borca hеsablanmış faiz borcu – 2415,35 manat (iki min dörd yüz on beş manat otuz beş qəpik) olmaqla, cəmi – 20780,44 manat (iyirmi min yeddi yüz səksən manat qırx dörd qəpik), 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 26685,78 manat (iyirmi altı min altı yüz səksən beş manat yetmiş səkkiz qəpik), əsas borca hеsablanmış faiz borcu – 3454,86 manat (üç min dörd yüz əlli dörd manat səksən altı qəpik) olmaqla, cəmi – 30140,64 manat (otuz min bir yüz qırx manat altmış dörd qəpik), 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 78172,76 manat (yetmiş səkkiz min bir yüz yetmiş iki manat yetmiş altı qəpik), əsas borca hеsablanmış faiz borcu – 3713,58 manat (üç min yeddi yüz on üç manat əlli səkkiz qəpik) olmaqla, cəmi – 81886,34 manat (səksən bir min səkkiz yüz səksən altı manat otuz dörd qəpik) olmaqla, ümumilikdə 132807,42 manat (bir yüz otuz iki min səkkiz yüz yeddi manat qırx iki qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 135 (bir yüz otuz beş) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 422,81 (dörd yüz iyirmi iki manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinə, bank qarşısında girov qoyulmuş, bazar dəyəri 200000 (iki yüz min) manat təşkil edən bituma yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh mülkiyyətində olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 16 faiz dərəcəsi ilə 18 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində krеdit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin alınması məqsədilə illik 16 faiz dərəcəsi ilə 12 ay müddətinə 75000 (yetmiş beş min) manat məbləğində krеdit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 16 faiz dərəcəsi ilə 18 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində krеdit verilmişdir. 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsi 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Bundan başqa, 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 106875-240173/4 nömrəli girov müqaviləsi imzalanmış və həmin müqavilənin şərtlərinə əsasən bazar dəyəri 200000 (iki yüz min) manat təşkil edən bitum banka girov qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı və şifahi formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli, 001/007/0935/2024 nömrəli bildiriş ipotekaqoyana xx.xx.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34.1.1, 36, 41-47-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən işirak etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 75000 (yetmiş beş min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 may 2023cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

9. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 106875-240173/4 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. Cavabdeh həyat yoldaşı X1 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, o, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2012-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Teyestri publik hüquqi şəxsi tərəfindən 252 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün yüklü edilməsi qeydiyyata alınmışdır.

13. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 106875- 240173/4 nömrəli girov müqaviləsi və müqaviləyə 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan bitum (ölçü vahidi: 3 ədəd, miqdarı: 33333, vahidin qiyməti 6, məbləği (manatla): 200000 manat) İddiaçı ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir.

14. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi üzrə 18365,09 manat məbləğində əsas bоrcu və 2415,35 manat faiz borcu оlmaqla, ümumilikdə 20780,44 manat məbləğində kredit bоrcu mövcuddur.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsi üzrə 26685,78 manat məbləğində əsas bоrcu və 3454,86 manat faiz borcu оlmaqla, ümumilikdə 30140,64 manat məbləğində kredit bоrcu mövcuddur.

17. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə 78172,76 manat məbləğində əsas bоrcu və 3713,58 manat faiz borcu оlmaqla, ümumilikdə 81886,34 manat məbləğində kredit bоrcu mövcuddur.

18. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, 20 may 2022-ci il tariхli, 106879-240173/2 kredit müqaviləsi üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

19. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 kredit müqaviləsi üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

20. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, 25 may 2023-cü il tariхli, 106875-240173/4 kredit müqaviləsi üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

21. xx.xx.2024-cü il tarixli, 001/007/0935/2024 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məlbəğində xidmət haqqı ödəmişdir.

22. xx.xx.2024-cü il tarixli girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, girov saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-girov qoyan Cavabdeh müvafiq bildiriş göndərilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1617 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqavilələri şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu 20 may 2022-ci il tarixli, 106879- 240173/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 18503,18 manat, faiz borcu üzrə 550,98 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18503,18 manat, faiz borcu üzrə 550,98 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 16503,18 manat, faiz borcu üzrə 550,98 manat; 04 noyabr 2022-ci il tarixli, 106875-240173/3 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 26938,18 manat, faiz borcu üzrə 610,60 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 26938,18 manat, faiz borcu üzrə 610,60 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 26938,18 manat, faiz borcu üzrə 610,60 manat; 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 80323,18 manat, faiz borcu üzrə 1285,17 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 80323,18 manat, faiz borcu üzrə 3522,64 manat məbləğində müəyyən olunur.

24. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-166/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin likvid dəyəri 63000 manat, bazar dəyəri 70000 manat təşkil edir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 296.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

29. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit bağlanmış və həmin müqaviləyə əsasən borcalan bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit bağlanmış və həmin müqaviləyə əsasən borcalan bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 75000 (yetmiş beş min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit bağlanmış və həmin müqaviləyə əsasən borcalan bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 106875-240173/4 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 106875-240173/4 nömrəli girov müqaviləsi və müqaviləyə 1 nömrəli əlavə ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqavilə üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan bitum (ölçü vahidi: 3 ədəd, miqdarı: 33333, vahidin qiyməti 6, məbləği (manatla): 200000 manat) İddiaçı ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

30. İddia tələbinin bir hissəsini Cavabdeh 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 18365,09 manat, əsas borca hеsablanmış faiz borcu 2415,35 manat, 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc 26685,78 manat, əsas borca hеsablanmış faiz borcu 3454,86 manat, 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc 78172,76 manat, əsas borca hеsablanmış faiz borcu 3713,58 manat borcun tutulması təşkil edir.

31. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1617 saylı ekspert rəyini MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi birinci müqavilə üzrə əsas borcun və faiz borcnunun tutulması hissəsində qismən təmin olunmalı, Cavabdeh 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi üzrə 16503,18 manat (on altı min beş yüz üç manat on səkkiz qəpik) əsas borc, 550,98 manat (beş yüz əlli manat doxsan səkkiz qəpik) faiz borcu, 04 noyabr 2022-ci il tariхli, 106875-240173/3 nömrəli kredit müqaviləsi üzrə 26685,78 manat (iyirmi altı min altı yüz səksən beş manat yetmiş səkkiz qəpik) əsas borc, 610,60 manat (altı yüz on manat altmış qəpik) faiz borcu (əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən), 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə 78172,76 manat (yetmiş səkkiz min bir yüz yetmiş iki manat yetmiş altı qəpik) əsas borc, 1285,17 manat (min iki yüz səksən beş manat on yeddi qəpik) faiz borcu (əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən) tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır. Hazırkı nəticəyə gəlinərkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe əsas götürülmüşdür.

32. İddiaçı borc üzrə tutmanın girov və ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

33. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh məxsus (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi: ********** olan çıxarışa əsasən) ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh geri qaytarılmalıdır.

35. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

36. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin likvid dəyərinin 63000 manat olması müəyyən edilmişdir.

37. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 63000 (altmış üç min) manat məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə həmçinin hesab edir ki, tutma 25 may 2023-cü il tariхli, 106875- 240173/4 nömrəli kredit müqaviləsi üzrə girov predmeti olan, bazar dəyəri 200000 (iki yüz min) manat təşkil edən bituma yönəldilməlidir.

39. Hazırkı nəticəyə gələrkən MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmışdır.

40. Həmçinin iddiaçı cavabdehdən ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 135 (bir yüz otuz beş) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 422,81 (dörd yüz iyirmi iki manat səksən bir qəpik) manat dövlət rüsumunun onun xeyrinə tutulmasının xahiş etmişdir.

41. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 135 (yüz otuz beş) manat rüsum, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395,90 manat (üç yüz doxsan beş manat doxsan qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 93,60 manat hissəsi Cavabdeh, 6,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

43. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 561,80 manat hissəsi Cavabdeh, 38,20 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 may 2022-ci il tariхli, 106879-240173/2 nömrəli kredit müqaviləsi üzrə 16503,18 manat (on altı min beş yüz üç manat on səkkiz qəpik) əsas borc, 550,98 manat (beş yüz əlli manat doxsan səkkiz qəpik) faiz borcu, 04 noyabr 2022-ci il tariхli, 106875- 240173/3 nömrəli kredit müqaviləsi üzrə 26685,78 manat (iyirmi altı min altı yüz səksən beş manat yetmiş səkkiz qəpik) əsas borc, 610,60 manat (altı yüz on manat altmış qəpik) faiz borcu, 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə 78172,76 manat (yetmiş səkkiz min bir yüz yetmiş iki manat yetmiş altı qəpik) əsas borc, 1285,17 manat (min iki yüz səksən beş manat on yeddi qəpik) faiz borcu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 135 (yüz otuz beş) manat rüsum, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395,90 manat (üç yüz doxsan beş manat doxsan qəpik) olmaqla, cəmi 124879,37 manat (yüz iyirmi dörd min səkkiz yüz yetmiş doqquz manat otuz yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus olan ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 63000 (altmış üç min) manat məbləğində müəyyən edilsin. 25 may 2023-cü il tariхli, 106875-240173/4 nömrəli kredit müqaviləsi üzrə tutma girov predmeti olan bazar dəyəri 200000 (iki yüz min) manat təşkil edən bituma yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 93,60 manat hissəsi Cavabdeh, 6,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 561,80 manat hissəsi Cavabdeh, 38,20 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar