Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-20/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, X10, X11 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir-X5 və Cavabdeh4 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat otuz altı qəpik) əsas borc, 76382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat otuz dörd qəpik) faiz borcu, 62494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1225740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinə və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin hərracdan ilkin satış qiymətinin 753000 (yeddi yüz əlli üç min) manat məbləğində, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evininin hərracdan ilkin satış qiymətinin 390400 (üç yüz doxsan min dörd yüz) manat məbləğində müəyyən edilərək, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 150 (yüz əlli) manat məbləğində xidmət haqqının, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1203 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC (“borcalan”) arasında xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 nömrəli ümumi şərtlər toplusu və ona edilmiş xx.xx.2014-cü il tarixli, 1 nömrəli əlavə imzalanmışdır. Qeyd olunan ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2015-ci il tarixli, K1704 saylı kredit xətti (maksimal borclanma limiti) müqaviləsi, ona edilmiş xx.xx.2016-cı il tarixli, 01 saylı əlavə, xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə, xx.xx.2019-cu il tarixli, 03 saylı əlavə, xx.xx.2021-ci il tarixli, 04 saylı əlavə, eyni zamanda xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limiti müqaviləsi imzalanmışdır. Daha sonra K1704 saylı və GL4454 saylı kredit xətti (maksimal borclanma limiti) müqavilələri çərçivəsində bank tərəfindən Cavabdeh1 MMCyə xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 8 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixədək ******* manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 09 iyun 2021-ci il tarixli, İS3757 saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İS3757 saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi: **********52-05301-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 09 iyun 2021-ci il tarixli, İS3758 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İS3758 saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi: **********52-10301; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh4 oğlu arasında xx.xx.2021-ci il tarixli, Z4415 saylı, Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, Z4416 saylı, Cavabdeh3 arasında xx.xx.2021ci il tarixli, Z4417 saylı zaminlik müqavilələri bağlanmışdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 nömrəli ümumi şərtlər toplusunun İV bölməsinin 5-ci bəndinə əsasən kreditin ümidsiz kreditə çevrilmə riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC ipoteka qoyan Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 20 (iyirmi) manat dövlət rüsumu və 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1203 manat dövlət rüsumu ödəmişdir. Borcalan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat, otuz altı qəpik) əsas borc, 76382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat, otuz dörd qəpik) faiz borcu, 62494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1225740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik), gecikmə gününün sayı 501 gün təşkil edir.
3. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat əsas borc, 166652,39 manat cərimə borcu olmaqla, cəmi 1253515,75 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulmas, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 753000 manat, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evininin hərracdan ilkin satış qiyməti 390400 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 150 manat məbləğində xidmət haqqının, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1217 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 295, 317, 319.1, 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.1, 59.3, 59.4-cü maddəsinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsin xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd edilən xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarında müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən dolduraraq banka təqdim olunması tələb olunur. Müştəriyə yalnız müvafiq ərizə formasında qeyd etdiyi xidmət təqdim olunacaq. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan ərizə formalarında öz əksini tapacaq. Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün ərizə formaları müqavilənin ayrılmaz hissəsini təşkil edir. Ümumi şərtlər toplusunun “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Müqavilənin qüvvədə olduğu müddət ərzində açılan yeni hesablar üzrə münasibətlərə də eyni qaydalar tətbiq ediləcək. Tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi nəzərdə tutula bilər. Bu halda bank kreditləşmənin həyata keçirildiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu müqavilənin müvafiq bəndinin müddəaları və bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq; 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec, ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir; 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. Ümumi şərtlər toplusunun 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir; 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir; 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır; 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir; 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir; 3.11ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir; 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə maliyyələşdirmə üçün ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
9. xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2024 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna xx.xx.2014-cü il tarixli 1 nömrəli əlavəyə əsasən müqaviləyə bu dəyişikliklərin edilməsi barədə razılıq əldə edilmişdir: İİ.2.2.7. Bank müştəri tərəfindən təhvil verilən nağd pullların yenidən sayılması və ya çeşidlənməsi nəticəsində kənarlaşma (artıq və ya əksik gəlmə, ödəmə qabiliyyəti olmayan, saxta pul və s.) aşkar edərsə, bankın bu zaman fərq məbləğinin bankın əməliyyat departamentinin tərtib etdiyi aktlarına əsasən mübahisəsiz qaydada silmək və əksinə onun hesabına mədaxil etmək hüququ vardır; İİ.2.3.6. Müştəri bu müqavilənin İİ.2.2.7 bəndində göstərilən hallarda bankın tərtib etdiyi müvafiq aktları mübahisəsiz qəbul edəcəyini öhdəsinə götürür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2016-cı il tarixədək ******* (üç milyon) manat məbləğində birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.
11. xx.xx.2016-cı il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 01 saylı ərizənin məzmunundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 02 saylı ərizənin məzmunundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, maksimal borcalma limitinin məbləği ******* manat müəyyənləşdirilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 03 saylı ərizəyə əsasən xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, maksimal borcalma limitinin məbləği ******* manat müəyyənləşdirilmişdir. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 04 saylı ərizənin məzmunundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Kredit verən qismində İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli, GL4454 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən kredit verən tərəfindən kredit alana xx.xx.2031-ci il tarixinədək illik faiz dərəcəsi 25%-dək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi 34%-dək (gündəlik 0,0944%) olmaqla 60000000 (altmış milyon) manat kredit limiti açılmışdır.
16. xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 8%, kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsi 8%, illik/gündəlik cərimə faiz dərəcəsi 9% olmaqla, ******* (bir milyon altı yüz) manat məbləğində birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.
17. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X7 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli, İS3757 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının sonradan ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpoteka predmeti ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsidir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmetinin dəyəri ******* manat müəyyən edilmişdir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
18. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X7 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli, İS3758 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının sonradan ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpoteka predmeti ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmetinin dəyəri 488000 manat müəyyən edilmişdir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
19. İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021ci il tarixli, PB/PBL-OUT-01319-2021 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, Əmlak Məsələləri Dövlət Koitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirişin qeydə alındığı göstərilmişdir. Bildirişin qeydə alınması üçün İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir.
20. İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021ci il tarixli, PB/PBL-OUT-01320-2021 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, Əmlak Məsələləri Dövlət Koitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirişin qeydə alındığı göstərilmişdir. Bildirişin qeydə alınması üçün İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir.
21. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, Z4415 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60000000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
22. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, Z4416 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60000000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
23. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, Z4417 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60000000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat nömrəsi: **********.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2031-ci ilədək yüklü edilmişdir.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2031-ci ilədək yüklü edilmişdir.
29. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, FJB**********146 nömrəli ödəniş qəbzinə əsasən Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin bank hesabında 140000 manat vəsait köçürülmüşdür.
30. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
31. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat, otuz altı qəpik) əsas borc, 76382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat, otuz dörd qəpik) faiz borcu, 62494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1225740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik), gecikmə gününün sayı 501 gün təşkil edir.
32. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinə borcalanın İddiaçı ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat əsas borc, 166652,39 manat cərimə borcu olmaqla, cəmi 1253515,75 manat təşkil edir.
33. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin K1704/06 saylı maliyyələşdirmə ərizəsi üzrə xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə olan borcu 921863,36 manat əsas, 546608,64 manat cərimə borcu olmaqla, ümumilikdə ******* manat təşkil edir (gecikmə günü: 1211 gün).
34. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2021-ci il tarixli, PB-OUT-04331-2021 nömrəli xəbərdarlıq məktubu ilə borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
35. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qiymətləndirici rəyinə əsasən ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 məxsus 370,1 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixinə olan bazar dəyəri ******* manat müəyyən edilmişdir.
36. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 027/PBQH/05-19 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəyin məzmunundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə olan bazar dəyəri 488000 manat həcmində müəyyən edilmişdir.
37. “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 012/24 nömrəli qiymətləndirici rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti ******* manat, likvid dəyəri ******* manat təşkil edir.
38. “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 013/24 nömrəli qiymətləndirici rəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı dövrə olan orta bazar qiyməti 992800 manat, likvid dəyəri 893500 manat təşkil edir.
39. X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 38/01 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2014cü il tarixli, PB/GTC-124/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalan Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaitinə görə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) faiz borcu üzrə 35200 manat, xx.xx.2024-cü il tarixə (rəy verilən tarixədək) əsas borc üzrə 846091,99 manat təşkil edir. Qeyd edilir ki, xx.xx.2015-ci il tarixli, 2015-094LG saylı maliyyələşdirmə üçün ərizə üzrə (bank qarantiyası) cərimə borcuna silinmiş 389760,13 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borca yönəltdikdə, ödənilməli olan borc məbləği 456331,86 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC tərəfindən və Cavabdeh4 məxsus bank hesablarından ümumilikdə 789108,01 manat məbləğində pul vəsaiti köçürülmüşdür. O cümlədən Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 411596,89 manat, Cavabdeh4 məxsus bank hesabından xx.xx.2021-ci il tarixdə 72751,44 manat, xx.xx.2021-ci il tarixdə 24888,88 manat, xx.xx.2021-ci il tarixdə 2759,69 manat, xx.xx.2021-ci il tarixdə 7111,11 manat, xx.xx.2022ci il tarixdə 50000 manat, xx.xx.2022-ci il tarixdə 170000 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat ödəniş edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Cavabdeh1 MMC tərəfindən, həmçinin Cavabdeh4 və Cavabdeh3 məxsus bank hesablarından hər hansı ödəniş aparılmamışdır. Tədqiqat nəticəsində xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalan Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaitinə görə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə ******* manat, faiz borcu üzrə 35200 manat, cərimə borcu üzrə 9%-lə hesablanmış 27600 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə cavabdehlər tərəfindən cəmi 789108,01 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, həmin ödənişin 507581,09 manatı əsas borcdan, 47066,68 manatı faiz borcundan, 234460,24 manat məbləği isə cərimə borcundan silinmişdir. Qeyd edilir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyinin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdehlər tərəfindən digər bank qarantiyası və kredit müqavilələri üzrə ümumilikdə 4223281,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilir ki, bank qarantiyası və kredit müqavilələri üzrə cavabdehlər tərəfindən ödənilən 4223281,84 manat məbləğində pul vəsaitinin təyinatı göstərilmədiyindən, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə aid ödəniş olubolmamasını müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdehlərin bank hesablarına mədaxil edilmiş pul vəsaitləri K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan 507581,09 manat, faiz borcundan 47066,68 manat, cərimə borcundan 234460,24 manat, K1704/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan 1592200,5 manat, faiz borcundan 0 manat, cərimə borcundan 8321,21 manat, xx.xx.2015-ci il tarixli, 2015/094LG saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan ******* manat, faiz borcundan 33000 manat, cərimə borcundan 389760,13 manat silinmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3636-9/3799 saylı ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən ******* manat məbləğində, ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 483.4 kv.m fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 858000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 773000 manat məbləğində müəyyən edilir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1610 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 22-ci küçədə yerləşən 71 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 942630 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 848367 manat məbləğində müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən ümumi sahəsi 370.1 kv.metr olan qeyri-yaşayış sahəsinə uyğun yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik qeyri-yaşayış sahəsinin qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9924 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyəşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə ******* manat, faiz borcu üzrə 35200 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1086863,36 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesalanmadı.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1655 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, K/1704/06 saylı maliyyələşdirmə üçün ərizəsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə olan borcu ******* manat əsas, 44400 manat faiz olmaqla, ümumilikdə ******* manat təşkil edir. Həmçinin qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, bank tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 960476 manat məbləğində silinmə edilmişdir. Həmin silinmə nəzərə alındığı təqdirdə 683924 manat məbləğində əsas borc qalacaqdır. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən 960924 manat məbləğində silinmə aparılmışdır. 960476 manat məbləğində puldan hesabdan çıxarışda kredit hesabları əvəzinə göstərilən cərimə, faiz, əsas sözlər üzrə 235272,68 manat cərimə, 47066,68 manat faiz borcuna, 678136,64 manat isə əsas borca silinmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMCnin İddiaçı ASC-də olan hesabdan çıxarış məlumatlarının müxbirləşmə hissəsində Mərkəzi Bankın “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətəbiqinə dair Metodiki Göstərişləri”nə uyğun olaraq hesablar (ssuda, faiz, cərimə, kassa və s.) öz əksini tapmır. Beləliklə, bank tərəfindən xx.xx.2021-ci il tarixli, K1701/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 235272,68 manat cəriməyə, 47066,68 manat faiz borcuna, 678136,64 manat isə əsas borca silinmiş pul vəsaitinin Cavabdeh1 MMC-nin hesabdan çıxarış məlumatlarının müxbirləşmə hissəsində hesablar göstərilmədiyindən doğruluğunu müəyyən etmək mümkün olmadı. Bildirilir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, K1704/06 saylı, maliyyələşdirmə üçün ərizənin 5-ci bəndində yuxarıda (yəni kreditin faiz dərəcəsi, cərimə faiz dərəcəsi və s.) qeyd edilən şərtlərdən hər hansi biri icra edilmədiyi təqdirdə ayrılmış vəsaitin kreditin illik faiz dərəcəsi 3% həcmində artırılacaqdır və ya qeyd olunan həddə cərimə tətbiq ediləcəyi göstərilmişdir. Lakin iş materiallarında olan hesabdan çıxarış məkumatlarından göründüyü kimi isə, hesablamalar və silinmələr xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizənin 5-ci bəndinə nəzərdə tutulan şərtlərə uyğun olmamışdır. Belə ki, həmin hesabdan çxıarışlarından göründüyü kimi, ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsi və cərimə 3% həcmdə artırılaraq hesablama və silinmələr aparılmışdır. Halbuki, həmin bənddən də göründüyü kimi, hesablamalar və silinmələr zamanı artırılmış faiz dərəcəsi yalnız birinə, yəni ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsinə və ya cəriməyə tətbiq edilə bilərdi. Bundan başqa, qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, faiz və əsas borcla yanaşı hesablanmış cərimə məbləğləri üzrə silinmələr də aparılmışdır. Bununla bağlı qeyd edilir ki, qanunvericilikdə silinmə ardıcılllığı əvvəlcə xərclərin hesabında, sonra faizlərin hesabında və nəhayət, əsas öhdəliyin hesabından daxil edilməsi göstərilmişdir (yəni cəriməyə silinmə nəzərdə tutulmamışdır). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehlər tərəfindən Cavabdeh1 MMC-nin cari bank hesabında mədaxil edilmiş pul vəsaitlərindən xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə bank tərəfindən əsas, faiz və cəriməyə silinmiş 935476 manat məbləğində pulun cavabdehlərin paylarında düşən hissələri qeyd edilmişdir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən xx.xx.2025-ci il tarixli 25000 manat məbləğində ödənişin kim tərəfindən ödənildiyini müəyyən etmək mümkün olmadı. xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə aparılmış bütün silinmələr xx.xx.2021-ci il tarixdən sonrakı dövrü əhatə edir. Yəni xx.xx.2021-ci il tarixədək (müqavilə müddətinin sonunadək) heç bir silinmə aparılmamışdır. xx.xx.2021-ci il tarixli, K/1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə ayrılmış ******* manat məbləğində kredit vəsaitinin 1584018,82 manatı K1704/05 nömrəli kredit müqaviləsi üzrə əsas borca, 7981,18 manatı isə həmin kredit müqaviləsi üzrə cəriməyə silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh4 tərəfindən xx.xx.2021-ci il tarixdə 150000 manat məbləğində vəsaiti bank hesabında mədaxil edilmişdir. Lakin həmin hesabın balansında həmin tarixə pul qalığının (78911,12 manat) olduğu və həmin məbləğlər qarışdığı (228911,12=150000+78911,12) üçün Cavabdeh4 tərəfindən xx.xx.2021-ci il tarixdə bank hesabında mədaxil edilən 150000 manat məbləğində pul vəsaitinin hansı təyinat üzrə silinməsini müəyyən etmək mümkün olmadı. Rəydən müəyyən olunur ki, müqavilə üzrə əsas borc qalığı 683924 manat təşkil edir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
48. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış, xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2016-cı il tarixədək ******* (üç milyon) manat məbləğində birdəfəlik kredit verilmişdir. Tərəflər arasında imzalanmış maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilməsi barədə ərizələrə əsasən kreditin müddəti uzadılmış, maksimal borcalma limitinin məbləği ******* manat müəyyənləşdirilmişdir. Kredit verən qismində İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, GL4454 nömrəli kredit limiti müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana xx.xx.2031-ci il tarixinədək illik faiz dərəcəsi 25%-dək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi 34%-dək (gündəlik 0,0944%) olmaqla 60000000 (altmış milyon) manat kredit limiti açılmışdır. xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 8%, kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsi 8%, illik/gündəlik cərimə faiz dərəcəsi 9% olan ******* (bir milyon altı yüz) manat məbləğində birdəfəlik kredit verilmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X7 və borc alan Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, İS3757 və İS3758 saylı sonrakı ipoteka müqavilələrinə əsasən X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 MMCnin İddiaçı ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda imzalanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri ilə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 bank ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60000000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında məsuliyytət daşımağı öz öhdələrinə götürmüşlər. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
49. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1086863,36 manat əsas borcun tutulması təşkil edir.
50. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1655 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir-X5 və Cavabdeh4 birgə qaydada K1704/06 saylı kredit müqaviləsi üzrə 683924 (altı yüz səksən üç min doqquz yüz iyirmi dörd) manat kredit borcu tutularaq iddiaçıya ödənilməli, əsas borcun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən mötəbər sübut qismində xx.xx.2025-ci il tarixli, 9/1655 saylı ekspert rəyi nəzərə alınmışdır. Belə ki, ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən edilmiş bütün ödənişlər, borcalan və zaminlərin hesablarından aparılmış silinmələr nəzərə alınmaqla, borcunun nə qədər təşkil etməsi barədə sual qoyulmuş və xx.xx.2021-ci il tarixli, K/1704/06 saylı maliyyələşdirmə üçün ərizəsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə olan borcunun ******* manat əsas, 44400 manat faiz olmaqla, ümumilikdə ******* manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bank tərəfindən edilmiş 960476 manat məbləğində silinmələr nəzərə alındığı təqdirdə əsas borc məbləğinin 683924 manat təşkil etdiyi müəyyən edilmişdir.
51. İddia tələbinin digər hissəsini cavabdеhlər cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 166652,39 manat cərimə borcunun tutulması təşkil edir.
52. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
53. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 35000 (otuz beş min) manat məbləğində müəyyən edilməli, cərimənin tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
55. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
56. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.
57. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
58. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
59. Əmlakların dəyəri ilə bağlı iddiaçı və cavabdeh tərəfdən müxtəlif rəylər təqdim edilmişdir. Əmlakların dəyəri ilə bağlı mötəbər sübut qismində məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3636-9/3799 saylı (ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə) və xx.xx.2025-ci il tarixli, 9/1610 saylı ekspert rəyləri (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 22-ci küçədə yerləşən 71 nömrəli fərdi yaşayış evinə münasibətdə) əsas götürülmüşdür.
60. Göstərilən ekspert rəylərinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri ******* manat, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 22-ci küçədə yerləşən 71 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri 848367 manat müəyyən edilmişdir.
61. Məhkəmə ekspert rəylərini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* (bir milyon dörd yüz əlli min) manat, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 848367 (səkkiz yüz qırx səkkiz min üç yüz altmış yeddi) manat müəyyən edilməlidir.
62. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 150 manat məbləğində xidmət haqqının, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1217 manat dövlət rüsumunun onun xeyrinə tutulmasının xahiş etmişdir.
63. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat və iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 698 (altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
64. Həmçinin daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
65. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200,70 manat (iki yüz manat yetmiş qəpik) hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir-X5 və Cavabdeh4 birgə qaydada, 149,30 manat (yüz qırx doqquz manat iyirmi səkkiz) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖES: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖES: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir-X5 və Cavabdeh4 birgə qaydada K1704/06 saylı kredit müqaviləsi üzrə 683924 (altı yüz səksən üç min doqquz yüz iyirmi dörd) manat kredit borcu, 35000 (otuz beş min) manat cərimə olmaqla, cəmi 718924 (yeddi yüz on səkkiz min doqquz yüz iyirmi dörd) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 698 (altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* (bir milyon dörd yüz əlli min) manat, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 848367 (səkkiz yüz qırx səkkiz min üç yüz altmış yeddi) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200,70 manat (iki yüz manat yetmiş qəpik) hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir-X5 və Cavabdeh4 birgə qaydada, 149,30 manat (yüz qırx doqquz manat iyirmi səkkiz) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖES: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖES: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova