Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-195/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X6 iştirakı ilə,ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki adı “xxxx” ASC) qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus kənd təsərrüfatı texnikası olan “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli və “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynların təmirinə tərəflərindən çəkilən 31860 manat xərci, çəltik yığımı ilə bağlı ziyana düşdükləri 120000 manat pulu, ödəmədən azad olunmalı 44726 manat pulu (44726 manat pulu vaxtaşarı ödənişdən azad etmək də olar), cəmi 196586 manat vəsaiti cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış kənd təsərrüfatı texnikasının lizingə verilməsi barədə xx.xx.2017-ci il tarixli,1131-1\17 nomrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, müərrik nömrəsi 7100420M91, zavod nömrəsi 585010376, dövlət qeydiyyat nişan nömrəsi AZ 90 N 986 olan “LAVERDA LVM 310 MCS” markalı çəltik biçən kombayn və xx.xx.2017-ci il tarixli, 1268 L-17 nomrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, müərrik nömrəsi 058618, zavod nömrəsi 03010461, dövlət qeydiyyat nişan nömrəsi AZ 90 E 117 olan “LAVERDA LUM 310 MCS” markalı çəltik biçən kombayn xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən onlara təhvil verilmişdir. Təhvil verilən kombaynlar istismara başladığı vaxtdan qüsurlu və istismara yararsız olduğu aşkara çıxmışdır. Belə ki, AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn istismara buraxıldığı ilk gündən bir neçə saat işlədikdən sonra kombaynın sepini və bartovoyları saxlayan yastıqların bütün boltları qırılmış, kombayn bir neçə hissəyə bölünərək kombaynın digər hissələrini də zədələmişdir. Türkiyə Respublikasının Karataş firmasından gələn mütəxəssis kombaynın sınmasının səbəbini bağlanmış boltların keyfiyyətsiz olması ilə izah etmişdir. Həmin mütəxəssis həmçinin bildirmişdir ki, kombayn İtaliya istehsalıdır, kombaynın üzərində aşkarlanmış sınmış boltlarının isə İtaliyada bağlanmış boltlar deyildir. Məlum oldu ki, həmin kombaynlar nəhəng olduğundan onun Azərbaycana daşınması üçün çöx böyük həcmli daşıyıcı maşınlar lazımdır ki, onların da daşıma xərci çox baha olduğundan kombaynı üç hissəyə bölərək adi daşığıcı maşınlarda daşımışlar ki, xərci az olsun. Kombaynlar hissələrə ayrılaraq daşınıb Azərbaycana gətirildikdən sonra Respublikada yığılarkən İtaliyada bağlanmış boltlar əvəzinə keyfiyyətsiz və həmin kombaynlar üçün nəzərdə tutulmamış başqa boltlar bağlanmışdır ki, həmin boltlar da ağır olan kombaynın hissələrini birləşmiş halda saxlanmasına dözməyərək qırılmışlar. Nəticədə kombayn zəminin içində üç yerə bölünmüşdür. Baş vermiş qəzanın nəticəsində çəltik biçinin qaynar vaxtında həmin kombaynın işləməməsi ucbatından çəltik biçilmədən qaldığından xarab olmuş, məhsuldarlıq əldə etmək mümkün olmamışdır. Kombayn isə Türkiyə mütəxəssislərinin köməyi ilə tərəflərindən təmir edilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə çəltik biçininə başlanılan zaman yuxarıda göstərilən kombayn işə başlamış və yığılmış çəltiyin 3-cü bunkerini boşaldanda şnekin reduktoru dayanmış, kombayn yığılmış çəltiyi boşalda bilməmişdir. Müəyyən olunmuşdur ki, kombaynın dən boşaldan şnekin reduktoru sıradan çıxmış, döymə barabanının 2 ədəd lezviyası sıradan çıxmış, barabanın 2115 mm. qayışı qırılmış, diferi saxlayan dəmir yastıqlar sınmış, çəltik qəbuledici zəncirin plankaları qırılmış, Xeber şnekinin 6 ədəd barmaqları qırılmış, kombaynın qabaq sol aparıcı zəncirinin yönəldicisinin stupitsası dağılmış və xeberin bıçaq başlığı sınmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Eynilə 90 N 986 dövlət nömrə nişanlı kombayn da işə başladığı ilk gündən işə başlayan kimi tarlada sınaraq 2 ədəd stupitsası, 2 ədəd paduşkası, 2 ədəd flyans bartovoyu, 2 ədəd tırtıl bölməsi, 2 ədəd dəmir yastıq sıradan çıxmışdır. Həmçinin müəyyən olunmuşdur ki, digər kombayn kimi bu kombaynın boltları da özününki olmamışdır. Amma mütəxəssislərin köməyi ilə onların hesabına həmin boltlar alınaraq kombaynın üstünə yığılmış və kombayn hissələrə bölünməkdən xilas edilmişdir. Beləliklə 90 E 117 nömrəli kombaynın təmiri üçün 17010 manat dəyərində, 90 N 986 nömrəli kombaynın təmiri üçün 14850 manat dəyərində ehtiyat hissələri alıənaraq təmir edilmişdir. Kombaynların istismarı zamanı heç bir texniki qayda pozuntusuna yol verilməmişdir. Göstərilənlərlə bağlı tərəflərindən cavabdehə şifahi və yazılı müraciətlər edilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin Cəlilabad RN-nin nümayəndəsinin iştirakı ilə baxış keşirilmiş və mvafiq akt tərtib edilmişdir. Kombaynların təmirinə tərəflərindən çəkilən xərc cəmisi 31860 manat tərəflərindən onlara ödənilməlidir. Kombaynların sınaraq belə vəziyyətə düşməsi ilə əladədar çəltik yığımı adi halda 20 gün müddətində yığılmalı olduğu halda 45 gün ərzində böyük itki ilə başa çatmış və məhsuldarlıq aşağı düşərək nəzərdə tutulduğundan 300 ton az yığılmışdır ki, bununla da müəssisələrinə dəymiş zərər 120000 manat təşkil edir. Bununla əlaqədar müəssisələri ziyanla işlədiyindən kombaynların ödənəşinin həyata keçirməsində çətinliklə qarşılaşmışdır. Müəssisələri AZ 90 986 dövlət nişan nömrəli kombayn üzrə 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 3-cü rübü üzrə və AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn üzrə isə 2017-ci ilin 4-cü rübü və2018-ci ilin 2-ci rübü üzrə (cəmisi 44726 manat) ödənişlərdən azad olmalıdır. Aralarında bağlanmış müqavilələrin 2.1.1. bəndində göstərilir ki, Lizing verən Texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə sənədlərlə birlikdə Lizing alana verilməsini təmin edir. Müqavilənin 2.1.3. bəndinə əsasən isə Lizing verən texnikaya texniki xidmətlərin göstərilməsinə, qorunub saxlanmasına nəzarət etməlidir. Verilmiş kombaynların qüsurlu olması faktı cavabdeh tərəfindən “xxxx” LP şirkətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, ASC\2- 4230 saylı və İddiaçı MMC-yə ünvcanmış xx.xx.2018-ci il tarixli, ASC/2-4229 saylı məktublarla öz təsdiqini tapmışdır. Dəymiş zərərin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə xx.xx.2020-ci il tarixli AÇB\20-64 saylı pretenziya məktubu göndərilmişdir. Lakin hazırki vaxta kimi onlara cavab verilməmişdir. Cavabdeh İddiaçı iddiaya etiraz verərək, bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən “Texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir” və 2.2.5-ci bəndinə əsasən “texnikaya texniki qulluq və təmin xidmətlərini öz hesabına həyata keçirir”. Texnikalar xx.xx.2017-ci il tarixli 668 nömrəli və xx.xx.2017-ci il tarixli aktlarla tam, komplektləşdirilmiş və saz vəziyyətdə İddiaçı MMC-yə təhvil verilmişdir. Texnikaların idarə edilməsi müvafiq ixtisasa malik mexanizatora həvalə edilməmişdir. Belə ki, tam, komplektləşdirilmiş və saz vəziyyətdə İddiaçı MMC-yə təhvil verilmiş texnikalar lizinq verənin icazəsi alınmamış və müvafiq ixtisasa malik mexanizatora həvalə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq verənin icazəsi əsasında müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlamaqla texnikanın idarə olunmasını ona həvalə edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, Cavabdeh ASC İddiaçı MMC-yə qarşı borc öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və iddia tələbi Şirvan Kommersiya Məhkəməsinin e-2-2 (121)-681/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmişdir. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh məhkəmə qətnaməsindən şikayət vermiş və hal-hazırda Şirvan Apelyasiya Məhkəməsinin icraatında olmaqla xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Hesab edirlər ki, həmin iş üzrə tələb olunan pul məbləği hazırki mübahisə predmetində də əks olunur. Qeyd olunanlara əsasən İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X7 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, 1131-L/17 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və həmin müqaviləyə 2 saylı əlavədən (ödəniş qrafiki), xx.xx.2017-ci tarixli əmrdən, xx.xx.2017-ci il tarixli, 668 saylı aktdan və xx.xx.2017-cii l tarixli 894881 nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı X3 ümumi məbləği 570000 manat olan 1 ədəd (Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan çəltikyığan kombayn) kənd təsərrüfatı texnikasını 10 il müddətinə yekunda yəni 2027-ci ilin İİ rübün sonuna (xx.xx.2027) cəmi 570000 manat (əvvəlcədən 114000 manat məbləği lizinq verənə ödəyir) ödəməyi öhdəsinə götürməklə (təsərrüfat texnikalarının dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. xx.xx.2017-ci il tarixli, 1268-L/17 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən, xx.xx.2017-ci tarixli əmrdən, xx.xx.2017-ci il tarixli, 737 saylı aktdan görünür ki, İddiaçı X3 ümumi məbləği 570000 manat olan 1 ədəd (Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombayn) kənd təsərrüfatı texnikasını cəmi 570000 manat (əvvəlcədən 114000 manat məbləği lizinq verənə ödəyir) ödəməyi öhdəsinə götürməklə (təsərrüfat texnikalarının dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. Müqavilələrin 2.1.1-ci bəndinə əsasən lizinq verən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Müqavilələrin 2.1.3-cü bəndinə əsasən isə lizinq verən texnikaya texniki xidmətlərin göstərilməsinə, qorunub saxlanmasına nəzarət etməlidir. xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Laverda markalı 90-b-117 dövlət nömrə nişanlı çəltikbiçən kombayn tarlada biçinə başladıqdan 2-3 saat sonra 3 hissəyə bölünmüş, həmçinin 2-ci 90-N-986 dövlət nömrə nişanlı kombayn da bir müddət işlədikdən sonra eyni aqibəti yaşamağa başladıqda onlar (İddiaçı MMC) həmin kombaynın istismarını dayandırdılar ki, tam halda sınıb dağılmasın və hər 2 kombayn gələcəkdə təmir məqsədilə ilə sahədən çıxardıb MMC-nin ərazisinə aparıldı, çəltik biçinin davam etdirilməsi üçün Cavabdeh ASC-dən əvvəllər lizinqə alınmış “Laverda” markalı başqa kombayndan istifadə edilməyə başlandı. Lakin çəltikbiçən kombaynın çatışmamasına görə çəltiyin zəmidə qalıb tam məhv olmasının qarşısının alınması məqsədilə taxıl zəmisi biçən bir neçə kombayndan istifadə olunmuş və sınan kombaynlarla bağlı həmin vaxt Cavabdeh ASC-yə məlumat verilmişdir. xx.xx.2018-ci il tarixli tərəflərin imzası ilə təsdiq edilmiş aktdan görünür ki, Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombayna texniki baxış keçirdilən zaman aşağıda sadalanan qüsurlar müəyyən edilmişdir: 1.Dən boşaldıcı şnekin reduktorunun sıradan çıxılıb; 2.Döymə barabanın 2 ədəd lezyasının sıradan çıxılıb; 3.Barabanın qayışı 2115 mm qırılıb-dəyişilib; 4.Difer saxlayan dəmir yastıqların sınıb-dəyişdilib; 5.Çəltik qəbuledici zəncirinin planklarının dəyişilməli; 6.Xeder şnekinin barmaqları (6 ədəd) sınıb-yenisi ilə əvəz olunub;
7. Kombaynın qabaq sol aparıcı zəncirin yönəldicisinin stupitsasının dağıdılıb-yenisi ilə əvəz olunub; 8.Xederin bıçaq başlığı sınıb. xx.xx.2018-ci il tarixli qüsur və xx.xx.2018-ci il tarixli icra aktından görünür ki, Laverda 90E-117 dövlət nömrə nişanlı çəltik biçən kombayn təmirə dayandırılmış, bəzi ehtiyyat hissələri sınıb xarab olduğundan əsaslı (cari) təmir edilmiş və təmirə aşağıdakı ehtiyyat hissələri (cəmi 17010 manat) sərf edilmişdir:
1. Dən boşaldan şnekin reduktoru sıradan çıxmış; (1 ədəd 5700 manat)
2. Döymə barabanın 2 ədəd lezvası sıradan çıxmış: (2 ədəd 500 manat)
3. Baraban qayışı 2115 mm qırılıb; (2 ədəd 3000 manat)
4. Difer saxlayan dəmir yastıqlar sıradan çıxmış; (2 ədəd 6180 manat)
5. Çəltik qəbuledici zəncirin plankaları qüsurludur; (4 ədəd 290 manat)
6. Xeder şnekinin 6 ədəd barmaqları sınmış; (6 ədəd 60 manat)
7. Kombaynın qabaq sol aparıcı zəncirinin yönəldicisinin stupitsası dağılımışdır; (2 ədəd 1200 manat)
8. Xederin bıçaq başlığı sınıb; (8 ədəd 80 manat) xx.xx.2018-ci il tarixli qüsur və xx.xx.2018-ci il tarixli icra aktından görünür ki, Laverda 90N-986 dövlət nömrə nişanlı çəltik biçən kombayn təmirə dayandırılmış, bəzi ehtiyyat hissələri sınıb xarab olduğundan əsaslı (cari) təmir edilmiş və təmirə aşağıdakı ehtiyyat hissələri (cəmi 14850 manat) sərf edilmişdir:
1. Stupitsanın 2 ədəd poduşkası qırılmış və təmir edilmiş; (2 ədəd 2890 manat)
2. Bortovoyun 2 ədəd flyanesi sıradan çıxmış və təmir edilmiş; (2 ədəd 3400 manat)
3. Tırtıl bölməsindən 2 ədəd sıradan çıxmış və təmir edilmiş; (2 ədəd 1180 manat)
4. Dən boşaldan şnekin reduktoru sıradan çıxmış; ( 2 ədəd 6180 manat)
5. Kombaynın idarəetmə sistemində qüsur yaranmış və həmçinin 2 ədəd dəmir yastıq və 2 ədəd stupitsa təmir edilmişdir. ( 2 ədəd 1200 manat) xx.xx.2018-ci il tarixli, 1822-GL/17 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqavilədən, həmin müqaviləyə 2 saylı əlavədən (ödəniş qrafiki) və xx.xx.2018-ci tarixli əmrdən görünür ki, İddiaçı X3 ümumi məbləği 613876 manat olan 5 ədəd kənd təsərrüfatı texnikalarını (o cümlədən Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan çəltikyığan kombayn və Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombayn) 10 il müddətinə yekunda yəni 2027-ci ilin İİİ rübün sonuna (xx.xx.2027) cəmi 613876 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsinin 08 nömrəli, xx xxxxxx 2021-ci il tarixli məktubdan (arayışdan) görünür ki, İddiaçı MMC-nin Lənkəran rayonunda 2016-2017-ci illərdə faktiki çəltik istehsalı müvafiq olaraq 2016-cı ildə 164 ha, 501,4 ton, 30,6 sent/ha və 2017-ci ildə 301 ha, 1136 ton, 37,7 sent/ha olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Lənkəran X8 Mərkəzinin 1- 4/1-01 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC 2014-cü ildən Lənkəran rayonun ayrı-ayrı kəndlərində çəltik istehsalı ilə məşğul olur. 2016-cı ildə 164 ha sahədə çəltik əkilmiş 501,4 ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə Dövlət Proqramlarına uyğun müasir texnologiyalar tətbiq olunaraq əkin sahəsi 301 ha çatdırılıb. Avqust ayında tarla baxışları zamanı hər ha 6-7 ton bioloji məhsuldarlıq müəyyən edilmişdir. Lakin yığım texnikası çatışmamazlığına görə məhsul yığımı noyabr ayına kimi uzanaraq yağışlara düşmüş və böyük itkiyə səbəb olmuşdur. Nəticədə gözləniləndən çox az cəmi 1136 ton məhsul yığılmışdır. xx xxxxxx 2021-ci il tarixli, 9/5351 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, iş materiallarında Laverda markalı çəltik biçən AZ 90 N-986 dövlət nömrə nişanlı kombaynın stupitsanın 2 ədəd yastığının, bortovoyun 2 ədəd flyanesin, tırtıl bölməsindən 2 ədəd detalın, dən boşaldan şnekin reduktorunun, 2 ədəd dəmir yastığın və 2 ədəd stupitsanın, Laverda markalı çəltik biçən AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynının dən boşaldıcı şnekin reduktorunun, döymə barabanın 2 ədəd lezvasının, barabanın 2115 mm qayışın, difer saxlayan dəmir yastığın, çəltik qəbuledici zəncirinin plankiarın, xeder şnekinin 6 ədəd barmaqların, qabaq sol aparıcı zəncirin yönəldicisinin stupitsasının və xederin bıçaq başlığının yeniləri ilə əvəz edilməsi barədə hər-hansı bir məlumat yoxdur. Lakin xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qüsur və icra aktlarında, həmçinin xx.xx.2018-ci il tarixli qüsur aktında qeyd olunanlar nəzərə alındıqda Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin Kollegiyasının “23 ’’sentyabr 2014cü il di Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ına görə AZ 90 N-986 dövlət nömrə nişanlı kombaynın stupitsanın 2 ədəd poduşkasının, bortovoyun 2 ədəd flyanesinin, tırtıl bölməsindən 2 ədəd detalın, dən boşaldan şnekin reduktorunun, həmçinin 2 ədəd dəmir yastıq və 2 ədəd stupitsanın sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi, həmçinin Laverda markalı çəltik biçən AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynının dən boşaldıcı şnekin reduktorunun, döymə barabanın 2 ədəd lezvasının, barabanın 2115 mm qayışının, difer saxlayan dəmir yastıqların, çəltik qəbuledici zəncirinin planklarının, xeder şnekinin 6 ədəd barmaqlarının, qabaq sol aparıcı zəncirin yönəldicisininstupitsasının və xederin bıçaq başlığının sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi sözügedən kombaynların əsaslı təmiri hesab edilə bilər. Həmçinin ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Laverda LVM 310 MCS” markalı, AZ 90-N-986 dövlət qeydiyyat nişanlı çəltik biçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14904 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Laverda LUM 310 MCS” markalı, AZ 90-E-117 dövlət qeydiyyat nişanlı çəltik biçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17000 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 749.1-ci maddəsinə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. İş məhkəmədə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC yetişdirdiyi çəltiyi yığmaq üçün Cavabdeh ASC-dən lizinq müqaviləsi əsasında 2 ədəd (Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan və Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan) çəltikyığan kombaynı lizinqə götürmüş, lakin həmin kombaynların istismarı zamanı hər ikisi sıradan çıxmış və lizinq alan öz vəsaiti hesabına yararsız ehtiyyat hissələrini yenisi ilə əvəzləyərək kombaynları işlək vəziyyətə gətirmişlər. İş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən sözügedən kombaynlarında ehtiyyat hissələrin dəyişdirilməsi əsaslı təmir hesab edilmiş, çəkilən xərclər isə hər kombayna görə müvafiq olaraq 14904 manat və 17000 manat olmaqla ümumilikdə 31904 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi kombaynlarında ehtiyyat hissələrin dəyişdirilməsi əsaslı təmir hesab edildiyinə görə Azərbaycan Respublikası MM-nin 748-1.7-ci maddəsinə əsasən təmir lizinq verən tərəfindən aparılır, lakin həmin təmirlə bağlı xərcləri lizinq götürən çəkdiyinə iddiaçının həmin tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, ekspert rəyində çəltik biçən kombaynlarının təmir-bərpa xərcləri, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 31904 manat məbləğində müəyyən edilsə də və həmin vəsait iddiaçının iddia tələbində kombaynların təmirinə görə tələb etdiyi tələbdən çox olsa da, məhkəmə iddia tələblərindən kənara çıxa bilmədiyindən iddia həmin hissədə, yəni 31860 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kombaynların sıradan çıxması nəticəsində 120000 manat məbləğində zərər dəyməsini qeyd etməklə həmin vəsaiti tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda kombaynların sıradan çıxması nəticəsində yetişdirilmiş məhsulun yığımının mümkünsüzlüyü barədə iddiaçının istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC 2017-ci ildə çəltikyığan kombaynların təmiri zamanı əvvəlki illərdə (cəmiyyət başqa texnikadan istifadə edirdi) çəltiyin yığılması üçün istifadə etdiyi digər texnikanın köməyindən istifadə edə bilərdi. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kombaynların sıradan çıxması nəticəsində 120000 manat məbləğində dəymiş zərərin tələbi təmin edilə bilməz. Bununla yanaşı iddiaçı 44726 manat məbləğində lizing ödənişlərindən azad olunamısını tələb etsə də, məhkəmə hesab edir ki, sözügedən texnikalar güzəştli şərtlərlə verildiyinə görə həmin tələb əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli və “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynların təmirinə çəkilmiş xərc kimi 31860 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 16,20%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının xərci olan 100 manat məbləğində pulun 16,20 manatı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən, 83,80 manatı İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli və “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynların təmirinə çəkilmiş xərc kimi 31860 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 16,20 manatı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən, 83,80 manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ ******************** SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev