Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-192/2021 04.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ididaçı İddiaçı2 ASC-nin nümayəndəsi X2 Cavabdeh1 vəkili, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, Yanğından Mühafizə Cəmiyyəti İctimai Birliyi və “TƏBİB LTD" MMC-yə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 ASC cavabdehlər Cavabdeh1, Yanğından Mühafizə Cəmiyyəti İctimai Birliyi və “TƏBİB LTD" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 LTD MMC-dən və "xxxx" İctimai Birliyindən “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 217 210,40 (iki yüz on yeddi min iki yüz on ABŞ dolları 40 sent) əsas, 11 144,38 (on bir min yüz qırx dörd ABŞ dolları 38 sent) ABŞ dolları faiz, cəmi 228354,78 (iki yüz iyirmi səkkiz min üç yüz əlli dörd ABŞ dolları 78 sent) pulun tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan olan Əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ASC-nin “Yasamal” filialı ilə Cavabdeh3 LTD MMC arasında bağlanmış 28.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün Cavabdeh3 LTD MMC-yə illik 14 % (on dörd faiz) dərəcəsi ilə 24 ay müddətinə 600.000 (altı yüz min ABŞ dolları) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə və 0.11594 ha torpaq sahəsi ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında 28.08.2015-ci il tarixli 01 saylı İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 785 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində (reyestr nömrəsi **********3-12301, qeydiyyat nömrəsi **********) 01.09.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh3 LTD MMC tərəfindən 28.08.2015-ci il tarixli 01 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona 10.09.2019-cu il tarixli 02/F-04/1344 saylı pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh3 LTD MMC-nin 01 iyun 2020-ci il tarixə vaxtı keçmiş əsas borcu 217 210,40 (iki yüz on yeddi min iki yüz on ABŞ dolları 40 sent) manat, faiz borcu 11 144,38 (on bir min yüz qırx dörd ABŞ dolları 38 sent) ABŞ dolları təşkil edir. 28.08.2015-ci il tarixli 01 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 28.08.2017-ci il tarixli 01 saylı Zaminlik Müqaviləsinə əsasən,”Təbib” LTD MMC-nin Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək "xxxx" İctimai Birliyi Cavabdeh3 LTD MMC-yə zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən və "xxxx" İctimai Birliyindən İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 193,064.09 ABŞ dolları əsas, 41,596.62 ABŞ Dolları faiz, 11,946.57 əsas borc məbləğinə hesablanmış illik beş faiz cəmi 246,607.28 ABŞ Dolları (iki yüz qırx altı min altı yüz yeddi USD 28 sent) pul tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0-11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan olan Əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılmasını xahiş etmişdir. İddiaçı 13 oktyabr 2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən və "xxxx" İctimai Birliyindən İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 193,064.09 ABŞ dolları əsas, 8222.55 ABŞ dolları faiz, 11611.59 ABŞ dolları əsas borc məbləğinə hesablanmış illik beş faiz, cəmi 212,898.23 ABŞ dolları (iki yüz on iki min səkkiz yüz doxsan səkkiz ABŞ dolları 28 sent) pulun tutulması, tutma ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, ipoteka predmeti açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılmasını xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 məhkəməyə izahatında qeyd etmişdir ki, iş üzrə keçirilmiş birinci məhkəmə-mühasibatlıq ekspertizası zamanı hesablama tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci maddəsi əsasında aparılmış lakin hər iki tərəf ödənişlər aparılarkən əvvəl faiz daha sonra əsas borcun tutulması barədə razılıq əldə etmişdilər. Kredit müqaviləsi restrukturizasiya olmuş və əslində qarşı tərəf borcunu etiraf etmişdir. Bununla bağlı olaraq iş üzrə keçirilmiş birinci məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etdi ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında 28.08.2015-ci il tarixli kredit müqaviləsi və ona dair 01 nömrəli 28.08.2017-ci il tarixli və 02 nömrəli 02.11.2018-ci il tarixli Əlavə Razılaşmalar bağlanmışdır. Bu Müqavilələrin hamısında "xxxx" İB zamin olmuş və Cavabdeh1 ipoteka qoyan kimi çıxış etmişdir. Kredit müqaviləsinin bağlanmasından sonra uzun illər, yəni 2020-ci ilin əvvələrinə qədər kredit ödənişləri bu və ya digər formada icra edilmişdir. 2020-ci ilin əvvəllərində dünyada baş alan pandemiya rejimi bütün dünyada olduğu kimi Azərbaycanda da bütün iqtisadi sahələri, biznes subyektlərini iflic etmiş, nəticədə kredit ödənişləri tamamilə dayanmışdır. Bununla bağlı banka dəfələrlə şifahi məlumat verilmiş və əlavə möhlət istənilmişdir. Pandemiya vəziyyti ilə yanaşı cavabdehin kredit ödənişlərini icra etməsinə mane olan digər bir sıra hallar da baş vermişdir. Bununla bağlı məhkəməyə zəruri sənədlər də təqdim edilmişdir. Belə ki, cavabdehin mallarının saxlandığı ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus icarəyə verilmiş anbarda 2018-ci ilin sentyabr ayında yanğın hadisəsi baş vermişdir və 153 ədəd soyuducu tam yararsız hala düşmüdür. Bununla bağlı AR FHN tərəfindən arayış təqdim edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra baş verən devalvasiya böyük ticarət mərkəzlərinin fəaliyyətinin tam bağlanması cavabdehin biznes fəaliyyətini tam iflic etmişdir. Nəticədə cavabdehin son 5 ilin satış dövriyyəsindən də görünür ki, ümumi satış həcmi azalmışdır və bununla bağlı vergi orqanının da arayışı məhkəməyə təqdim edilmişdir. Habelə cavabdehin "xxxx" Firmasında icarəyə götürdüyü 216 kv.m. sahədə anbar da hazırda tam bağlıdır və möhür altında olub. Bu anbarda da çoxsaylı mallar saxlanılır və onlardan istifadə uzun müddət qeyri-mümkün olmuşdur (bir neçə ay əvvəl iri ticarət mərkəzlərinin fəaliyyətlərinə icazə verilənə qədər). Eyni zamanda o da sübut olundu ki, işə baxılması gedişində bank tərəfindən "xxxx" MMC-nin hesabından birtərəfli qaydada razılıq olmadan qanunsuz şəkildə 14.12.2020 tarixində 21.444,29 ABŞ dolları, 21.04.2021 tarixində isə 2.702,02 ABŞ dolları əsas borca silinmişdir. Məhz bunun nəticəsində iddiaçı sonradan iddia tələbini azaltmağa məcbur olmuşdur. İşə baxılması gedişində ilk dəfə məhkəməyə mühasibatlıq ekspertizası təyin edilmişdir. 12.02.2021 tarixli məhkəməmühasibatlıq ekspertizası rəyi ilə "xxxx" MMC-nin borcu 161.761,54 ABŞ dollar əsas, 11.592,91 ABŞ dollar faiz borcu müəyyən edilmişdir. Bu ekspert rəyi prinsip etibarilə mövqeyə tam uyğun olmuşdur. Çünki cavabdeh tərəf olaraq ilk gündən iddia qismən etiraf edilmişdir. Eyni zamanda Əmlak Ekspert Mərkəzi MMC tərəfindən ipoteka predmeti qiymətləndirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Z.Bunyadov pros. 43 ünvanında yerləşən ipoteka predmeti (0,11594 ha torpaq sahəsi və üzərində yerləşən 1246,58 kv.m əmlak kompleksi) bazar qiyməti ilə 2.770.000 manat, likvid dəyər kimi isə 2.500.000 manat məbləğində dəyərləndirilmişdir. Bu qiymət də əslində ipoteka predmetinin ədalətli qiyməti olmasa da cavabdeh tərəf olaraq razılaşmış və əlavə ekspertiza tələb etməmişdir. Daha sonra iddiaçının təkidi ilə əlavə ekpertiza təyin edilmişdir. 25.08.2021 tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin banka borcu 29.04.2021 tarixə (ekspertiza təyin edilməsi tarixinə) müqavilənin 2.2 bəndinin birinci şərti üzrə 204.384,94 ABŞ dolları əsas, 1.130,20 ABŞ dolları faiz borcu (illik 5%-lə), 2.2. bəndinin ikinci şərt üzrə isə 152.445,53 ABŞ dolları əsas, 169,38 ABŞ dolları faiz (illik 5%-lə) borcu müəyyən edilib. Bu ekspert rəyi cavabdeh tərəfi qane etməmiş və üçüncü dəfə ekspertiza təyin edilməsi barədə əsaslandırılmış vəsatət verilmişdir. Çünki iki ekspert rəyində 3 fərqli rəqəm təsbit edilmişdir ki, bu rəqəmlər bir-birindən kəskin fərqlənir. Lakin məhkəmə bu vəsatəti də təmin etməmişdir. Bütün sadalananlar məhkəmədə və iddiaçı tərəfdə işin halları barədə, habelə əslində cavabdehin krediti ödəyə bilməməsi barədə dolğun təəssürat yaratdı. Bununla yanaşı, cavabdeh tərəf qismində iddia qismən etiraf edilmişdir. Qismən etiraf edilən məbləğ isə təxminən 12.02.2021 tarixli ilkin ekspert rəyində təyin edilmiş əsas borc məbləğinə, 161.761,54 ABŞ dolları əsas borca uyğun gəlir. Ona görə də iddianın əsas borca münasibətdə qismən 161.761,54 ABŞ dolları məbləğində təmin edilməsi qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh "xxxx" İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “bank” Azər-Türk Bank” ASC-nin Yasamal Filialı, “borcalan” Cavabdeh3 LTD MMC olmaqla imzalanmış 28 avqust 2015-ci il tarixli №1 kredit müqaviləsinə əsasən “bank” “borcalan”a dövriyyə vəsaiti olaraq 24 (iyirmi dörd) ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600,000.00 (altı yüz min) ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açır. “ipoteka saxlayan” İddiaçı2 ASC-nin Yasamal Filialı, “borcalan” Cavabdeh3 LTD MMC, “ipoteka qoyan” Cavabdeh1 olmaqla imzalanmış 28 avqust 2015-ci il tarixli №1 ipoteka müqaviləsinə əsasən 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı Cavabdeh3nə dövriyyə vəsaiti olaraq 24 (iyirmi dörd) ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600,000.00 (altı yüz min) ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açır. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə borcalan arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələr ilə əlaqədar olaraq, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək İpoteka qoyan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 nömrəli reyestr kitabının 785 nömrəli vərəqində 29.03.2011-ci il tarixdə (reyestr nömrəsi **********13-12301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 43 ünvanında yerləşən, 0.11594 ha torpaq sahəsində mülkiyyətində olan Əmlak Kompleksini (“Ofis binası” ümumi sahəsi 691.54 kv.m, “X4” ümumi sahəsi 533.34 kv.m və “Qazanxana” ümumi sahəsi 21.70 kv.m) torpaq sahəsi ilə birlikdə 1,450,000.00 (bir milyon dörd yüz əlli min) manat dəyərində ipoteka qoyur. “Kreditor” İddiaçı2 ASC-nin Yasamal Filialı, “borcalan” Cavabdeh3 LTD MMC olmaqla imzalanmış 28 avqust 2017-ci il tarixli İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə “Təbib'’ LTD Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə Əlavə № 1-ə əsasən tərəflər bank və borcalan arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsi üzrə 400,000 (dörd yüz min) ABŞ dolları məbləğındəki qalıq əsas borcu və müqavilə ilə müəyyən olunmuş faiz dərəcəsinin dəyişdirilərək 12% dərəcəsi olmaqla, 28 avqust 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinin müddətinin 18 (on səkkiz) ay müddətinə uzadılaraq 28 fevral 2019-ci il tarixədək qüvvədə olmasını və müqavilə üzrə borcun annuitet ödəniş qrafiki üzrə ödənilməsini, müştəri tərəfindən yeni əlavə üzrə öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə, gecikdirilmiş əsas borc məbləği üzrə 5% həcmində cərimə faizinin tətbiq edilməsini qəbul edirlər. Bankın bu əlavədən irəli gələn tələb və hüquqları borcalan tərəfindən qeyd-şərtsiz qəbul edilir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil etməyən digər müddəaları dəyişilməz olaraq qalır. 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə edilmiş bu əlavə 28 avqust 2017-ci il tarixdən qüvvəyə minir. “Bank” İddiaçı2 ASC Yasamal Filialı “zamin” "xxxx" İctimai Birliyi olmaqla imzalanmış 28 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı2 ASC-nin Yasamal filialı ilə Təbib LTD MMC (bundan sonra - “Borcalan” adlanacaq) arasında 28 avqust 2015-ci il tarixdə bağlanmış 01 saylı Kredit müqaviləsinə edilmiş 28 avqust 2017-ci il tarixli əlavə ilə əlaqədar olaraq, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” Borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası: 28 avqust 2015-ci il tarixdə bağlanmış 01 saylı Kredit müqaviləsinə edilmiş 28 avqust 2017-ci il tarixli əlavədir. 2.2 bəndə əsasən təmin edilən müqavilənin predmeti: “Borcalan”-a 400,000.00 USD (dörd yüz min ABŞ dolları) məbləğində veriləcək kredit xətti. 2.3-cü bəndə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalan Bank qarşısında 28 avqust 2015-ci il tarixdə bağlanmış 01 saylı Kredit müqaviləsinə edilmiş 28 avqust 2017-ci il tarixli Əlavə və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. “ipoteka saxlayan” İddiaçı2 ASC-nin Yasamal Filialı, “borcalan” Cavabdeh3 LTD MMC, “ipoteka qoyan” Cavabdeh1 olmaqla imzalanmış 28 avqsut 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən Cavabdeh3nə verilmiş kredit xətti üzrə qalıq 400,000.00 (dörd yüz min) ABŞ dolları məbləğində əsas borcu 28 avqust 2017-ci il tarixli 01 saylı əlavəyə uyğun olaraq 28 fevral 2019-cu il tarixinə qədər uzadır. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Borcalan arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə və ona edilmiş 28 avqust 2017-ci il tarixli 01 saylı əlavəyə əsasən, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək İpoteka qoyan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 nömrəli reyestr kitabının 785 nömrəli vərəqində 29.03.2011-cä il tarixdə (reyestr nömrəsi **********13-12301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 43 ünvanında yerləşən, 0.11594 torpaq sahəsində mülkiyyətində olan Əmlak Kompleksini (“ofis binası” ümumi sahəsi 691.54 kv.m, X4” ümumi sahəsi 533.34 kv.m və “qazanxana” ümumi sahəsi 21.70 kv.m) torpaq sahəsi ilə birlikdə likvid dəyəri 1,456.000.00 (bir milyon dörd yüz əlli altı min) manat məbləğində (bundan sonra - “İpoteka predmeti” adlanacaq) sonradan ipoteka qoyur. İpoteka predmeti eyni zamanda İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinin təminatıdır. “ipoteka saxlayan” İddiaçı2 ASC-nin Yasamal Filialı, “borcalan” Cavabdeh3 LTD MMC, “ipoteka qoyan” Cavabdeh1 olmaqla imzalanmış İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2017-ci il tarixli 01 saylı sonraki İpoteka müqaviləsinə № 01 saylı, 02 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən tərəflər Bank və Borcalan arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 28 avqust 2017-ci il tarixli 01 saylı əlavə üzrə 352,711.61 (üç yüz əlli iki min yeddi yüz on bir ABŞ dolları 61 sent) ABŞ Dolları məbləğindəki qalıq əsas borcun 28 avqust 2020-ci il tarixinədək uzadılmasını qəbul edirlər. İpoteka saxlayanın bu Əlavədən irəli gələn tələb və hüquqları ipoteka qoyan tərəfindən qeyd-şərtsiz qəbul edilir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2017-ci il tarixli 01 saylı Sonrakı ipoteka müqaviləsinin bu əlavə xaricindəki digər müddəaları dəyişməz olaraq qalır. 28 avqust 2017-ci il tarixli 01 saylı sonrakı ipoteka müqaviləsinə edilmiş bu əlavə 02 noyabr 2018-ci il tarixdən qüvvəyə minir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə 02 noyabr 2018-ci il tarixli, 02 № əlavəyə əsasən tərəflər bank və borcalan arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 28 avqust 2017-ci il tarixli 01 saylı əlavə üzrə 352,711.61 (üç yüz əlli iki min yeddi yüz on bir ABŞ dolları 61 sent) ABŞ dolları məbləğindəki qalıq əsas borcun 28 avqust 2020-ci il tarixinədək uzadılmasını qəbul edirlər. Bankın bu əlavədən irəli gələn tələb və hüquqları borcalan tərəfindən qeyd-şərtsiz qəbul edilir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil etməyən digər müddəaları dəyişməz olaraq qalır. 28 avqust 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə edilmiş bu Əlavə 02 noyabr 2018-ci il tarixdən qüvvəyə minir. “bank” İddiaçı2 ASC Yasamal Filialı “zamin” "xxxx" İctimai Birliyi, olmaqla imzalanmış 02 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı2 ASC-nin Yasamal filialı ilə "xxxx" MMC (bundan sonra - “Borcalan” adlanacaq) arasında 28 avqust 2015-ci il tarixdə bağlanmış 01 saylı Kredit müqaviləsinə və həmin müqaviləyə edilmiş 02 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə ilə əlaqədar olaraq, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən hüququ yüklü edilən şəxs Cavabdeh1 olmaqla Bakı şəhəri, Ziya Bünyadov prospekti, 43/ əmlak kompleksi kimi müəssisə və 0.11594 ha torpaq sahəsi İddiaçı2 ASC-nin xeyrinə 24 ay müddətinə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən hüququ yüklü edilən şəxs Cavabdeh1 olmaqla Bakı şəhəri, Ziya Bünyadov prospekti, 43/ əmlak kompleksi kimi müəssisə və 0.11594 ha torpaq sahəsi İddiaçı2 ASC-nin xeyrinə 28.02.2019-cu il tarixinədək yüklü edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən hüququ yüklü edilən şəxs Cavabdeh1 olmaqla Bakı şəhəri, Ziya Bünyadov prospekti, 43/ əmlak kompleksi kimi müəssisə və 0.11594 ha torpaq sahəsi İddiaçı2 ASC-nin xeyrinə 28.08.2020-ci il tarixinədək yüklü edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospekti 43 ünvanında yerləşən əmlak kompleksi tam mülkiyyət hüquqları ilə Cavabdeh1 məxsusdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ƏEM/F69-151/21 saylı, 15 fevral 2021-ci il tarixli rəydə qeyd olunur ki, 28 avqust 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1246,58 kv.m olan əmlak kompkesi müəssisəsinin 15 fevral 2021-ci il tarixinə bazar və likvid dəyəri, torpaq sahəsi üzrə 1.745.000 manat bazar dəyəri, 1.570.000 manat likvid dəyəri, tikili üzrə 1.025.000 manat bazar dəyəri, 930.000 manat likvid dəyəri olaraq qeyd olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 LTD MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 28.08.2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh3 LTD MMC-nin 28.08.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, 02.10.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 173.354,46 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 28.08.2020-ci il tarixə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları. 02.10.2020-ci il tarixə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 11.592,91 ABŞ dollarıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı eksert rəyinin nəticə hissəsində qeyd olunur ki, 01 saylı kredit müqaviləsinin 2.2-ci bəndinin 1-ci şərti üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 LTD MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatları, 28.08.2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla müqavilə dövründə razılaşdırılmış faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra illik 5%-lə hesablanmaqla Cavabdeh3 LTD MMC-nin 28.08.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 222.736,64 ABŞ dolları məbləğində, 17.03.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 207.024,91 ABŞ dolları məbləğində və 29.04.2021-ci il tarixə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 205.515,14 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, 28.08.2020-ci il tarixə əsas borc üzrə 210.062,85 ABŞ dolları, faiz borcu üzrə 12.673,79 ABŞ dolları (illik 12%-lə). 17.03.2021-ci il tarixə əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 2.639,97 ABŞ dolları (illik 5%-lə). 29.04.2021- ci il tarixə əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 1.130,20 ABŞ dolları (illik 5%-lə). 01 saylı kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci şərti üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 LTD MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatları, 28.08.2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla müqavilə dövründə razılaşdırılmış faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra illik 5%-lə hesablanmaqla Cavabdeh3 LTD MMC-nin 28.08.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, 17.03.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 154.427,61 ABŞ dolları məbləğində və 29.04.2021-ci il tarixə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 152.614,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 28.08.2020-ci il tarixə: əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları (illik 12%-lə). 17.03.2021-ci il tarixə: əsas borc üzrə 152.458,35 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik12%-lə), faiz borcu üzrə 1.969,25 ABŞ dolları (illik 5%-lə). 29.04.2021-ci il tarixə: əsas borc üzrə 152.445,53 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 169,38 ABŞ dolları (illik 5%-lə). Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Yasamal Filialı ilə "xxxx" MMC arasında 24 (iyirmi dörd) ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600,000.00 (altı yüz min) ABŞ dolları məbləğində kredit müqaviləsi imazlanmış, “Yanğından Mühafizə Cəmiyyəti” İB qeyd olunan müqavilə üzrə zamin olmuşdur. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə iddiaçının cavabdehlərə olan borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə "xxxx" MMC, “Yanğından Mühafizə Cəmiyyəti” İB-nin kredit müqaviləsi və ona əlavələr üzrə "xxxx" ASC-nin Yasamal Filialına borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçı "xxxx" ASC-nin iddiası qismən əsaslı olmaqla təmin edilməli, "xxxx" MMC, “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən iddiaçının xeyrinə 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu tutulmalıdır. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 11.946,57 ABŞ dolları faiz borcu tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, eləcə də iddia tələbi əsas borc hissəsində qismən təmin edildiyindən "xxxx" MMC, “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən 8.088,78 ABŞ dolları "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksini likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, eləcə də, iş üzrə keçirilmiş 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat, 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manat cavabdehdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8.088,78 ABŞ dolları məbləğində faiz borcu, Cavabdeh1 Qüdərt oğlu, "xxxx" MMC və "xxxx" İB-dən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada "xxxx" ASCnin xeyrinə tutulmalıdır. "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8.088,78 ABŞ dolları məbləğində faiz borcu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum "xxxx" MMC, "xxxx" İB, Cavabdeh1 Qüdərt oğlundan müştərək qayadada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. ipoteka predmetinə tutma yönəldildikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksini likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8.088,78 ABŞ dolları məbləğində faiz borcu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum "xxxx" MMC, "xxxx" İB, Cavabdeh1 Qüdərt oğlundan müştərək qayadada "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 Qüdərt oğlundan, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat, 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manat Cavabdeh1 Qüdərt oğlundan, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada tutlaraq Əmlak Ekspert Mərkəzi MMC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin. Ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. İpoteka predmetinə tutma yönəldildikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksini likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilsin. Daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-192/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-192/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver