Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1962/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Quliyev Ülvi İsa oğlunun iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “fəaliyyət barədə hesabatın verilməsi və audit təyin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin təsis edildiyi 29.03.2010-cu il tarixdən hazırki tarixədək maliyyə fəaliyyəti barədə hesabatın (təsdiqedici sənədlərlə birlikdə) iddiaçıya təqdim edilməsi, Cavabdeh1 MMC-nin təsis edildiyi tarixdən hazırkı tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair təsisçi İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 02 iyun 2022-ci il tarixdə məhkəməyə hər bir cavabdehin adından vəsatət ünvanlayaraq bildirmişdir ki, iddiaçı, iddia ərizəsində mübahisənin məhkəmədən qabaq mediasiya qaydasında həll edilməsinə səy göstərildiyi, lakin iddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.02.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasında iştirak edilməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi əsaslar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı Cavabdeh1 MMC-yə ünvanlanan əgər ünvanlanıbsa "Mediasiya prosesinin tətbiqi barədə təklifi” hansı ünvana və nə vaxt göndərməsi, qanunvericiliyin tələbinə əməl olunub olunmaması barədə məlumatlar iş materiallarında mövcud deyil. Bundan başqa iddiaçı mübahisənin mediasiya qaydasında həll edilməsinə səy göstərdiyini bildirmişdir. Lakin səyin nədən ibarət olmasını tam aydınlaşdırmamışdır. Belə ki, Cəmiyyət hər-hansı "Mediasiya prosesinin tətbiqi barədə təklifi” almamış və hazırkı mübahisəyə mediator olaraq X3 olması təklifi ilə razılaşmamışdır. Belə olan halda əgər tərəflər mediator barəsində 10 gün ərzində razılığa gələ bilməsələr, qanunvericiliyə əsasən Mediasiya Şurası mediator təyin etməlidir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçının təklifi təqdim edildiyi tarixdən 10 iş günü ərzində qüvvədə idi. Bu müddət ərzində tərəflər arasında razılıq əldə edilməzdisə, onda iddiaçı Mediasiya Şurasına müraciət edərək mediator təyin edilməsini tələb edə bilərdi. Qeyd edilməlidir ki, iddiaçı cavabdehə hər-hansı bir təkliflə müraciət etməmişdir. İddiaçının nəinki 10 iş günü heç 10 təqvim günü də gözləmədiyi ortadadır. Başqa sözlə ”Mediasiya haqqında” Qanunun 28.3-cü maddəsinin tələbi pozulub. Bundan başqa X1 tərəfindən "Mediasiyaya dəvət məktubu" cavabdeh təsisçi Cavabdeh2 göndərilmişdir. Cavabdeh1 MMC-yə hər-hansı bir təklif və ya "Mediasiyaya dəvət məktub» göndərilməmişdir. Halbuki Cavabdeh1 MMC məhkəməyə cavabdeh kimi təqdim ediləcəkdisə, onda ilk öncə Cavabdeh1 MMC-yə "Mediasiya prosesinin tətbiqi barədə təklif’ və son olaraq Mediator tərəfindən "Mediasiyaya dəvət məktubu" göndərilməli və mübahisə cavabdehin iştirakı ilə mediasiya qaydasında həll edilməli idi. Lakin bunların hər-hansı biri mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan da görünür ki, mediasiya sessiyası Cavabdeh2 barəsindədir, Cavabdeh1 MMC barəsində deyil. Beləliklə, hazırkı kommersiya mübahisəsi üzrə Cavabdeh1 MMC ilə bağlı heç bir mediasiya prosedurunun aparılmadığı ortadadır. İddia ərizəsinə qoşulmuş 14 fevral 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” Cavabdeh1 MMC-nin mediasiya sessiyasına dəvət edilməsi və mediasiya sessiyasının keçirilməsi anlamı daşıya bilməz və həmin Arayış həqiqəti əks etdirmir və qeyri-mötəbərdir. İddia ərizəsinə bu adda bir sənədin qoşulması heç də Qanunun tələblərinə əməl edildiyini demək üçün əsas deyildir. Başqa sözlə, həmin arayışın Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş arayışla heç bir bağlılığı yoxdur. Analoji olaraq Bakı Kommersiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin mediasiya sessiyasmın düzgün keçirilməməsinə dair məhkəmə təcrübəsi formalaşmışdır. Qanunun 21.9.1-ci maddəsinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Bundan əlavə iddiaçı Cavabdeh2 ünvanlanan əgər ünvanlanıbsa, "Mediasiya prosesinin tətbiqi barədə təklifi” hansı ünvana və nə vaxt göndərməsi, qanunvericiliyin tələbinə əməl olunub olunmaması barədə məlumatlar iş materiallarında mövcud deyil. Mediator "Mediasiyaya dəvət məktubu"nu 03 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanına göndərmişdir. Halbuki, cavabdehin qeydiyyat ünvanı tamam fərqlidir. İddiaçı isə onun lazımı qaydada məlumatlandırıldığı təsəvvürünü yaratmaq istəyir. Halbuki, qeyd etdiyi əyani sübut iddiaçının iş materiallarına əlavə etdiyi 28.03.2022-ci il tarixli AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışıdır. Həmin arayışdan da göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı ünvan 2elə olduğu halda hansı mediasiya sessiyasından bəhs edilə bilər. Qeyd edilənlərdən də göründüyü kimi məktubun cavabdehə çatdırılmadan 10 iş günü keçməmiş artıq İddiaçıva mediator təyin edilib? Daha doğrusu görünən odur ki, mediator təyinatı İddiaçının təklifindən daha əvvəl baş verib? X1 tərəfindən tərtib edilmiş 14.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışında guya onun ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt və telefon vasitəsilə məlumatlandırıldığımı bildirilir. Mediatorun bu əsasla çıxış etməsi məndə təəccüb doğurur. Belə ki, mənim qeydiyyat ünvanım başqa olduğu halda Mediatorun bu qənaətə gəlməsinin əsası nədir?! İş materiallarına əlavə edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan da görünür ki, mediasiya sessiyası təsisçi Cavabdeh2 barəsindədir, Cavabdeh2 isə bundan xəbəri yoxdur. Beləliklə, hesab edir ki, hazırkı kommersiya mübahisəsi üzrə Cavabdeh2 ilə bağlı heç bir mediasiya prosedurunun apanlmadığı ortadadır. İddia ərizəsinə qoşulmuş 14 fevral 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” Cavabdeh2 mediasiya sessiyasına dəvət edilməsi və mediasiya sessiyasının keçirilməsi anlamı daşıya bilməz və həmin Arayış həqiqəti əks etdirmir və qeyri-mötəbərdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatda cavabdeh tərəfin vəsatətini "xxxx" MMC-yə münasibətdə qəbul etdiyini və mediator tərəfindən hüquqi şəxsə təklif ünvanlanmadığını, bu səbəbdə də MMC-nin mediasiya sessiyasında iştirak etmədiyini bildirdi. Bundan əlavə işə qanuni baxılması məqsədilə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini qeyd etdi. Cavabdeh2 ilə bağlı isə bildirdi ki, sözügedən şəxs MMC-nin qanuni təmsilçisidir və hər ikisinin də ünvanı eynidir. Nizamnamədə və şəxsiyyət vəsiqəsində cavabdehin ünvan ünvan 3iyyatdadır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş etibarnamədə isə onun ünvanı Nizami rayonu olaraq qeyd edilmişdi. Maps arayışında isə başqa bir ünvandır. Əslində cavabdehin dəqiq ünvanının aydınlaşdırılması iddiaçının da məhkəməyə müraciəti zamanı maneələrin aradan qaldırılmasına köməklik etmiş olardı. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim edilmiş vəsatətlərin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu və 21.9.1- ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki işin hallarından müəyyən olunur ki, mediasiya prosesi zamanı Cavabdeh1 MMC-yə “mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmamış, ona “Mediasiyaya dəvət məktubu” göndərilməmişdir. Beləliklə də, cavabdeh hüquqi şəxsin mediasiya prosesində iştirakı təmin edilməmiş, onun mediasiya prosesi barəsində ümumiyyətlə məlumatı olmamışdır. İş üzrə digər cavabdeh olan Cavabdeh2 münasibətdə isə iş materiallarından görünür ki, fiziki şəxsə ünvanlanmış “Mediasiyaya dəvət məktubu” onun ünvanı olaraq ünvan 1 ünvanına göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AR Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan isə məlum olur ki, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 5ə də, cavabdeh fiziki şəxsin mediasiya prosesində iştirakı lazımı qaydada təmin edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh2 “Mediasiyaya dəvət məktubu” 03 fevral 2022-ci il tarixdə göndərilmiş, həmin vaxtdan 10 təqvim günü keçmədən 14 fevral 2022-ci il ildə Cavabdeh2 münasibətdə ilkin mediasiya prosesində iştirak edilməmə barədə arayış tərtib edilmişdir. ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd edilənlərə əsasən məkhəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən mediasiya prosesində iştiraka “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq riayət edilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “fəaliyyət barədə hesabatın verilməsi və audit təyin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1962/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1962/2022
13.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver