Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1920/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bürcəliyev Anar Məmməd oğluna qarşı cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 32130***-*******01L nömrəli kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2021ci il tarixli razılaşma üzrə 2140.10 manat əsas borcun, 607.27 manat faiz borcunun, 65.27 manat cərimənin və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 32130***-*******01L nömrəli kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşma üzrə 2140.10 manat əsas borcun, 607.27 manat faiz borcunun, 65.27 manat cərimənin və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli Razılaşmaya əsasən Cavabdeh2 bankdan avadanlıq alınması və digər investisiya xərcləri üçün 18 ay müddətinə, xx.xx.2023-cü ilədək qaytarmaq və illik 23 % ödəmək şərti ilə aldığı 2500 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği, əsas borc üzrə 2140.20 manat, faizlər üzrə 607.27 manat, cərimə üzrə 65.27 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh2 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3 və Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, cavabdehlər gəlmədiyi üçün mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verib. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 32130721-120З36701L nömrəli xx.xx.2021-ci il tarixli Kredit Limiti Müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh2 100000 manat məbləğində 120 ау müddətinə, l3.07.2031-ci il tаriхinədək kredit limiti ayırmağı və kedit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmalar imzalamaqla kedit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşmadan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək illik 23 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Bürcəliyev Anar Məmməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32FİZAM120336902 nömrəli və 32FİZAM125048401 nömrəli Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 iddiaçı qarşısında kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün cavabdehlər Cavabdeh1 və Bürcəliyev Anar Məmməd oğlu iddiaçı qarşısında birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 iddiaçıya yaranmış borcu 2140.2 manat əsas, 607.27 manat faiz, 65.27 manat cərimə, cəmi 2812,74 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında 32130721-120З36701L nömrəli xx.xx.2021-ci il tarixli Kredit Limiti Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh2 100000 manat məbləğində l20 ау müddətinə, l3.07.2031-ci il tаriхinədək kredit limiti ayırmağı və kedit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmalar imzalamaqla kedit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Razılaşma bağlanmış və Razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək illik 23 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Bürcəliyev Anar Məmməd oğlu arasında xx.xx.2021-ci il tarixli 32FİZAM120336902 nömrəli və 32FİZAM125048401 nömrəli Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdehlər Cavabdeh1 və Bürcəliyev Anar Məmməd oğlu, Cavabdeh2 iddiaçı qarşısında kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün iddiaçı qarşısında birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh2 iddiaçıya yaranmış borcu 2140.2 manat əsas, 607.27 manat faiz, 65.27 manat cərimə, cəmi 2812,74 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı Cavabdeh2 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh2 isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə Cavabdeh2 verilmiş əsas kredit məbləğinin ödənilməmiş 2140.2 manat əsas borc iş materialları təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. İş materiallarında olan 32130721-120З36701L nömrəli xx.xx.2021-ci il tarixli Kredit Limiti Müqaviləsinə və xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh2 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdehlər Cavabdeh1 və Bürcəliyev X1 müqavilələri ilə Cavabdeh2 bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, krеdit limiti müqaviləsi və razılaşma üzrə əsas kredit məbləğinə hesablanmış 607.27 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış Razılaşmadan irəli gəlir. Belə ki, Razılaşmanın 8ci bəndinə görə, “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverən”ə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu borca görə hesablanmış 65.27 manat dəbbə pulu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 32130***-*******01L nömrəli kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşma üzrə 2140.10 manat əsas borc, 607.27 manat faiz borcu, 65.27 manat cərimə və 60 manat mediasiya xərci Cavabdeh1, Cavabdeh2 və Bürcəliyev Anar Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1920/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1920/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver