Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1956/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 39111,47 manat əsas bоrcu, 2707,42 manat faiz bоrcu və 993,43 manat cərimə borcu olmaqla, ümumilikdə 42812,32 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 218,44 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Qanuni nümayəndə məxsus 10KN010 qeydiyyat nişanlı, “Mercedes Benz S350” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 42812,32 manat (qırx iki min səkkiz yüz on iki otuz iki qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 218,44 manat məbləğində dövlət rüsumunun həmin nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Qanuni nümayəndə və zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017R********** saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Qanuni nümayəndə 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Qanuni nümayəndə İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Qanuni nümayəndə götürdüyü krеdit bоrcundan 10888,53 manat ödəmiş, onun 39111,47 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Qanuni nümayəndə kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 144 gün üçün hesablanmış faiz borcu 2707,42 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 144 gün üçün hеsablanmış cərimə 993,43 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Krеdit xətti müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Qanuni nümayəndə ilə bank arasında bağlanılmış xx.xx.2023cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında 10KN010 qeydiyyat nişanlı, “Mercedes Benz S350” markalı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş 151922 saylı çıxarışa əsasən Qanuni nümayəndə məxsus olan 10KN010 qeydiyyat nişanlı, “Mercedes Benz S350” markalı nəqliyyat vasitəsi ilə Qanuni nümayəndə kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2024-cü il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1,448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.1-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən işirak etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə kredit alan və girov qoy X3, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan müəyyən olunur ki, bank tərəfindən X1 fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 (yüz iyirmi) ay müddətinə 30% (otuz) dərəcəsi ilə 500000 (beş yüz min) manat kredit xətti açılmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən verilən hər bir kredit üzrə kredit məbləği, faiz dərəcəsi, İFD, kredit müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir; 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür; 5.7-ci bəndinə əsasən bir gün üçün faiz, overdraft İFD-nin 1\360 kimi müəyyən olunur; 11.1-ci bəndinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə məsuliyyət daşıyır; 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılşma, o cümlədən kredit faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və Cavabdeh4 MMC və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir. 7.İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017R********** nömrəli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən Qanuni nümayəndə bank tərəfindən 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olan 50000 (əlli min) manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Razılaşma tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017R********** nömrəli kredit sazişi – biznes krediti və girov brədə qarışıq razılaşmaya əsasən Qanuni nümayəndə tərəfindən banka xx.xx.2025-ci il tarixə ödənilməli olan məbləğ 50000 manat əsas, 11282,16 manat faiz olmaqla, ümumilikdə 61282,16 manat təşkil edir.
9. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsi – köçürmə adlı sənəddən müəyyən olunur ki, Qanuni nümayəndə 50000 manat kredit verilmişdir.
10. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan və borc alan – Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017L**********49 nömrəli uzun müddətli kredit və təminat müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə tərəfindən onun mülkiyyətində olan **-KN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Mercedes Benz S350” markalı, ban WDD2211561A090107 olan avtomobil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 14000 manat təşkil edir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, OUT-2024/12/25-226 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan Qanuni nümayəndə müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (**-KN-*** dövlət qeydiyyat nişanlı,“Mercedes Benz S350” markalı, qara rəngli, ban WDD2211561A090107, mühərrik həcmi - 3500 olan avtomobil) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.
12. AR DİN BDYP tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AA seriyalı, 151922 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Qanuni nümayəndə ona məxsus **-KN-*** dövlət qeydiyyat nişanlı,“Mercedes Benz S350” markalı avtomobil İddiaçı QSC-də ipoteka ilə yüklü etmişdir.
13. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 017R********** nömrəli kredit razılaşması üzrə Qanuni nümayəndə xx.xx.2024-cü il tarixə banka olan borcu 39111,47 manat əsas, 2707,42 manat faiz, 993,43 manat cərimə borcu olmaqla, ümumilikdə 42812,32 manat təşkil edir (gecikdrilmiş günlərin sayı-144 gün).
14. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
15. İddiaçı QSC-nin Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, xx.xx.2024-cü il tarixinə qədər tərəflər arasında imzalanmış razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2427 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli, 017R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Qanuni nümayəndə banka olan borcu xx.xx.2024-cü il tarixə (ilk maliyyə arayışında göstərilən tarix) əsas borc üzrə - 39013,53 manat, faiz borcu üzrə - 2687,6 manat; xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə - 39013,53 manat, faiz borcu üzrə - 3814,66 manat məbləğində müəyyən olunur.
17. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, ƏEM/M 70-260/25 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, Qanuni nümayəndə məxsus **-KN-*** dövlət qeydiyyat nişanlı,“Mercedes Benz S350” markalı avtomobilin likvid dəyəri 18000 manat, bazar dəyəri 20000 manat təşkil edir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğuhallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan və girov qoy X3, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC arasında uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əsasən X1 fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 (yüz iyirmi) ay müddətinə 30% (otuz) dərəcəsi ilə 500000 (beş yüz min) manat kredit xətti açılmışdır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılşma, o cümlədən kredit faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyacağı barədə bank qarşısında öz üzərinə məsuliyyət götürür. İddiaçı QSC ilə Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli, 017R********** nömrəli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış, müqaviləyə əsasən Qanuni nümayəndə bank tərəfindən 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olan 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan və borc alan – Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017L**********49 nömrəli uzun müddətli kredit və təminat müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə tərəfindən onun mülkiyyətində olan **-KN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Mercedes Benz S350” markalı, ban WDD2211561A090107 olan avtomobil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
23. İddia tələbinin bir hissəsini cavabdеhlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 39111,47 manat məbləğində krеdit bоrcu, 2707,42 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2427 saylı ekspert rəyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcnunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 39013,53 manat (otuz doqquz min on üç manat əlli üç qəpik) əsas bоrc, 2687,60 manat (iki min altı yüz səksən yeddi manat altmış qəpik) faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, əsas və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən xx.xx.2025-ci il tarixli, 9/2427 saylı ekspert rəyi nəzərə alınmışdır. Belə ki, ekspert rəyinin məzmunundan müəyyən olunur ki, banka olan əsas borcun məbləği 3901,53 manat təşkil edir. İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür. Belə ki, ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə (pretenziya məktubu və maliyyə arayışında göstərilən tarix) olan faiz borcu 2687,6 manat təşkil etmişdir.
25. İddia tələbinin digər hissəsini cavabdеhlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 993,43 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 993,43 manat (doqquz yüz doxsan üç manat qırx üç qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.
28. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
29. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus yuxarıda qeyd edilən nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən **-KN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Mercedes Benz S350” markalı, ban WDD2211561A090107 olan avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Qanuni nümayəndə qaytarılmalıdır.
31. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
32. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 218,44 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasının xahiş etmişdir.
33. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,84 manat (iki yüz on yeddi manat səksən dörd qəpik) məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
34. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun 149,55 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada, 0,45 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
35. Həmçinin iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun 249,25 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada, 0,75 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB QSC, VÖEN: **********,müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 39013,53 manat (otuz doqquz min on üç manat əlli üç qəpik) əsas bоrc, 2687,60 manat (iki min altı yüz səksən yeddi manat altmış qəpik) faiz bоrcu, 993,43 manat (doqquz yüz doxsan üç manat qırx üç qəpik) cərimə, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 217,84 manat (iki yüz on yeddi manat səksən dörd qəpik) olmaqla, cəmi 42912,40 manat (qırx iki min doqquz yüz on iki manat qırx qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Qanuni nümayəndə məxsus olan **-KN-*** qeydiyyat nişanlı, “Mercedes Benz S350” markalı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Qanuni nümayəndə qaytarılsın. İpoteka predmeti olan, **-KN-*** qeydiyyat nişanlı, Mercedes Benz S350 markalı nəqliyyat vasitəsin ilkin satış qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun 149,55 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada, 0,45 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun 249,25 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada, 0,75 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB QSC, VÖEN: **********,müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova