Məhkəmə qərarları › İş №e-2-2(113)-2/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Müəssisəsinə qarşı “borcunödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə “X1 və Ticarət Limited” Müəssisəsi arasında bağlanmış 31 avqust 2015-ci il tarixli 1xx/xx/3733/15 saylı kredit müqaviləsi üzrə 207957,32 (iki yüz yeddi min doqquz yüz əlli yeddi ABŞ dolları, otuz iki sent) ABŞ dolları məbləğində əsas borc, 47.896,73 (qırx yeddi min səkkiz yüz doxsan altı ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları məbləğində faiz borcu, 143222,23 (yüz qırx üç min iki yüz iyirmi iki ABŞ dolları,iyirmi üç sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 19609,52 (on doqquz min altı yüz doqquz ABŞ dolları, əlli iki sent) ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 418685,8 (dörd yüz on səkkiz min altı yüz səksən beş ABŞ dolları, səksən sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun “X1 və Ticarət LTD” Müəssisəsindən tutulmasına, 2. İpoteka predmetinin ilkin satış qiyməti 478.000 (dörd yüz yetmiş səkkiz min) manat məbləğində müəyyən edilməklə “X1 və Ticarət Limited” Müəssisəsindən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü ünvan 1 ünvanlı qeyri-yaşayış sahəsinə yönəldilməsinə və ipoteka predmetinin açıq hərracdan satılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məlumat verməmişlər. İddiaçı tərəf 30 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək iddia ərizəsi nin baxılmamış saxlanmasın xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" müəssisəsinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul "xxxx" Kommersiya Bankı QSC-yə (ləğv prosesindədir) geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar