Məhkəmə qərarları › İş №e-2-2(113)-1962/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1962/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1962/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X15 Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" X15 Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 onun xeyrinə 3150 manat, eləcə də dövlət rüsumu üçün ödənilmiş 51,5 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə "xxxx" ATSC arasında bağlanmış, 07 avqust 2023-cü il tarixli, 08/1 saylı icarə müqaviləsinə əsasən "xxxx" ATSCyə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 210 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1050 manat məbləğində müəyyənləşdirilməklə X2 müddətli icarəsinə verilmişdir. Qeyd olunan müqavilə 01 noyabr 2022-ci ildə ləğv edilərək yeni icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə 19 yanvar 2024-cü il tarixində tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilmişdir. 19 yanvar 2024-cü il tarixli xitam sazişinin 2-ci bəndinə əsasən tərəflər bəyan etmişlər ki, bir-birlərinə qarşı müqavilə üzrə öhdəliklərinin icrasından irəli gələn fiziki şəxs X2 icarə haqqına görə xx.xx.2024-cü il tarixinə 3150 manat manat "xxxx" ATSC-yə borcu qalmışdır və müqavilə üzrə icra edilməmiş öhdəliklərdir. Həmçinin sözügedən müqavilənin 3-cü bəndinə əsasən xitam sazişi qüvvəyə mindikdən sonra sazişdə qeyd olunan X2 3150 manat manat borcu 10 gün müddətinə tamamilə ödənilməlidir. Qeyd edir ki, hazırkı vaxtadək yuxarıda sözügedən 07 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış 3150 manat borc cavabdeh tərəfindən ödənilməmiş qalır. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixində cavabdehə məktub ünvanlanaraq borcun ödənilməsini və sahəni boşaltması xahiş olunmuşdur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 399.4, 425, 430.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə bildirişlərini qəbul etsədə, məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ATSC ilə X7 arasında imzalanmış 07 avqust 2023-cü il tarixli 08/1 nömrəli icarə müqaviləsindən görünür ki, icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 210 kv.m təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini “İcarəçi”yə müvəqqəti istifadə üçün icarəyə verir. Tərəfləra arasında bağlanmış müqavilə üzrə icarə haqqı icarəyə verilən qeyri yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 1050 (bir min əlli) manat müəyyən edilmiş, icarəçi aylıq icarə haqqını hər cari ayın 10-dək ödəməli olması şərtləşdirilmişdir. Müqaviləsinin 5-ci bəndinə əsasən aylıq icarə haqqı vaxtmda ödənilmədikdə hər gecikdirilən gün üçün 0,5% peniya ödənilməsi şərtləşdirilmişdir. "xxxx" ASC ilə X7 arasında imzalanmış 19 yanvar 2024-cü il tarixli xitam sazişindən görünür ki, tərəflər arasında bağlanmış 07 avqust 2023-cü il tarixli 08/1 nömrəli icarə müqaviləsinə qarşılıq razılıq əsasında xitam verilmişdir. Sazişin 3-cü bəndinə əsasən X3 3150 manat borcu 10 gün müddətində tamamilə ödəməsi şərtlərşdirilmişdir, saziş iddiaçının nümayəndəsi və cavadeh tərəfindən imzalanaraq möhürlənmişdir. EBDM seriyalı, 369275 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1049,99 manat, EBDO seriyalı, 186777 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1049,99 manat, EBDQ seriyalı, 774025 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1049,99 manat, EBDS seriyalı, 922404 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1049,99 manat, EBDV seriyalı, 058190 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1049,99 manat icarə haqqı məbləği "xxxx" ATSC tərəfindən X4 ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" ATSC tərəfindən X4 göndərilmiş pretenziya məktubunda 07 avqust 2023-cü il tarixli 08/1 nömrəli icarə müqaviləsinə görə 3150 manat borcu 10 iş gün ərzində ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 210 kv.m təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyriyaşayış sahəsi təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, xitam sazişi ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icaəyə verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 3150 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3150 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 51,5 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 3150 (üç min bir yüz əlli) manat icarə haqqı, eləcə də ödənilmiş 51 (əlli bir) manat 50 (əlli) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ATSC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar