Məhkəmə qərarları › İş №e-2-2(113)-1966/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1966/2024

11.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1966/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, X3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışının ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, X4, X5 və X2 qarşı payın müəyyən olunaraq naturada ayrılması, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X1 qarşı müqavilənin və maliyyə arayışının ləğv edilməsi, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair birləşdirilmiş işlərə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, X4, X5 və X2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Cavabdeh2 cəlb edilməklə) qarşı payın müəyyən olunaraq naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-741/2024 saylı qərardadı ilə həmin iş (İş № e-2-2(113)-741/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-1966/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X1 qarşı müqavilənin və maliyyə arayışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2234/2024 saylı qərardadı ilə həmin iş (İş № e-2-2(113)-2234/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-1966/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2005/2024 saylı qərardadı ilə həmin iş İddiaçı cavabdehlər "Rast” Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 ve X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışının ləğv edilməsi tələbinə dair e-2-2(113)-1966/2024 saylı işlə bir icraatda birləşdirilmişdir. İşin məhkəmə hazırlıq iclası 11 iyun 2024-cü il tarixə saat 09:45-ə təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə ərizə ilə müraciət edərək, e-2- 2(113)-741/2024, e-2-2(113)-1966/2024, e-2-2(113)- 2234/2024 və e-2-2(113)-2005/2024 nömrəli kommersiya işləri üzrə iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun İddiaçı geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil4 həmin ərizəni müdafiə edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun İddiaçı geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında X3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu e-2-2(113)-741/2024, e-2-2(113)-1966/2024, e-2-2(113)- 2234/2024 və e-2-2(113)- 2005/2024 nömrəli kommersiya işləri üzrə iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Digər cavabdehə və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Eləcə də, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X11 cəlb edilməklə) müqavilənin və maliyyə arayışının ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, X4, X5 və X2 qarşı payın müəyyən olunaraq naturada ayrılması, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X1 qarşı müqavilənin və maliyyə arayışının ləğv edilməsi, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair birləşdirilmiş iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar