Məhkəmə qərarları › İş №e-2-2(113)-2004/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2004/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2004/2023 12.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada K3956 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85.683,52 manat əsas borc, 176,89 manat faiz borcu, 19.679,92 manat cərimə borcu olmaqla, cəmi 105.540,33 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 181 kv.m ümumi sahədən ibarət mənzilə, mənzilin hərracdan ilkin satış qiyməti 234.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbinin dəqiqləşdirilməsi barəd ərizə) verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada K3956 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45.683,52 manat əsas borc, 33.216,89 manat cərimə borcu olmaqla, cəmi 78.900,41 manat borcun İddiaçı ASCnin xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 181 kv.m ümumi sahədən ibarət mənzilə, mənzilin hərracdan ilkin satış qiyməti 234.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASCyə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMCdən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixlərdə iddiaçı Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar