Məhkəmə qərarları › İş №e-2-2(113)-193/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-193/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-193/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, 004R********** saylı kredit razılaşması üzrə 376008,26 manat kredit borcu, 123617,97 manat faiz borcu və 203056,26 manat cərimə borcu olmaqla, ümumilikdə 702682,49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 592 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 180 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 3-cü döngədə 0,0209 ha torpaq sahəsində yerləşən 344,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 9 nömrəli fərdi yaşayış evinə, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 14,6 m2 ümumi sahədən ibarət 121 saylı qeyri yaşayış sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 451,8 m ümumi sahədən ibarət 2 mərtəbəli 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə 702682,49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 592 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 180 manat xidmət haqqının tutulması, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 3-cü döngədə 0,0209 ha torpaq sahəsində yerləşən 344,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 9 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 14,6 m2 ümumi sahədən ibarət 121 saylı qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 451,8 m ümumi sahədən ibarət 2 mərtəbəli 111 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək tərəflər arasında razılıq əldə olunduğunu və cavabdehlərin kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərini yerinə yetirdiklərini, ona görə də işin rəy verilmədən məhkəməyə geri qaytarılması, məhkəmə iclasının təyin edilərək iddia ərizəsinin baxılmamış saxlanması, iddia qaldırılması üçün ödənilmiş 592 manat dövlət rüsumunun iddiaçı banka qaytarılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialların əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8628 nömrəli 07 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin geri qaytarıldığını nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 592 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar