Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-20/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Nümayəndə1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Nümayəndə1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 139895.89 manat əsas borcun, 26358.16 manat faiz borcunun, cəmi 166281.05 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş, Cavabdeh5 Qurban oğlunun və Cavabdeh4 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv m-dən ibarət qeyri-yaşayış binası – 80 saylı hamam kompleksinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv m-dən ibarət qeyri-yaşayış binası – 80 saylı hamam kompleksindən çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqim edərək, Cavabdeh5 10 iyul 2018-ci il tarixli 100876-529791/1 nömrəli kredit xətti müqaviləsi əsas borc 93026,71 manat, əsas borca hesablanmış faiz borcu 20352,83 manat olmaqla, cəmi 113379,54 manat məbləğində borcu, 20352,83 manat olmaqla, cəmi 113379,54 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 130 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş, Cavabdeh5 Qurban oğlunun və Cavabdeh4 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv m-dən ibarət qeyri-yaşayış binası – 80 saylı hamam kompleksinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv m-dən ibarət qeyri-yaşayış binası – 80 saylı hamam kompleksindən çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə fərdi sahibkar Cavabdeh1 arasında 2018-ci il tariхli, 100876-529791/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit xətti müqaviləsinin şərtlərinə görə Nümayəndə1 ASC tərəfindən Cavabdeh1 əsas vəsaitin artırılması məqsədilə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit xətti açılmış və və həmin məbləğ Cavabdeh1 tərəfindən hissə-hissə olaraq götürülmüşdür. 1.2. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq, Cavabdeh5 (2/3 pay) və Cavabdeh4 (1/3 pay) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv.m-dən ibarət qeyri-yaşayış binası—80 saylı hamam kompleksi 10 iyul 2018-ci il tariхli, 100876- 529791/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipot qoyulmuşdur. 1.3. Еyni zamanda, bank və cavabdeh – Cavabdeh5 arasında 10 iyul 2018-ci il tariхli, 100876- 529791/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 1.3. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/0078/2021 nömrəli Bildiriş ipotekaqoyanlar Cavabdeh5 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X3 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). 1.4. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Nümayəndə1 ASCnin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Lakin Cavabdeh1 17 iyul 20221-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən onun cavabdehlər siyahısından çıxarılması zərurəti yaranmışdır. Bundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra cavabdehlər tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmin ödənişlər nəzərə alınmaqla 10 iyul 2018-ci il tarixli 100876- 529791/1 nömrəli kredit xətti müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixə borcun məbləği 93026,71 manat əsas borc, 20352,83 manat məbləğində faiz borcu olmaqla, cəmi 113379,54 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Səmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əsas borclu olan Cavabdeh1 vəfat etmiş, onun vərəsəsi olmadığı üçün hazırkı müqavilə üzrə borc zamindən, yəni Cavabdeh5 tutulmalı, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs, yəni Cavabdeh4 mərhum Cavabdeh1 oğludur. Cavabdeh1 adına hər hansı daşınar və ya daşınmaz əmlak olmadığı üçün notariat ofisinə mirasın qəbulu barədə ərizə verilməmişdir. Hazırkı iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə və hazırkı iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Fidan Məmmədovaya (onun qanuni nümayəndəsinə) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının cavabdehlərin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Nümayəndə1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 100876-529791/1 saylı kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank borcalana 200,000 manat məbləğində bərpa olunmayan kredit xətti açmağı və razılaşdırılmış qaydada xətt üzrə ayrılacaq kredit verməyi, borcalan isə verilmiş kredit xətti üzrə ayrılmış kredit məbləğini qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə götürülmüş kredit məbləğini qaytarmağı, habelə kredit xətti üzrə alınmış tranşların 1 №-li əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 18 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. 1.2Ş Kredit xətti 36 ay müddətinə açılır. Borcalan hazırki kredit xəttindən kredit xətti müqaviləsinin bağlanmasından sonra yalnız 12 ay ərzisndə istifadə edə bilər. Kredit müqaviləsi üzrə minimum tranş 15000 manat ola bilər. Kredit xətti əsas vəsaitin artırılması məqsədilə açılır. Nümayəndə1 ASC ilə Cavabdeh1, Cavabdeh5 arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 100876-529791/1 saylı zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 10 iyul 2018-ci il tarixli 100876-529791/1 nömrəli kredit xətti müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bankla borc alan arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 100876-529791/1 nömrəli kredit xətti müqaviləsinə əsasən bank borc alana əsas vəsaitin artırılması məqsədi ilə illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 200 000,00 manat məbləğində kredit xətti verir. Nümayəndə1 ASC ilə (ipoteka saxlayan) Cavabdeh4 (ipoteka qoyan), Cavabdeh5 (ipoteka qoyan, borc alan), Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100876-529791/1 saylı ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış 23 aprel 20218-ci il tarixli 100850-499145/1 nömrəli kredit, 10 iyul 2018-ci il tarixli 100897-PC********** nömrəli “Expresso” kredit xətti və 10 iyul 2018-ci il tarixli 100876-529791/1 nömrəli kredit xətti müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi bu Müqavilələrdə qeyd edilmiş əmlakın ipoteka qoyulması barədə razılığa gəlmələri təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka qoyan bu Müqavilənin 3-cü bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin, kredit xəttinin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün İpoteka saxlayanın zəruri xərclərinin, kredit, kredit xətti və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə istifadədə olan 0,05712 ha torpaq sahəsində yerləşən Cavabdeh5 2/3 pay və Cavabdeh4 1/3 pay mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası - 80 saylı hamam kompleksini Nümayəndə1 ASC-də ipoteka ilə yüklü edir. İpoteka predmetinin likvid dəyəri 400000 manat müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışından aydın olur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Nümayəndə1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 xx.xx.2018-ci il və Cavabdeh2 xx.xx.2018-ci il tarixli ərizələrindən məlum olur ki, onlar ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına razıdırlar, borclar ödənilmədiyi təqdirdə tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsinə etiraz etmədiklərini və gələcəkdə tutma ipoteka qoyulmuş əmlaka yönəldikdə onu qeyd-şərtsiz tərk etməyi öz öhdələrinə götürmüşlər. Qeyd olunan ərizələr notarial qaydada təsdiq edilmişdir. Kredit müqaviləsinə 1 nömrəli əlavə ödəniş cədvəlinə əsasən Cavabdeh1 100876- 529791/1 saylı müqaviləyə əsasən 12,108.84 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 3,032.16 manat, 14,137.74 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 3,718.49 manat, 13,142.26 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 3,712.62 manat,12,815.13 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 3,886.74 manat, 17,407.17 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 5,516.91 manat, 12,483.08 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,015.86 manat, 12,526.24 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,081.62 manat, 11,872.96 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,276.62 manat, 11,603.68 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,418.81 manat, 11,339.56 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,542.89 manat, 11.378.82 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4,610.34 manat, 11,178.28 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 4.823.08 manat, 11,625.70 manat məbləğə görə cəmi ödəməli olduğu faiz məbləği 5,196.89 manat təşkil edir. Nümayəndə1 ASC Cavabdeh1 xəbərdarlıq məktubu göndərərək 29 iyun 2020-ci il tarixə 20390.09 manat əsas borc, 5396.14 manat faiz borcu və 5.23 manat cərimə olmaqla, cəmi 25791.46 manat borcunu 7 gün müddətində ödəməyi tələb etmiş əks halda borcun ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət edərək borcun məcburi tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddia qaldıracaqları barədə xəbərdarlıq etmişdir. Nümayəndə1 ASC Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2021-ci il tarixdə 001/007/0078/2021 saylı bildiriş göndərərək 155533.08 manat məbləğində yaranmış borcu 3 iş günü ərzində ödəməyi tələb etmiş, əks təqdirdə kredit xətti müqavilələri üzrə yaranmış borcun tutulması tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəmədə iddia qaldıracaqları barədə xəbərdarlıq etmişdir. Nümayəndə1 ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə borcalan Cavabdeh1 banka 93026,71 manat əsas borc və 20352,83 manat faiz borcu olmaqla, cəmi 113379,54 manat borcu mövcuddur. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli MB 14/1006 nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin likvid qiyməti – 860 000 manat, bazar qiyməti isə 1 200 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 9/5369 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100876-529791/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 24 mart 2020-ci il tarixə əsas borcu 160418,91 manat, faiz borcu 1684,40 manat, 10 iyul 2021-ci il tarixə isə əsas borcu 159846,77 manat, faiz borcu isə 36764,76 manat təşkil edir. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş və ölən günədək ünvan 5 ünvanında qeydiyyatda olmuş Cavabdeh1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə vərəsə X2 (yetkinlik yaşına çatmadığı səbəbindən Qanuni nümayəndə imza etmişdir) tərəfindən müraciət olunmuş, vərəsənin ərizəsi əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılmasından qanunla müəyyən edilmiş altı ay müddətin başa çatmasına baxmayaraq miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və başqa vərəsə tərəfindən müraciət olunmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əmlakın hüquqmüəyyənedici sənədinin notariat ofisinə təqdim edilməsi mütləqdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh1 adına daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 100876-529791/1 nömrəli kredit xətti müqaviləsinə əsasən borcalanın 28 fevral 2023-cü il tarixə əsas borcu 93026,71 manat, faiz borcu 20352,83 manat, cəmi 113379,54 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Materiallardan görünür ki, əsas borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüş, onun ölümündən sonra miras əmlak müəyyən edilmədiyi üçün vərəsəlik şəhadətnaməsi verilməmiş, habelə mirasın faktiki qəbul edilməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas öhdəliyə borclu Cavabdeh1 ölümü ilə xitam verildiyindən əsas öhdəliklə bağlı olan aksessor öhdəliklərə də (zaminlik və ipoteka) xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarına əsasən “Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur... Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.... Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.... Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun zamin olan cavabdehdən tələb edilməsi və tələbin ipoteka pedmetinə yönəldilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 450 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 200 manat hissəsi iddiaçıdan, 250 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə ilə bağlı 50 (əlli) manat ekspertiza xərci iddiaçı, 50 (əlli) manat ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci iddiaçı, 250 (iki yüz əlli) manat ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-20/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-20/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver