Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1964/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi X4 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Cavabdeh "xxxx" MMC ilə İddiaçı İCEA MMC arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixində bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X3 (QRP) əsasında 55.437,82 manat (ƏDVdaxil) dəyərində mallar (X3nda göstərilən) satılıbtəhvil verilmişdir. "xxxx" MMC-nin direktoru 2-ci Cavabdeh2 ilə İcea Uniform MMC arasında bağlanmış xx.xx.2022-ci il Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2, "xxxx" MMC-nin, İcea Uniform MMC ilə xx.xx.2022-ci il tarixində bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X3 üzrə "xxxx" MMC-nin götürdüyü öhdəliyə 200.000 manat həddində zamin olmuşdur. Alıcı olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür.
Müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı Alıcının tapşırığına əsasən Bu müqavilənin ayrılmaz hissəsi olan “Qiymət razılaşdırılma protokolunda” (və ya protokollarında) göstərilən malın markalara, standartlara və digər qeyd olunmuş göstəricilərə uyğun şəkildə “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, Satıcı malların göndərilməsi üzrə bu Müqavilədə nəzədrə tutulan öhdəliklərini yerinə yetirərək və nəqliyyat xərclərini öz üzərinə götürməklə Alıcıya malın hazır olan hər bir hissəni “elektron qaimə” və “təhvil-təslim” Aktı əsasında təhvil verir. - 2.3-cü bəndinə əsasən Satıcı “Qiymət razılaşdırılma protokolunda” (və ya protokollarında) göstərilən mallları müvafiq “Qiymət razılaşdırılma protokolu” (və ya protokolları) imzaladıqdan sonra alıcıya çatdırır. - 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə ödənişlər mallar tam həcmdə Bu müqavilənin 2.3-cü bəndində müəyyən olunan formada Alıcının mülkiyyətinə verildikdən sonra və ya malın alıcı tərəfindən sifarişi həyata keçirildikdən sonra, yəni öncədən Satıcının qaimə-fakturasını təqdim etdiyi gündən manat (AZN) valyutasında satıcının Bu müqavilədə göstərilən Bank hesabına köçürmə yolu ilə ödəyir. - 3.4-cü bəndinə görə Tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik (Qarışılıqlı üzlışmə aktları) tərtib edilə bilər. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" MMC-nin direktoru 2-ci Cavabdeh2 ilə İcea Uniform MMC arasında bağlanmış xx.xx.2022-ci il Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2, "xxxx"MMC-nin, İcea Uniform MMC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X3 üzrə "xxxx" MMC-nin götürdüyü öhdəliyə 200 000 manat həddində zamin olmuşdur. Alıcı olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. “ASB GROUP" MMC-nin direktoru 2-ci Cavabdeh2 ilə İcea Uniform MMC arasında bağlanmış xx.xx.2022-ci il Zaminlik müqaviləsini Zamin Cavabdeh2 öz imzası ilə təsdiq etmişdir.
3. xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “ASB GROUP" MMC-yə 55.437.82 manat dəyərində mal təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı MMC tərəfindən cavabdehlər “ASB GROUP" MMC-yə və Cavabdeh2 borcun ödənilməsinə dair xx.xx.2025-cü il tarixli Pretenziya ünvanlanaraq 55.437,82 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
İddiaçı MMC Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 55 437,82 manat əsas borc və 260 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərci müştərək qaydada tutulub, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı İCEA MMC arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixində bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X3 (QRP) əsasında 55 437,82 manat (ƏDVdaxil) dəyərində mallar (X3nda göstərilən) satılıb-təhvil verilmişdir. Həmin Müqaviləyə və QRPyə əsasən qiymətin 30% ilkin ödəniş formasında, qalan 70%-isə mallar təhvil veriləndən sonra 10 gün ərzində elektron qaimə əsasında ödənilir. xx.xx.2022-ci il tarixli Təhvil Təslim aktından və Elektron qaimədən görünür ki, malların hamısı təhvil verilib. Bütün bunlara baxmayaraq Alıcı təhvil aldığı malların qiyməti olan cəmi 55.437,82 manat pulu ödəməyib. Dəfələrlə tələb etsələr də bunun heç bir faydası olmamışdı. İddia tələbi cavabdehin iddiaçıya olan 55 437,82 manat pulun və buna dair məhkəmə xərclərinin tələb olunması ilə bağlı olmuşdur. Bu pulun ödənilməsi üçün iddiaçı cavabdehə pritenziya məktubunu göndərmiş və 3 gün ərzində həmin pulun ödənilməsi tələb olunub. Lakin cavabdeh həmin pritenziya məktubuna da əməl etməyib. Qeyd edir ki, "xxxx" MMC-nin direktoru 2-ci Cavabdeh2 olub. Bundan başqa Cavabdeh2 ilə İcea Uniform MMC arasında bağlanmış xx.xx.2022-ci il Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2, "xxxx" MMC-nin, İcea Uniform MMC ilə xx.xx.2022-ci il tarixində bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X3 üzrə "xxxx" MMC-nin götürdüyü öhdəliyə 200.000 manat həddində zamin olmuşdur. Buna baxmayaraq, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 55.437,82 (Əlli beş min dörd yüz otuz yeddi manat 82 qəpik) manat hissəsini bu günədək ödəməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 470, 472, 567, 598.1, 598.2 və 598.3-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
İddiaçının nümayəndəsi və vəkili/vəkil X2 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qədul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər "xxxx" MMC və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkləmə Azərbaycan Respublikasl MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Azərbaycan Respublikasl MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
2. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
3. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
4. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
5. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış Alqı satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli X1 (QRP) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək çeşidli məhsulları cavabdehə satmışdır. Cavabdeh "xxxx" MMC isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 55.437,82 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “ASB GROUP" MMC-yə 55.437.82 manat dəyərində mal təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı MMC (mal verən) ilə “ASB GROUP" MMC (mal alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsi və eyni tarixli X3 və onun əsasında bağlanmış xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi üzrə zamin “ASB GROUP" MMC-nin direktoru Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliklərinə, 200.000 mahat həddində zamin durmuşdur. Məhkəmə zamin “ASB GROUP" MMC-nin direktoru Cavabdeh2 xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsi və eyni tarixli X3 üzrə İddiaçı MMC qarşısında cavabdeh “ASB GROUP" MMC-nin öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli Alqı satqı müqaviləsi üzrə borcun müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. Hazırda iddiaçı iddiasında 55.437,82 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə olan halda məhkəmə cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğunu, belə olan halda iddiaçının alqı-satqının predmeti olmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 55.437,82 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir.
6. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, 260 manat məbləğində dövlət rüsumu və vəkil xidmətinə görə 100 AZN məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.
7. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 260 manat təşkil edir.
8. Hazırkı qətnamə ilə iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 260 manat məbləğində pul vəsaiti və vəkil xidməti üçün ödənilən 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 55.437,82 manat əsas borc və 260 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərci müştərək qaydada tutulub, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Müseyib Bayramov