Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1913/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş zərər) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cinayət əməlləri nəticəsində 7.219.939,6 manat məbləğində dəymiş ziyanın, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 4.399,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçı zərərçəkmiş LPO QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tərəf iddiasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünə istinad etməklə, Cavabdeh2 Asif oğlunun törətdiyi cinayət üzrə Banka xx.xx.2007-ci il tarixli, 377B/7 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 146B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 126B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 136P/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 266VH8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 267VH8 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi,xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi, xx.xx.2015cü il tarixli, LC-CHUDO-BCP-185 saylı kredit müqavilələri üzrə ziyan dəydiyini bildirir.
3. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, xx.xx.2007-ci il tarixli, 377B/7 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 146B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 126B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 136P/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 266VH8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 267VH8 saylı kredit müqavilələri üzrə borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edildiyini bildirir.
4. Bundan başqa da, cinayət işinin materiallarında olan QSC “Bank Standard” KB-nin "xxxx" MMC-yə ayırdığı kreditlərlə bağlı aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə istinad etməklə, xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi üzrə 2.927.782,86 manat məbləğdə əsas, 510.614,96 manat məbləğdə faiz, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi üzrə 180.000 manat məbləğdə əsas, 107.938,26 manat məbləğdə faiz, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi üzrə 812.000 manat məbləğdə əsas, 465.315,44 manat məbləğdə faiz, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi üzrə 286.941 manat məbləğdə əsas, 140.026,90 manat məbləğdə faiz, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi üzrə 799.768,54 manat məbləğdə əsas, 216.430,59 manat məbləğdə faiz, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi üzrə 425.650 manat məbləğdə əsas, 98.811,67 manat məbləğdə faiz, xx.xx.2015-cü il tarixli, LC-CHUDO-BCP-185 saylı kredit müqaviləsi üzrə 187.455,83 manat məbləğdə əsas, 61.203,55 manat məbləğdə faiz olmaqla ümumilikdə Banka 7.219.939,6 manat məbləğində ödənilməmiş ziyan mövcud olduğunu bildirərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)- 320/2018 saylı hökmü ilə Cavabdeh2 cinayət əməlləri nəticəsində 7.219.939,6 manat məbləğində dəymiş ziyanın cavabdehdən zərərçəkmiş LPO QSC “Bank Standard” KB-nin xeyrinə tutulmasını xahiş edir.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
II. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
10. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmış və Cavabdeh2 qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan nəhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
11. Qeyd edilmiş hökmdə, iş üzrə zərərçəkmiş şəxs QSC “Bank Standart” KB-yə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir.
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia yuxarıda qeyd edilmiş olan xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi,xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi, xx.xx.2014cü il tarixli müqavilənin və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP- 185 saylı müqavilələr üzrə dəymiş ziyanın tələb edilməsi ilə bağlıdır.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı, xx.xx.2014-cü il tarixli müqavilə və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP-185 saylı müqavilələrdən görünür ki, qeyd edilmiş müqavilələr QSC “Bank Standart” Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış və "xxxx" MMC-nin adından, onun kənar idarəçisi olan “X5” MMC-nin direktoru kimi qeyd edilmiş X3 tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
15. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünün 60-cı səhifəsindən görünür ki, "xxxx" MMC kənar idarəçilik sistemi ilə idarə olunarkən, qeyd edilən kənar idarəçi olan və bankın İdarə Heyətinin sədri Səlim Krimanın təsisçiliyi ilə yaradılan “X5” MMC vasitəsilə "xxxx" MMC-nin adına xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2012-ci il tarixli 1xx/xx/2497/12, xx.xx.2012ci il tarixli 1xx/xx/25963/12 saylı, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2014-cü il tarixli, LÇ-CHUDO-BCP-185 saylı, xx.xx.2015cü il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqavilələri üzrə vəsait götürülmüşdür.
16. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmü nəzərdən keçirilərkən aydın olur ki, qeyd edilmiş hökm, hazırda zərər tələb edilən xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2013-ci il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı, xx.xx.2014-cü il tarixli müqavilə və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP-185 saylı müqavilələr üzrə deyil, digər müqavilələr üzrə mövcud olmuş epizodlara dair qəbul edilmiş və Cavabdeh2 təqsirli bilinmişdir.
17. Yuxarıda da, qeyd edildiyi kimi, hazırda zərərin tələb edildiyi müqavilələr Bankla "xxxx" MMC kənar idarəçilik sistemi ilə idarə olunarkən, qeyd edilən kənar idarəçi olan və bankın İdarə Heyətinin sədri Səlim Krimanın təsisçiliyi ilə yaradılan “X5” MMC vasitəsilə "xxxx" MMC ilə bağlanmışdır.
18. Məhkəmə qeyd edir ki, Bankın qeyd edilmiş müqavilələr üzrə dəymiş zərərin nəyə görə Cavabdeh2 tələb etməsi izah edilə bilən deyildir.
19. Ona görə də, yəni, yuxarıda qeyd edilmiş deliktə görə məsuliyyətin yaranmasının dispozisiya şərtlərinə dair heç bir ünsür mövcud olmadığından Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov