Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1926/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12/02/2021 tarixa qeyd olunan borc məbləǧindən dövlət büdcəsinə ödənilməmiş 9.000 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6318.86 və İşsizlikdən Sıǧorta Fonduna ödənilməmiş 313.45 manat məbləǧində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 9.000 manat məbləǧində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödayicisi olan "xxxx" MMC Azarbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sıǧorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləǧinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12/02/2021 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12/02/2021 tarixə yaranan 52.301,83 manat borcuna görə 9.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 12/02/2021 tarixli **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacaǧı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyǧun olaraq cavabdehə 16/02/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12/02/2021 tarixə yuxarıda qeyd olunan borc məbləǧindən dövlət büdcəsinə 9000.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 6318.86 manat və İşsizlikdən Sıǧorta Fonduna 313.45 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında vergi borcları olduğunu qəbul edərək qeyd etmişdir ki, hazırda tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-6511/2020 saylı qərardadından apellyasiya şikayəti verilmişdir. Qeyd olunan iş yekunlaşana qədər məhkəmə icraatının dayandırılmasını məhkəmədən xahiş edirik. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 17.11.2020-ci il tarixində, "xxxx" MMC-yə **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, qeyd oluna tarixə dövlət büdcəsinə ümumilikdə 53.151,20 (o cümlədən vergilər üzrə 22.866,15 manat, maliyyə sanksiyaları üzrə 22.169,23 manat, fazilər üzrə 8.155,82 manat) manat ödənilməmiş borc olduğu barədə məlumat verilmiş, qeyd olunan borcun Vergi Məcəlləsinə əsasən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 11.02.2021-ci il tarixli, **********3 saylı qərarla "xxxx" MMC-yə məxsus əmlakın siyahıya alınması qərara alınmış, 12.02.2021-ci il tarixli, **********3 saylı protokolla cavabdehin ümumilikdə 9.000 manat məbləğində əmlakı siyahıya alınmış, 12.02.2021-ci il tarixli aktla siyahıya alınmış əmlak saxlanmaya verilmişdir. İş materiallarında olan 16.02.2021-ci il tarixli, **********534700 saylı xəbərdarlığın surətindən məlum olur ki, "xxxx" MMC-yə məxsus əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməmiş, nəticədə cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınmışdır. cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin icraatında iş olması ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan işin icraata götürülməsi Bakı İnzibati Məhkəməsinin qərardadı ilə qeyri mümkün hesab edilmiş, işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını isə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, "xxxx" MMC-dən 12.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 9000 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6318.86 manat və işsizlikdən sıǧorta fonduna ödənilməmiş 313.45 manat məbləǧində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9.000 manat məbləǧində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmalı, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin 9.000 manat məbləǧində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 12.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 9.000 (doqquz min manat) manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6.318,86 (altı min üç yüz on səkkiz manat, səksən altı qəpik) və İşsizlikdən Sıǧorta Fonduna ödənilməmiş 313,45 (üç yüz on üç manat, qırx beş qəpik) manat məbləǧində borcunun ödənilməsinin təmin edilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1926/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1926/2021
21.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver