Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1941/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi”tələbinə dairişə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 680,40 (altı yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaitinin ASC “xxxxxxxxxxxxxxxxxx” SŞ-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində X3 məxsus ünvan 2A ünvanında yerləşən mənzildə su boru xətləri partlaması nəticəsində mənzilə ziyan dəymişdir. Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin 4 saylı MTİİTS tərəfindən verilmiş arayışda ünvan 2A ünvanında yerləşən mənzilə dəymiş ziyanla bağlı qeyd edilmişdir ki, Cavabdeh ASC tərəfindən yeni çəkilmiş su xətlərində qəza baş vermiş və X3 məxsus bir mərtəbəli yarım zirzəmili fərdi yaşayış evinin zirzəmisində yerləşən iki otağın döşəməsi su ilə dolmuşdur. Qiymətləndirmə aktında göstərilmişdir ki, ünvan 2A ünvanında yerləşən mənzilə 800 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 2078/20 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən və şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənin mənzilinə dəymiş zərərə görə 650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı ASC “xxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti, sığortalı X6, əmlak ünvan 2A, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat, müqavilənin qüvvədə olma tarixi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədərdir. -xx.xx.2020-ci il tarixli Sığorta hadisəsi dair qiymətləndirmə aktından görünür ki, sığorta obyekti olan ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evinə 800 manat məbləğində ziyan dəymişdir. -BA 2078/20 saylı işə dair xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə su boru xəttinin partlaması nəticəsində sığortalı mənzilə zərər dəymişdir. Zərərin ümumi məbləği 800 manat, şərtsiz azadolma məbləği isə 150 manatdır. - xx.xx.2020-ci il tarixli 6 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən X7 650 manat məbləğində 2078/20 saylı aktı əsasında sığorta ödənişi edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - xxxxxxxxxxxxxxxxxx tərəfindən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə məktub göndərərək, xx.xx.2020-ci il tarixində Cavabdeh ASC tərəfindən çəkilmiş yeni su boru xəttinin partlaması nəticəsində ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən daşınmaz əmlakın icbari sığortası növü ilə sığortalanmış ünvan 2A ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə maddi zərər dəymişdir. Ba. vermiş sığorta hadisəsi ilə əlaqədar zərərvuran tərəf olduğu üçün vətəndaş X3 ödəniləcək sığorta ödənişi məbləğində cəmiyyətə subroqasiya hüququ yaranacaqdır. - 4 saylı Mənzil Təsərrfüatı İstehsalat X9 möhürü ilə təsdiq olunmuş arayışından görünür ki, X3 məxsus Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində gecə saatlarında Əliağa Şıxliniski küçəsində Cavabdeh tərəfindən yeni çəkilmiş su xəttində qəza baş vermişdir. Qəza nəticəsində vətəndaş X3 məxsus bir mərtəbəli yarım zirzəmili fərdi yaşayış evinin zirzəmisində yerləşən iki otağın döşəməsi su ilə dolmuşdur. - Cavabdeh ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ASC-nin sifarişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Tikinti-quraşdırma işləri podratçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsi tərəfindən həyata keçirilir. Birgə müəssisə ilə imzalanmış podrat müqaviləsinin şərtlərinə əsasən tikinti-quraşdırma işləri aparılarkən sakinlərə və ya digər obyektlərə dəymiş ziyan podratçı tərəfindən ödənilməlidir. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu və 0.,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X3 məxsus ünvan 2A ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətində Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsi üzrə sığortalanmışdır. Həmin mənzildə sığorta hadisəsi baş vermiş və sığorta şirkəti mülkiyyətçiyə 150 manat azadolma məbləği çıxılmaqla dəymiş zərərin əvəzi olaraq 650 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı Cavabdeh ASC-dən subroqasiya qaydasında pul tələb edir və iddiasının əsası kimi mənzilə dəyən zərərin səbəbi olaraq Cavabdeh ASC-nin su xəttində baş vermiş qəzanın olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən 4 saylı Mənzil Təsərrfüatı İstehsalat X9 arayışında xx.xx.2020-ci il tarixində gecə saatlarında Əliağa Şıxliniski küçəsində Cavabdeh tərəfindən yeni çəkilmiş su xəttində qəza baş verməsi və qəza nəticəsində vətəndaş X3 məxsus bir mərtəbəli yarım zirzəmili fərdi yaşayış evinin zirzəmisində yerləşən iki otağın döşəməsinin su ilə dolması yazılsa da, həmin arayış tərtib olunarkən həqiqətən su xəttində qəza baş verməsi halı ilə əlaqədar hər hansı akta və ya sənədə əsaslanmamışdır. Həmin mənzilə baxış keçirilmişdirsə, bununla bağlı akt tərtib olunmalı və təsdiq edilməli idi. Eyni zamanda əl yasızı ilə tərtib olunmuş arayışın hansı tarixdə verilməsi müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, vətəndaş X3 verilən arayışda Cavabdeh ASC-nin hər hansı hərəkət və hərəkətsizliyi və baş vermiş sığorta hadisəsi arasında səbəbli əlaqə müəyyən edilməsi mümkün deyildir. Ona görə də həmin arayışın hazırki iş üzrə sübuti əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icbari qaydada sığortalanmış X3 məxsus ünvan 2A ünvanında yerləşən fərdi yaşayış evinə dəyən ziyanın Cavabdeh ASC tərəfindən vurulması məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi”tələbinə dairiddia ərizəsi təmin edilməsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1941/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1941/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver