Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2005/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payın naturada ayrılmasının və ya payın bazar dəyərinin verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması məsələləri barədə ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi/vəkili Vəkil2 xx.xx.2024-cü il tarixində vəsatət ilə məhkəməyə müraciət edərək, İddiaçı “payın naturada ayrılmasının və ya payının bazar dəyərinin verilməsinin cavabdehlər Cavabdeh MTK-nın və onun təsisçilərinin üzərinə qoyulması məsələləri barədə ümumi yığıncağın çağırılması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2-2(113)-2005/2024 saylı kommersiya işi məhkəmənin icraatında olan İddiaçı cavabdehlər "Rast” Mənzil Tikinti Kooperativi və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2, X3, X4 ve X9 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2- 2(113)-1966/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında (hakim Zeynəb Axundova) eyni tərəflərin iştirak etdiyi və bir iddiaçının müxtəlif cavabdehlərə qarşı irəli sürdüyü eyni növlü bir neçə iş vardır. Hesab edir ki, hazırki işin birlikdə baxılması üçün həmin işlərlə bir icraatda birləşdirilməsi zəruridir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əmin olunmalıdır. Çünki iddia ərizələrinin məzmunundan iddialar arasında qarşılıqlı əlaqənin mövcud olduğu, işlərin eyni növlü olduğu, tərəflərin eyni şəxslər olduğu və hər iki mülki iş üzrə iddiaçının əsaslandığı halların oxşar olduğu görünür, buna görə məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddələrinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3 və 169.4-cü maddələrinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə işlər bir-biri ilə əlaqəli olduğunu və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasının zəruri olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "Rast” Mənzil Tikinti Kooperativi və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2, X3, X4 ve X9 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair (İş № e-2-2(113)-1966/2024) iddia ərizəsi icraata ilkin qəbul edildiyindən mövcud mülki iş həmin mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 268-269–cu maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçının nümayəndəsi/vəkili Vəkil2 vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-2(113)-2005/2024 saylı iş İddiaçı cavabdehlər "Rast” Mənzil Tikinti Kooperativi və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2, X3, X4 ve X9 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair e-2-2(113)-1966/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2005/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2005/2024
06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver