Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2006/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi, dəbbə pulu) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3014,52 manat əsas, 2277,31 manat faiz, 3475,96 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 417,06 manat faiz borcu, iş üzrə ödənilmiş 1,85 manat dövlət rüsumu və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat məbləğində mediasiyaya dair xərcin tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehə kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 440006274/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 03 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 22 fevral 2017-ci il tarixdə Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.4 manat) 6899,28 (altı min səkkiz yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4929,74 manat əsas borc, 1759,04 manat faiz borcu və 210,05 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 17 (on yeddi) faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı sözügedən kredit müqaviləsinin icra edilməməsinə görə 9199,55 manat məbləğində ümumi borcun ödənilməsi tələbinə dair” mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/10-00022 nömrəli, xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********227 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 176 (bir yüz yetmiş altı) manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 9184,85 manat təşkil edir. Bundan 3014,52 manat əsas, 2277,31 manat faiz, 3475,96 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 417,06 manat faiz borcu təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465, 449, 445.7, 739.1, 427.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə izahatında qeyd etmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu və digər məbləğlərlə razı deyil. "xxxx" ASC bağlandıqdan sonra dəfələrlə müraciət edərək kredit üzrə ödənişləri hara etməli olduğunu soruşsa da, hər hansı bir məlumat verilməmişdir. Vaxtında həmin borcu qəbul etməmiş və nəticədə indi borc məbləği həddindən artıq şişirdilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, 24 (iyirmi dörd) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir.
9. ********* nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2017-ci il tarixi sonuncu ödəniş tarixi olaraq razılaşdırılmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 440006274/ZM saylı zaminlik müqaviləsindən görünür ki, 6.000 ABŞ dolları təşkil edən kredit məbləği, 24 ay təşkil edən kreditin qaytarılma müddəti, 24% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 48% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək, illik % cərimə faizi zaminliklə təmin edilmiş öhdəliklərdir.
11. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 fevral 2017-ci il tarixli ********* nömrəli əlavə sazişin şərtlərindən məlum olur ki, kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 6899.28 (altı min səkkiz yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4929.74 (dörd min doqquz yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat əsas borc. 1759.04 (bir min yeddi yüz əlli doqquz manat dörd qəpik) manat faiz borcu və 210.5 (iki yüz on manat beş qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. 1.2-ci bəndə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 17 (on yeddi) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 17 (on yeddi) faiz təşkil edir. 1.3-cü bəndə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün uçun ödəniş qrafıkındə nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 34 (otuz dörd) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 1.4-cü bəndə əsasən borcalan kreditora kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu müqavilənin 0 (sıfır) % məbləğində komissiya haqqı ödəyir. 1.5-ci bəndə əsasən bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. 1.6-cı bəndə əsasən borcalan yuxarıdakı ödəniş qrafiki uzrə öhdəliklərim vaxtında və lazımınca icra etmədikdə kreditorun təşəbbüsü ilə bu əlavə sazişə birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər.
12. İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh2 arasında imzalanmış zaminlik müqaviləsi üzrə 22 fevral 2017-ci il tarixli əlavə sazişdən və İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh1 arasında imzalanmış zaminlik müqaviləsi üzrə 22 fevral 2017-ci il tarixli əlavə sazişdən məlum olur ki, borcalanın kreditor qarşısındakı 4928.06 (dörd min doqquz yüz iyirmi səkkiz abş dollari alti sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 manat) 6899.28 (altı min səkkiz yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat təşkil edir. 1.1.1-ci bəndə əsasən borcalamn kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4929.74 (dörd min doqquz yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, 1759.04 (bir min yeddi yüz əlli doqquz manat dörd qəpik) manat ayrıca hesabda dondurulmuş faiz borcu və 210.5 (iki yüz on manat beş qəpik) manat cərimə borcu təşkil edir. 1.2-ci bəndə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-cı il tarixədəkdir. 1.3-cü bəndə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17 (on yeddi) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 17 (on yeddi) faiz təşkil edir. 1.4-cü bəndə əsasən gecikdırilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirılən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 34 (otuz dörd) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
13. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 göndərilmiş 26 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunda 9.162,59 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
14. 03 mart 2015-ci il tarixli 1/33/81120523 USD saylı kassa məxaric orderindən məlum olur ki, 6.000 ABŞ dolları Cavabdeh3 verilmişdir.
15. 22 noyabr 2022-ci il tarixli **********915 nömrəli maliyyə arayışında 22 fevral 2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixinə 3014,52 manat əsas borc, 2.277 manat faiz borcu, 3.475 manat cərimə borcu hesablanmışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4122 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş 1 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6057,75 manat məbləğində müəyyən edilir, o, cümlədən, əsas borcu 3014,69 manat, faiz borcu 1284,02 manat. xx.xx.2017-ci il tarixə təşkil edən faiz borcu - 1759,04 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 409,91 manat təşkil edir.
17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 24 (iyirmi dörd) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 fevral 2017-ci il tarixli ********* nömrəli əlavə saziş bağlanmış və həmin sazişlə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 440006274/ZM saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müvafiq olaraq zaminlik müqavilələrinin müddətinin uzadılmasına dair müqavilələlər bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
21. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3014,52 manat əsas, 2277,31 manat faiz borcunun tutulması təşkil edir.
22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 3014,52 manat (üç min on dörd manat, əlli iki qəpik) əsas borc, 1284,02 manat (min iki yüz səksən dörd manat, iki qəpik) faiz borcu (rəyə uyğun) iddiaçının xeyrinə tutulmalıdır.
23. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 3475,95 mnat cərimə borcunun tutulması təşkil edir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, kredit razılaşması üzrə 50 (əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. İddiaçı kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 417,06 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, müqavilə müddəti başa çatan tarixdən (xx.xx.2020-ci il) maliyyə arayışında qeyd edilən tarixə (11 noyabr 2022-ci il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanmaqla 409,91 manat (dörd yüz doqquz manat doxsan bir qəpik) məbləğində (ekspert rəyinə uyğun) pul iddiaçının xeyrinə tutulmalıdır.
28. Borc məbləğinin zamin olan Cavabdeh1 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülərək, zaminlərə münasibətdə iddia tələbi təmin edilməməli, iddia tələbi yuxarıda qeyd olunan qaydada qismən təmin edilməli, göstərilən məbləğlər Cavabdeh3 tutulmalıdır.
29. Eləcə də, iddiaçı 110 manat mediasiya xərci, 1,85 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 100 (yüz) manat mediasiya xərci Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
31. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh3, 70 manat (yetmiş) hissəsi isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh3 3014,52 manat (üç min on dörd manat əlli iki qəpik) əsas borc, 1284,02 manat (min iki yüz səksən dörd manat iki qəpik) faiz borcu, 50 (əlli) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 409,91 manat (dörd yüz doqquz manat doxsan bir qəpik), 100 (yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 4858,45 manat (dörd min səkkiz yüz əlli səkkiz manat qırx beş qəpik) məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh3, 70 (yetmiş) manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova