Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1951/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 27150 (iyirmi yeddi min yüz əlli manat) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manatı və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatı cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 01 iyun 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər əsas borcun dəqiqləşdirilməsini aparmış, müqavilə üzrə əsas borcun 27150 AZN (iyirmi yeddi min yüz əlli manat) olduğunu razılaşdırmışlar; Cavabdeh tərəfindən Müqavilə üzrə razılaşdırılmış əsas borc məbləği bu Sazişlə müəyyən edilən qaydada ödəniləcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər. 1.1. Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini – 27.150 AZN-i (iyirmi yeddi min yüz əlli manat) beş dəfəyə bölməklə 31 oktyabr 2021-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: - 10 000 AZN (on min ) 2021-ci ilin iyun ayının 30-dək; - 4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin iyul ayının 31-dək; - 4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin avqust ayının 31-dək; - 4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin sentyabr ayının 31-dək. - 4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin oktyabr ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz) xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən yəni 31 oktyabr 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, İddiaçı cavabdehdən əsas borc məbləğini dəyərləndirilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir.
2. Digər müddəalar. 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər əsas borcun dəqiqləşdirilməsini aparmış, müqavilə üzrə əsas borcun 27150 AZN (iyirmi yeddi min yüz əlli manat) olduğunu razılaşdırmışlar; Cavabdeh tərəfindən Müqavilə üzrə razılaşdırılmış əsas borc məbləği bu Sazişlə müəyyən edilən qaydada ödəniləcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər. 1.1. Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini – 27.150 AZN-i (iyirmi yeddi min yüz əlli manat) beş dəfəyə bölməklə 31 oktyabr 2021-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: -10 000 AZN (on min ) 2021-ci ilin iyun ayının 30-dək; -4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin iyul ayının 31-dək; -4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin avqust ayının 31-dək; -4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin sentyabr ayının 31-dək. -4287, 50 AZN (dörd min iki yüz səksən yeddi manat əlli qəpik) 2021-ci ilin oktyabr ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz) xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən yəni 31 oktyabr 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, İddiaçı cavabdehdən əsas borc məbləğini dəyərləndirilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir. 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aytən Əliyeva