Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-195/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi kredit müqaviləsi üzrə 163104,07 manat əsas borc, 11224,64 manat faiz borcu olmaqla, cəmi 174.328,71 manat borcun, ödənilmiş 65 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə və ünvan 2anında yerləşən mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə cavabdehə illik 15 % dərəcəsi ilə, 36 ay müddətinə 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 24 avqust 2021-ci il tarixli 006REAL21000134 nömrəli və 24 avqust 2021-ci il tarixli 006REAL21000135 nömrəli İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən daşınmaz əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən daşınmaz əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: ünvan 1 ünvanında yerləşən mənzil; ünvan 2anında yerləşən mənzil. Həmçinin borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000133 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Təşkilatına müraciət olunmuş və müraciət əsasında xx.xx.2023- cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər sessiyada iştirak etmədiyi üçün adıgedən mediasiya təşkilatı tərəfindən iddiaçıya X3 (İMS) İştirak Edilməməsi barədə Arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu tədqirdə dəbbə pulunu bu müqavilədə nəzərədə tutulmuş qaydada Kreditora ödəyir. Həmin Müqavilənin 3.1.5-ci bəndinə görə Kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Həmin Müqavilənin 3.2.9-cu bəndinə görə bu müqavilənin 3.1.5-ci bəndində nəzərədə tutulmuş hallarada bu müqaviləyə birtərəfli qaydada xitam verildikdə, kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla)ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun Kreditora ödəyir. 24 iyul 2023-ci il tarixinə cavabdehlərin xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə Banka 163 104,07 (yüz altmış üç min yüz dörd manat 07 qəpik) manat əsas borc, 11 224,64(on bir min iki yüz iyirmi dörd manat 64 qəpik) manat faiz borcu borcu olmaqla, cəmi 174 328,71 (yüz yetmiş dörd min üç yüz iyirmi səkkiz manat 71 qəpik) manat borcu vardır. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında bağlanmış Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən həmin müqavilədə göstərilmiş Kredit müqaviləsinə əsasən Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alman kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə 163104,07 manat əsas borc, 19092,55 manat faiz borcu borcu olmaqla, cəmi 182196,62 manat borcun, ödənilmiş 72,60 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulmasına və tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə və ünvan 2anında yerləşən mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC ilə “NN Apollon” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsinə əsasən:
9. İddiaçı ASC ilə "xxxx" MMC ilə arasında bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Azərbaycan Respublikası Sahibkarlıq inkişaf Fondunun (bundan sonra - Fond) "03" avqust 2021-ci il tarixli ZM- 1495/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 200000 manat məbləğində illik 15 (on beş ) faiz dərəcəsi ilə 36 (otuz altı ) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 (on iki ) ay olmaqla kredit verir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir.
12. Müqavilənin 3.1.5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər.
13. Müqavilənin 3.2.9-cu bəndinə görə bu müqavilənin 3.1.5-ci bəndində nəzərədə tutulmuş hallarada bu müqaviləyə birtərəfli qaydada xitam verildikdə, kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla)ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun Kreditora ödəyir.
14. Müqavilənin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 ( yeddi tam onda beş ) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
15. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 006GRNT21000133 nömrəli Zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən zamin Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür.
16. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000134 №-li İpoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil ipoteka qoyulmuş və ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 210.000 manat müəyyən edilmişdir.
17. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000135 №-li İpoteka müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil ipoteka qoyulmuş və ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 90000 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, mənzil sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
21. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, mənzil sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında İddiaçı ASC- ilə borc alan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il tarixə, maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
23. MEM-in xx.xx.2024-cü il tarixli, 9/8159 saylı rəyində cavabdehin əsas borcu xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il tarixə 163104,17 manat, faiz borcu 894,61 manat, maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixə əsas borcu 163104,17 manat və faiz borcu 1444,15 manat müəyyən edilmişdir.
24. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-255/2023 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən Cavabdeh1 məxsus mənzilin hazırkı bazar qiyməti 275000 manat və likvid qiyməti 248000 manat müəyyən edilmişdir.
25. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-256/2023 saylı mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən Cavabdeh1 məxsus mənzilin hazırkı bazar qiyməti 128000 manat və likvid qiyməti 116000 manat müəyyən edilmişdir.
26. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, ZB-353/24 saylı arayışına əsasən Cavabdeh2 MMC xx.xx.2021-ci il tarixli 06CRED21000017 saylı müqaviləyə əsasən banka əsas borcu – 163.104,07 manat, faiz borcu – 19.092,55 manat olmaqla cəmi borc 182196,62 manat qeyd olunmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/6268 saylı rəyinə əsasən Cavabdeh2 MMC-nin müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixə 163104,17 manat, faiz borcu 5774,87 manat, maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 163.104,17 manat və faiz borcu 25.211,43 manat müəyyən edilmişdir.
28. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə cavabdehə illik 15 % dərəcəsi ilə, 36 ay müddətinə 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 24 avqust 2021-ci il tarixli 006REAL21000134 nömrəli və 24 avqust 2021-ci il tarixli 006REAL21000135 nömrəli İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən daşınmaz əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən daşınmaz əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: ünvan 1 ünvanında yerləşən mənzil; ünvan 2anında yerləşən mənzil. Həmçinin borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000133 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli, 006GRNT21000133 №-li Zaminlik müqaviləsi bağlanmışdır.
30. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh2 MMC-nin mübahisəli kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
31. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
37. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
38. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Beləliklə, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
42. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində müəyyən edilən əsas və faiz borcu məbləğindən aşağı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə 24 avqust 2021-ci il tarixli 060CRLN 21000017 24 avqust 2021-ci il tarixli 060CRLN 21000017 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğləri iddia ərizəsində göstərilən məbləğdə yəni xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi) 163104,07 manat əsas, 19092,55 manat faiz olmaqla cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.
43. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
44. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 006REAL21000134 nömrəli və 24 avqust 2021-ci il tarixli 006REAL21000135 nömrəli İpoteka müqavilələrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
45. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
46. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
47. “İpoteka haqqında” Qanunun:
48. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
49. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
50. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
51. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
52. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
53. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
54. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
55. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
56. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillərə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutulmalıdır.
57. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
58. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
59. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-255/2023 və LP-256/2023 saylı mütəxəssis rəylərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev ünvanında yerləşən Cavabdeh1 məxsus 7 saylı mənzilin hazırkı bazar qiyməti 275000 manat və likvid qiyməti 247000 manat, 8 saylı mənzilin hazırkı bazar qiyməti 128000 manat və likvid qiyməti 116000 manat dəyərində olması müəyyən edilmişdir.
60. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev ünvanında yerləşən Cavabdeh1 məxsus 7 saylı mənzilin likvid qiyməti 247000 manat və 8 saylı mənzilin likvid qiyməti 116000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
62. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat, 72,60 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulmasına manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
64. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
65. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Beləliklə,məhkəmə hesab edirki, iddia təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 473 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 150 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 200 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 600 manat cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada xx.xx.2021ci il tarixli, 06CRED21000017 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə 163.104,07 əsas borc, 19.092,55 manat faiz borcu, dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 473 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 150 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 248.000 manat məbləğində müəyyən edilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus olan ünvan 2anında yerləşən mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 116.000 manat məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutulsun. Əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova