Məhkəmə qərarları › İş №e-2-2(113)-2007/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2007/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2007/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, iddianın etirafı, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 017R********** saylı krеdit razılaşması üzrə 32586,05 manat əsas bоrc, 2351,46 manat faiz bоrcu və 827,89 manat cərimə borcu olmaqla ümumilikdə 35765,40 manat məbləğində bоrcun, ödənilmiş 197,3 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə 35765,40 manat məbləğində bоrcun, 197,3 manat dövlət rüsumunun hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın iddiaçıya məxsus olan 2007ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə 35765,40 manat məbləğində bоrcun, 197,3 manat dövlət rüsumunun hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməs, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçıya cavabdeh ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********74 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı cavabdeh ilə bağladığı xx.xx.2023-cü il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 55000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 22413,95 manat ödəmiş, onun 32586,05 manat məbləğində kredit borcu qalmışdır. 2.2. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 128 gün üçün hesablanmış faiz borcu 2351,46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 128 gün üçün hеsablanmış cərimə 827,89 manat təşkil edir. 2.3. Uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka qoyan ilə bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 017M**********02 saylı ipoteka müqaviləsi əsasında 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş 145521 saylı çıxarışa əsasən cavabdehə məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan iddaçı tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə təqdim olunmuş və ərizə xx.xx.2024-cü il tarixində BDYPİ-nin Qİİ-də qeydə alınmışdır. 2.4. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka qoyan Cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi əsasında 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş 145520 saylı çıxarışa əsasən Cavabdeh məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə təqdim olunmuş və ərizə xx.xx.2024-cü il tarixində BDYPİ-nin Qİİ-də qeydə alınmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 465.2, 472.1, 501-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1-ci maddəsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək əsas və faiz borcu hissəsində iddianı qəbul etdiyini, nəqliyyat vasitələrini etibarnamə əsasında digər şəxslərə verdiyini göstərdi.

7. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 017L**********74 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 55000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 36 ay müddətə aylıq 1,5 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin sazişə əlavə edilən ödəniş planı ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər razılaşdırılmışdır. Cavabdeh pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

12. İddiaçı xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə 32586,05 manat əsas, 2351,46 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.

13. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini 32586,05 manat əsas borc, 2351,46 manat faiz borcu hissəsində etiraf edir.

14. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

15. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

16. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

17. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

18. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı etiraf edərək əsas və faiz məbləği hissəsində iddianı qəbul etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

19. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə 32586,05 manat əsas borc, 2351,46 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

21. İddia ərizəsində iddiaçı 827,89 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

22. xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit razılaşmasının 4.1.3-cü bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

27. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 827,89 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

28. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 827,89 manat Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

29. İddiaçı eyni zamanda tutmanın cavabdehə məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə 35765,40 manat məbləğində bоrcun, 197,3 manat dövlət rüsumunun hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın iddiaçıya məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə 35765,40 manat məbləğində bоrcun, 197,3 manat dövlət rüsumunun hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməs, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmasını xahiş edir.

30. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

31. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

32. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

33. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

34. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

35. “İpoteka haqqında” Qanunun (zamana görə qüvvədə olan) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

36. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

37. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

38. İddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli 017M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 017L**********74 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

39. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli 145521 nömrəli çıxarışdan görünür ki, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası dövlət qeydiyyatına alınmışdır.

40. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

41. İddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 017L**********74 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

42. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli 145520 nömrəli çıxarışdan görünür ki, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası dövlət qeydiyyatına alınmışdır.

43. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

44. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

45. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

46. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

48. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2007/2025 nömrəli qərardadı əsasında aparılmış "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-081/2025 və LP-080/2025 nömrəli rəylərinə əsasən, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 6300 manat, likvid qiyməti 5000 manat, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 7300 manat, likvid qiyməti 6500 manat məbləğində müəyyən olunur.

49. Məhkəmə qeyd edir ki, cavabdeh ipoteka obyekti olan əmlakların qiymətinin daha yüksək olduğunu bildirdiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2007/2025 nömrəli qərardadı ilə əlavə ekspertiza təyin edilərək nəqliyyat vasitələrinə baxış keçirilməklə rəyin verilməsi ilə bağlı ekspert qarşısında sual qoyulmuş, lakin "xxxx" MMC nəqliyyat vasitələrinə baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə tədqiqatın keçirilməsindən imtina etmişdir. Cavabdeh həmin əmlakların qiymətinin yuxarıda adıçəkilən rəydə qeyd olunan qiymətdən daha yüksək olduğunu təsdiq edən sübut təqdim etmədiyindən, məhkəmə tərəfindən təyin olunan əlavə ekspertiza üzrə isə nəqliyyat vasitələrinə baxış keçirilməsinə şərait yaratmadığından və iddiaçı da rəyə etiraz etmədiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-081/2025 və LP-080/2025 nömrəli rəylərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməlidir.

50. Belə olan halda məhkəmə həmin rəyləri qiymətləndirərək hesab edir ki, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 5000 manat, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6500 manat müəyyən edilməlidir.

51. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

52. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 5000 manat, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 6500 manat müəyyən edilməklə yönəldilməli, Cavabdeh məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat və 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə ümumilikdə 35765,4 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2023cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə ümumilikdə 35765,4 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manatın tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

53. İddiaçı eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 197,3 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

54. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli qəbz əsasında 197,3 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. 25.06.2025-ci il tarixli ödəniş orderindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

60. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

61. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manat, ekspertiza xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 017L**********74 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə 32586,05 manat əsas borc, 2351,46 manat faiz borcu, 827,89 cərimə borcu olmaqla ümumilikdə 35765,4 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manat, ekspertiza xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 5000 manat, 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 6500 manat müəyyən edilməklə yönəldilsin. Cavabdeh məxsus olan 2007-ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U783356330 olan 90SY165 dövlət qeydiyyat nişanlı nəqliyyat və 2007ci il buraxılış illi, “Toyota Prius” minik markalı, ban nömrəsi JTDKB20U977630246 olan 77BY916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə ümumilikdə 35765,4 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə ümumilikdə 35765,4 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,3 manatın tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar