Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1944/2020 02.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 MMC-nin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC cavabdeh “4 №-li X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “4 nömrəli X3” MMC-dən 113.344,77 manat məbləğində icarə haqqı, 10.343,97 manat məbləğində hesablanmış faiz; 5000 manat məbləğində dəymiş mənəvi ziyan; 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 128.718,74 manat məbləğində pulun tutularaq İddiaçı2 MMC-yə ödənilməsi və icarəyə verilənlərin (siyahı iddia ərizəsinə əlavə olunur) İddiaçı2 MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə “4 nömrəli X3” MMC arasında xx xxxxxx 2017-cı il tarixli 17-AİS047 saylı və xx xxxxxx 2018-ci il tarixli 18-AİS- 001T saylı icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən İddiaçı2 MMC bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı “4 nömrəli X3” MMC-yə icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. xx xxxxxx 2017-cı il tarixli 17-AİS-047 saylı müqaviləyə xx xxxx 2018-ci il tarixdə Əlavə 1, xx xxxxxx 2018-ci il tarixdə Əlavə 2, xx xxxxxx 2019-cu il tarixdə Əlavə 3 imzalanmışdı. xx xxxxxx 2018-ci il tarixli 18-AİS-001T saylı müqaviləyə xx xxxxxx 2018-ci il tarixdə Əlavə 1 imzalanmışdır. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2019-cu il tarixə borcun 68.959,81 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra 2019-cu ildə cavabdehlə köhnə müqavilələr təzələnərək, xx xxxxx 2019-cu il tarixli 19-AİS-006 saylı, xx xxx 2019-cu il tarixli 19-AİS- 009 saylı və xx xxxxxx 2019-cu il tarixli 19-AİS-019 saylı icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən İddiaçı2 MMC bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı “4 nömrəli X3” MMC-yə icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. İddiaçı2 MMC sözügedən müqavilələr çərçivəsində icarəyə verilənləri “4 nömrəli X3” MMC-yə icarəyə verməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Nəticədə “4 nömrəli X3” MMC-nin cəmiyyətə xx xxxx 2020-ci il tarixə 129.944,39 manat məbləğində borcu yaranmışdır. Cavabdehə borc barədə pretenziya göndəriləndən sonra borc məbləğindən bir qismi ödənilsə də, 113.344,77 manat borc qalmaqdadır. “4 nömrəli X3” MMC-yə İddiaçı2 MMC qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Borca görə faiz əlavəsi aşağıda qeyd edilən rəqəmlərə müvafiq hesablanmalıdır: 2017,2018,2019-cu illər üçün illik 5 % olmaqla 313896,75 x 5% x 3 = 47084,51 manat. Yuxarıda göstərilənlərə əsasən, “4 nömrəli X3” MMC tərəfindən cəmiyyətə aşağıda göstərilən qaydada borc yaranmışdır: - xx xxxx 2020-ci il tarixədək icarə haqqı = 113.344,77 manat; - 2017-2018-2019-cu illər üçün illik 5 % olmaqla – 10.343,97 manat; - Dəymiş mənəvi ziyana görə - 5000 manat; - ödənilmiş dövlət rüsumu - 30 (otuz) manat. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “4 nömrəli X3” MMC-nin (VÖEN:**********) “xxxx” ASC-nin “Nəqliyyat” filialında olan (VÖEN:********** Kod:805711 olan m/h:AZ03NABZ******************** S.W.İ.F.T.:İBAZAZ2X) AZ83İBAZ******************** nömrəli bank hesabında və digər bank hesablarındakı pul vəsaitlərinin üzərinə 128.718,74 manat həddində həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1944/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh “4 nömrəli X3” MMC-nin “xxxx” ASCnin “Nəqliyyat" filialında (Kod:805711, m/h:AZ03NABZ********************, S.W.İ.F.T.:İBAZAZ2X) olan AZ83İBAZ******************** nömrəli hesablaşma hesabında və digər bank hesablarında olan pul vəsaitinin üzərinə işçilərinin əmək haqlarının verilməsinə məhdudiyyət qoyulmadan, 128.718,74 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində “4 nömrəli X3” MMC- sentyabr 2020-ci il tarixə cavabdehin icarə haqqı borcunun 138.244,77 manat tə.kil etdiyini əsas göstərərək 138.244,77 manat məbləğində icarə haqqı, 10.343,97 manat məbləğində hesablanmış faiz, 5000 manat məbləğində dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 153.618,74 manat məbləğində pulun tutularaq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirərək, borcun hissə-hissə ödənilə biləcəyini bildirdi və nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 17-AİS-047 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnika, avtomobilləri icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 12.130 manat icarə haqqı ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 17-AİS-047 saylı icarə müqaviləsinə xx xxxx 2018-ci il tarixli, 1 saylı əlavənin 1-ci bəndindən görünür ki, müqavilənin 2.1-ci maddəsindəki cədvəldə qeyd olunan icarəyə verilənlərə Bomaq BW 202AD-4 markalı, 110FX078 dövlət nömrə nişanlı asfalt yayan silindr əlavə olunaraq icarəyə verən tərəfindən həmin asfalt yayan silindir icarəçiyə təhvil verilmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən bu əlavənin 1-ci bəndində göstərilən icarəyə verilən üçün hər ay ƏDV daxil 500 manat məbləğində icarə haqqı ödənilməlidir. Həmin əlavənin 3-cü bəndinə əsasən bu müqavilə xx xxxx 2018-ci il tarixdən qüvvəyə minir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 17-AİS-047 saylı icarə müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli, 2 saylı əlavənin 1-ci bəndindən görünür ki, 17-AİS-047 saylı müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Həmin əlavənin 2-ci bəndinə əsasən bu əlavə xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 17-AİS-047 saylı icarə müqaviləsinə xx xxxxxx 2019-cu il tarixli, 3 saylı əlavənin 1-ci bəndindən görünür ki, müqavilənin 2.1-ci maddəsindəki cədvəldə qeyd olunan icarəyə verilənlər siyahısından “Mitsubishi” markalı, “L200” model 10PE266 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı, “L200” model 10PH890 dövlət nömrə nişanlı nəqliyyat vasitələri çıxarılaraq icarəyə verənə təhvil verilmişdir. “Liugong” markalı, “CLG 418” model, 10E636 dövlət nömrə nişanlı, “Volvo” markalı, “BL 61” model, 110FX033 dövlət nömrə nişanlı texnikalar və “Esit as axle scale” markalı tərəzi siyahıya əlavə olunaraq icarəçiyə təhvil verilmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən müqavilənin 2.2-ci maddəsi aşağıdakı kimi oxunsun: İcarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 13.830 manat icarə haqqı ödəyəcək. Həmin əlavənin 4-cü bəndinə əsasən bu əlavə xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 18-AİS-001T saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnika, avtomobilləri icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 490 manat icarə haqqı ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 18-AİS-001T saylı icarə müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli, 1 saylı əlavənin 1.1-ci bəndindən görünür ki, 18 AİS 001T saylı müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi uzadılmışdır. Həmin əlavənin 1.2-ci bəndinə əsasən bu əlavə xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 19-AİS-006 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnikaları icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 6600 manat icarə haqqı ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 19-AİS-009 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnikaları icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 700 manat icarə haqqı ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC (icarəyə verən) ilə “4 nömrəli X2” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 19-AİS-019 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnikaları icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 1000 manat icarə haqqı ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı2 MMC ilə “4 nömrəli X2” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixə “4 nömrəli X2” MMC-nin İddiaçı2 MMC-yə olan ümumi borcu 68.959,81 manat təşkil edir. İddiaçı2 MMC ilə “4 nömrəli X2” MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, tərəflər arasında imzalanmış 17-AİS-008/1 saylı xx xxxx 2017-ci il tarixli müqavilə üzrə verilmiş asfalt zavodlar, drobilkalar və beton zavod ərazisində olan 58 adda mexanizm və avadanlıqlar “4 nömrəli X2” MMC-nin baş mexaniki X5 təhvil verilmişdir. İddiaçı2 MMC ilə “4 nömrəli X2” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, “Volvo” markalı, “BL61” markalı 110FX033 dövlət nömrə nişanlı texnika və “Esit as axle scale” markalı tərəzi “4 nömrəli X2” MMC-nin direktor müavini X5 təhvil verilmişdir. İddiaçı2 MMC-nin xx.xx.2020-ci il tarixli, 180 nömrəli arayışından görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-nin İddiaçı2 MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli, 19-AİS-006, xx.xx.2019-cu il tarixli, 19-AİS-009 və xx.xx.2019-cu il tarixli, 19-AİS-019 saylı icarə müqavilələri əsasında bütün ödənişlər nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə yaranmış borcu 138.244,77 manat təşkil edir. İddiaçı2 MMC tərəfindən cavabdeh “4 nömrəli X3” MMC-yə xx.xx.2020-ci il tarixli, 108 saylı pretenziya məktubu ünvanlanaraq xx xxxx 2020-ci il tarixinə 129.944,77 manat məbləğində borcun 10 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 MMC ilə cavabdeh “4 nömrəli X3” MMC arasında xx xxxxxx 2017-ci il tarixli, 17-AİS-047 saylı, xx xxxxxx 2018-ci il tarixli, 18-AİS-001T saylı, xx xxxxx 2019-cu il tarixli, 19-AİS-006 saylı, xx xxx 2019-cu il tarixli, 19-AİS-009 saylı və xx xxxxxx 2019-cu il tarixli, 19-AİS-019 saylı icarə müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavələrdə göstərilmiş texnika, avadanlıq və nəqliyyat vasitələrini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqlarını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “4 nömrəli X3” MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı2 MMC-yə olan borcu 138.244,77 manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh “Bakı xxxx” MMC-dən 138.244,77 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğin illik 5% olmaqla hesablanmış faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göstərilən tələblə bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı “İddiaçı2» Məhdud Məsuliyyətli Cəmiyyəti borcun ödənilməsinin gecikdirilməsinə görə iki illik müddət üçün faizlərin cavabdehdən tutulmasını tələb etsə də, mübahisə predmeti olan borcun hansı dövr üçün yaranmasını, həmin borcun ödənilməsinin məhz iki il müddət ərzində gecikdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından göründüyü kimi tərəflər arasında icarə münasibətləri hal-hazırkı dövrədək davam edir və iddiaçının ödənilməsini tələb etdiyi borcun bir hissəsi işin məhkəmədə baxıldığı müddətdə yaranmışdır. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcun tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. İddianın dəymiş mənəvi ziyana görə pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X7 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X7 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə İddiaçı2 MMC-nin hüquqi şəxs olmaqla mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Bakı xxxx” MMC-dən 138.244,77 manat məbləğində icarə haqqı borcu tutularaq İddiaçı2 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-dən 138.244,77 manat (bir yüz otuz səkkiz min iki yüz qırx dörd manat yetmiş yeddi qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1944/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1944/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver