Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1980/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 11.380,74 manat məbləğində krеdit bоrcu, 2.472,29 manat məbləğində faiz bоrcu və 1.996,16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15.849,19 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3.619,26 manat ödəmiş, onun 11.380,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 304 gün üçün hesablanmış faiz borcu 2.472,29 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 304 gün üçün hеsablanmış cərimə 1.996,16 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 200 manat haqq ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında qeyd etmişdir ki, borcunu qəbul edir. Pandemiya şəraiti ilə əlaqədar ödəniş edə bilmirdilər. Əsas məbləğ həqiqəti əks etdirir. Lakin faiz borcu ilə razı deyil. Cavabdeh1 məhkəmə iclasında ona verilən sullara cavab olaraq bildirmişdir ki, krediti biznes fəaliyyəti ilə əlaqədar götürmüşdür. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunduğunu, məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300.000 manat məbləğində 120 ay müddətinə xx.xx.2028-ci il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 19 oktyabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və Kredit Razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “20 yanvar” filialı (bank) ilə Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 22 oktyabr 2018-ci il tarixli, 005S**********01 saylı və 29 oktyabr 2019-cu il tarixli 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 300.000 manat məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən bank məbləği 15.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ22ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 75 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 24.58 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 15.000 manat, faizin məbləği 2.994,97 manat, cəmi ödəniləcək məbləğ 17.994,97 manat məbləğində müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 15.000 manat kredit Cavabdeh1 AZ22ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 005R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 12.139,31 manat, faizin məbləği 2.302,93 manat, hesablanmış fazi borcu 0 manat, hesablanmış cərimə borcu 0 manat, cəmi ödəniləcək məbləğ 14.442,24 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 005R**********SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 12.139,31 manat, faizin məbləği 2.297,91 manat, hesablanmış fazi borcu 0 manat, hesablanmış cərimə borcu 0 manat, cəmi ödəniləcək məbləğ 14.437,22 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 005R**********SC saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixənədək ödəyəcək əsas məbləğ 12.139,31 manat, faizin məbləği 2.757,17 manat, hesablanmış fazi borcu 918,96 manat, hesablanmış cərimə borcu 12,14 manat, cəmi ödəniləcək məbləğ 15.827,58 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2021-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixinə əsas borcu 11.380,74 manat, faiz borcu 2.472,29 manat, (gecikdirilən günlərin sayı 304 gün) cərimə borcu 1.996,16 manat olmaqla, cəmi borc 15.849,19 manat təşkil edir. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubları ünvanlanaraq xx.xx.2022-ci il tarixə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2022-ci il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/3483 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" QSC-yə olan borcu xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcu 11.380,74 manat, faiz borcu 3.667,90 manat təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 005R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 müqavilədə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşmalar ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" QSC Cavabdeh1 xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun xx.xx.2022-ci il tarixədək ödənilməsini tələb etmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş, lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə gecikdirilmiş borc ödənilməmişdir. İşin yuxarıda göstərilən halları dəlalət edir ki, cavabdeh bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə gecikdirilmiş borcu ödəmədiyindən həmin razılaşmaya xx.xx.2022-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 005R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də iddiaçı "xxxx" QSC xx.xx.2022ci il tarixdə cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı kredit razılaşmasına vaxtından əvvəl birtərəfli qaydada xitam vermişdir. Mübahisəli razılaşma xitam verildikdən sonra cavabdeh həmin razılaşma üzrə əsas və razılaşmanın xitam veridlyii tarixə hesablanmış faiz borcunu qaytarmamışdır. Odur ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 mübahisəli kredit razılaşması üzrə əsas borcun və müqavilənin xitam verildiyi tarixədək olan müddət üçün hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il (iddia ərizəsində və maliyyə arayışında tələb olunan) tarixə əsas kredit borcunun 11.380,74 manat, faiz borcunun 3.667,90 manat təşkil etməsi müəyyən edilmişdir. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Odur ki, məhkəmə ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş 3.667,90 manat fazi borc məbləğini əsas götürməklə və həmin rəyin tədqiqat hissəsində əks olunmuş cədvəldəki məlumatlardan istifadə etməklə hesab edir ki, cavabdehin müqaviləyə xitam verildiyi tarixə xx.xx.2022-ci il tarixə faiz borcu aşağıdakı kimidir: 3667,90 – 62 gün (xx.xx.2022-xx.xx.2022) x 7,27 manat (cədvəldə göstərilən bir gün üçün hesablanan faiz məbləği)=3667,90-450,74=3217,16 manat Beləliklə, müqaviləyə xitam verildiyi tarixə - xx.xx.2022-ci il tarixə Cavabdeh1 mübahisəli kredit razılaşması üzrə banka borcu 3217,16 manat təşkil edir, bank isə iddiasında həmin kredit razılaşması üzrə 2.472,29 manat faiz borcunun tutulmasını tələb edir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, kredit müqavilələri üzrə əsas və faiz borcun tutulması hissəsində iddia təmin edilməli, xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması üzrə 11.380,74 manat əsas və 2.472,29 manat məbləğində faiz borcu Cavabdeh1 bankın xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 1.996,16 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 22 oktyabr 2018-ci il tarixli, 005S**********01 saylı və 29 oktyabr 2019-cu il tarixli 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 kredit alan Cavabdeh1 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi, o cümlədən həmin uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı, xx.xx.2019-cu il tarixli saylı razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh1 19 oktyabr 2018-ci il tarixli, 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 137,55 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11.380,74 manat məbləğində əsas borc, 2472,29 manat məbləğində faiz borcu və 500 məbləğində dəbbə pulu, cəmi 14.353,03 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 80 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1980/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1980/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver